Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında monax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür. Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və təxəyyül qabiliyyətinin inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim edirik. Bu kiçik məşqləri digər işlərdən ayrılmadan da həyata keçirmək olar.
Rober Uden metodu. Məşq üçün məkan: küçə vitrinləri, super-market rəfləri.
Rober Uden –məşhur fransız sehrbazı və Harri Qudinin kumiri olmuşdur. Gənc yaşlarında ikən o, gündəlik olaraq öz müşahidə qabiliyyətini məşq etdirirdi. Dükanların yanından keçərkən, Rober vitrinə tələsik nəzər salır, daha sonra üzünü döndərir və bir neçə addım atdıqdan sonra gördüyü hər bir məhsulun vitrindəki yerini, həm də onun görünüşünü dəqiq xatırlamağa çalışırdı: rəng, ölçü, forma. Hər gün o, bu tapşırığın öhdəsindən daha sürətlə gəlirdi. Çox qısa bir müddətə o, elə hazırlıq səviyyəsinə çatır ki, piştaxtada olan malların xüsusiyyətlərini hətta qaça-qaça təsvir edə bilir.
London cibgirləri metodu. Məşq üçün məkan: harda olsa. 19-cu əsrdə London və Paris şəhərlərinin küçə dəstələrində, sözün əsl mənasında quldur məktəbləri fəaliyyət göstərirdi, burada təcrübəli soyğunçular cavanlara cibgirlik sənətinin incəliklərini öyrədirdi. «Oliver Tvist» əsərində olduğu kimi, Fedcin timsalında qoca oğru ovcunda bir neçə gərəksiz əşya tuturdu –məsələn iki düymə, beş pens və bir nişan üzüyü. “Müəllim” bu əşyaları “tələbələrinə” cəmi bir neçə saniyəliyə göstərir, sonra onlardan gördükləri hər bir predmeti təsvir etməyi tələb edirdi, sonra isə o görünməz şəkildə predmetlərdən hər hansı birini yox edirdi və uşaqlar dərhal hansı əşyanın itdiyini söyləməli idilər.
Canni Rodari metodu. Məşqlər üçün yer: təxəyyül. Özünün «Fantaziya qrammatikası» kitabında Canni Rodari təxəyyülü və əhvalat uydurmaq qabiliyyətini necə inkişaf etdirmək haqqında danışır. Tapşırıqlardan biri – gülməli fərziyyələr irəli sürməkdir. «Məsələn Sisiliyanın düymələri qırılıb açılsaydı, görən nə olardı? Bəs bir gün qapınızı ilanlar döyüb, sizdən yarpız istəsəydi onda nə baş verərdi?». Digər tapşırıq isə beyində xüsusi formada təsvirlər canlandırmaqdır. Məsələn müdir rolunda olan itlər, onların müavini olan pişiklər, mikro-menecer begemotlar. Bundan əlavə bir sıra beyni inkişaf etdirəcək oyunlar: bilməcələr, hekayələr düzəltmək, qəzetlərdən çıxarışlar və s. qoşub danışmaq.
Ardı var...
Aysel Həsrət
XƏBƏR LENTİ
Maraqlı İlluziyalar
2018-ci ilin unudulmaz tərz sahibi məşhurlar
Koalaların nəsli kəsilə bilər
Zibillikdəki avtomobildən "sənət əsəri" yaratdı - FOTO
Müğənniyə olan sevgisi onu bu hala saldı - FOTO
Azərbaycanda psixoloji xidmət haqqında qanun qəbul edilə bilər
Günün ulduz falı
Ön cəbhədə şiddətli atışma
"Bakıdakı qalmaqal qorxulu yuxu idi, onu unutmaq lazımdır"
QOZ peçenyesi 4 variantlı tərkibdə(foto resept)
Evdəki dekorasiyanı tamamlayan divar kağızları
Gözəl sırğalar
"Jozefina" tortu (foto resept)
Yeni növ avtomobil kreditləri: bəla, yoxsa rahatlıq?
8 May-Şuşanın işğalı günüdür!
Can Yamanın yeni serialının yayım tarixi bəlli oldu - VİDEO
Şəhid oğlu hər kəsi göz yaşına boğdu: “Atamı cəmi doqquz il qucaqlaya bildim” - VİDEOREPORTAJ
Lavrov: “Moskva BMT-nin Qarabağdakı fəaliyyətlərə qoşulmasını gözləyir”
Həzmi asanlaşdıran çaylar
Tülin Şahin
Rihanna yeni albomla geri qayıdır!
Mədəmizi döndərən DÖNƏRlər
Məşhur aktrisa koronavirusa yoluxdu
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Bir ilə 90 kq arıqladı-FOTO
Telekanal qazisini böyük coşqu ilə qarşıladı - VİDEO
Ramazanın 25-ci günüС‚ duası
Xoşa gəlməz ağız qoxusunun qarşısını necə almalı?
Cəbhədə son durum
“Dərs vaxtı”nın bu günə olan cədvəli açıqlandı - FOTO
100 yaşlı məhbusa ölüm hökmü verildi-FOTO
Azərbaycan qatarlarında möhtəşəm yenilik
Evdə bəzənə biləcək tort formaları
İki yüzdən çox rolda səhnəyə çıxan sənətkar
Unikal əməliyyat: 2 yaşlı oğlanı zorla arıqlatdılar
Kişilər sosial şəbəkələrdə
İnternetdə davranış milyonlarla itki yaratdı
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Günün ulduz falı
"iPhone" istifadəçilərinə bəd xəbər: "xəstəlik" var
Koronavirusla bağlı son STATİSTİKA
Qeyri-adi ayaqqabılar
Bu ölkə Putinlə savaşa girir?
BÜRCLƏR bizə nə vəd edir?-13 Avqust
Dişləri ağartmağın təbii yolları
"Azerspace-1" 50 milyon dollar pul qazanıb
2011-ci ilin çılçıraq modelləri
İlanların sayı artıb
Daha bir ölkə birdəfəlik plastik torbalardan imtina etdi
2018/2019 Qış gözəllik trendləri
- ŞƏRHLƏR