Deyirlər: ”Həqiqət təfərrüatlarda gizlənir”. Əslində təfərrüat ailədaxili münasibətlərdə xırdaçılığın törətdiyi fəsadlardır. Elə insanlar var ki, qarşılıqlı münasibətlərdə məsələnin dərinliyinə gedib, xırdaçılıq etməyi sevmirlər. Inam və sədaqətin yetərli olması onlar üçün əsasdır. Elə insanlar da var ki, hər xırda məsələyə önəm verirlər. Xoşlarına gələn cavabı almayana qədər yola verildiklərini düşünürlər. Bu, eynən Qərb mədəniyyətində ən incə detalları nəzərə almaqla bağlanan yazılı müqavilələrə bənzəyir. Bu tip xırdaçı insanlar ən uzaq, ağılagəlməz ehtimalları soruşur, araşdırır və hətta sözün məcazi mənasında yatanı yuxudan ayıldırlar)
Əzizlərim, gəlin bu məsələyə nümunələrlə nəzər salaq.
Məsələn, üç obraz: Günel və Nadir-Həyat yoldaşıdırlar.
Gülşən- Nadirin dostunun yoldaşıdır.
Nadir bəy bu gün dostunun ad gününə gedib. Ziyafətdən qayıdarkən,xanımı suallara başlayır:
-Xoş gəldin.
-Qonaqlığın necə keçdi?
-Gülşən xanım nə hazırlamışdı?
-Hansı dolma? yarpaq ya kələm?
-Dadlı idi heç olmasa?
-Təkcə onu hazırlamışdı?
-Çay süfrəsinə nə vermişdi?
-Meyvə də verdi?
-Ayrı-ayrı ya doğranmış şəkildə?
-Qonaq otağındakı mebelin yerini dəyişdirəcəkdi, dəyişibmi?
-Məndən bir söz demədi ki?
-Yaxşı bəs niyə gec gəldin?
-Keçən dəfə qonalığın tez bitmişdi amma!
Və beləcə……ardı-arası kəsilməyən suallar. Nə Günel xanım yoruldu bezdi, nə də Nadir bəy getdiyi qonaqlıqdan həzz ala bildi… Nə bilmək olar bəlkə də “kaş bu qonaqlığa heç getməsəydim” dedi ürəyində..
Bu nümunə sadəcə hələ qonaqlıqla əlaqəli olan xırdaçılıq idi. İndi siz təsəvvür edin qarşılıqlı münasibətlə əlaqəli olan xırdaçılıqları.
Gəlin, məsələyə digər tərəfdən yanaşaq:
Günel:
-Xoş gəlmisən canım.
-Necə keçdi qonaqlığın?
-Yaxşı keçməsinə çox sevindim..Bilirsən, evdə olmadığın müddətcə elə darıxmışdım ki, səninçün.
Və s. romantik, şirin sözlər…..
Aman Allah..bu sonuncu davranış necə də gözəl, valehedici və ən əsası necə də zövqvericidir. Kim bezər bu davranışdan?Niyə narazıçılıq yaranar ki, bele münasibətdən?! Əsla mümkün deyil. Ona görə də canlarım mənim, hər zaman çalışaq xırdaçılığa göz yumaq. Məsələnin dərininə gedib özümüzü incitməyək. Çünki qarşımızdakının da bir səbri var. Siz nə qədər xırdaçılıq etsəniz sonunda acı çəkən siz olacaqsınız. Çünki onun sizin suallarınız qarşısında susmaması təbiidir. Odur ki, hər şeyin dərininə varmayın…
Əzizlərim, indi isə səmimi olaraq etiraf edin, siz nə dərəcədə xırdaçısınız? Və sizcə qarşılıqlı münasibətdə xırdaçılığa yol vermək düzgündürmü?
XƏBƏR LENTİ
Etik qaydaları pozan aparıcıların adları AÇIQLANDI
Ovcumuzdakı xətlərin mənası
Bu gün Bədən tərbiyəsi və idman günüdür
Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Çinlilərdən BMW X6-a rəqib - FOTO
İpoteka kreditlərinin verilməsi qaydalarında
Qızıl boyunbağılar
Bu gün həmin yoldan keçməyin
2021-ci ilin büdcəsindən işğaldan azad edilən ərazilərə nə qədər vəsait ayrılacaq? - RƏSMİ
Rahat yatmağa kömək edən yoqa hərəkətləri
Dərini yaşlandıran səbəblər
Vitaminlər
Yaşıl çay saç maskası
Həyatınız məsuliyyətsizliyinizə qurban getməsin
Elmar Məmmədyarov Albaniyanın xarici işlər nazirini qəbul edib
Brus Uillis 4 milyonluq ev aldı - FOTO
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
Tom Hanksin oğlu koronavirusa yoluxmuş valideynlərindən danışdı
Koronavirusa yoluxma riskini yoxlayan mobil proqram yaradılıb
Sağlam böyüməyinə kömək edin
Kiyev milisi odlu silaha əl atacaq
Britni Spirs ETİRAF ETDİ-FOTO
Müğənninin saçları yandı -FOTO
Bakıda bukinislər niyə azalıb?
Rusiyalı oyunçu ömürlük futboldan uzaqlaşdırıldı
HAVA necə olacaq?-7 FEVRAL
Məşhur serial belə çəkilir - FOTOSESSİYA
Badımcan salatı (foto-resept)
Britninin rəqsi izləyicilərinə keçmiş xəyanəti xatırlatdı-FOTO
Bakının yeni dostu
Mükəmməl saçlara sahib olaq
Günün qoroskopu: Enerjili olun!
Hormon nizamsızlığının 3 göstəricisi
Qırmızı qonaq otağı
Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA
İlan dərisindən olan çantalar
Bəzi telekanallara xəbərdarlıq edildi
Tərtər şəhəri atəşə tutulub - RƏSMİ
"Adamlar var ki, pul yığmaq üçün 3 dəfə toy edir" - Araz Əlizadə
Əfsanəvi atlet koronavirusa yoluxub
Günün qoroskopu: Ağlınızı işlədin!
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
Sibel Can haqda şok iddia - VİDEO
Kartof Kroket (foto-resept)
İmtahanlar yaxınlaşır, məzunlar isə...
Rihannadan pərəstişkarlarına yeni il "hədiyyə"si - VİDEO
Ən gözəl kitabxanalar
Serji Hitlerə bənzətdilər
- ŞƏRHLƏR