Sən nə vaxtsa ata olacaqsan. Qız atası olmaq çətin olacaq. Cəmiyyətin sənin üstünə yüklədiyi kişilik yükünü daşımalısan. Hamı səndən ciddi olmağı, qızınla sərt davranmağı, onun hər addımını izləməyini, ona qatı qaydalar qoymağını gözləyəcək.
Çünki Azərbaycan kişisi sərt olmalıdır.
Ciddi olmalıdır. Heç vaxt gülməməlidir! Qaşlarının arasında çatılmaqdan açılmış qırışlar olmalıdır. Qızı adam içinə çıxmamalıdır, 18 yaşına çatan kimi pullu-maşınlı bir oğlanla evlənməlidir. Cəmiyyət səndən bunu gözləyəcək. Onda sən ideal ata sayılacaqsan.
Sənə öz təcrübəmdən danışım. Mən dini məktəbdə oxumuşam. Bizə din, əxlaq və mənəviyyat kimi dərslər keçilirdi. Mənəvi dəyərlər öyrədilirdi, yetkin insan kimi böyümək üçün ideal şərait var idi.
Qız sinif yoldaşlarımın arasında ailəsi tərəfindən ciddi şəkildə sıxışdırılanları, hər addımı izlənilənləri də var idi, qızlarına inanıb ona azadlıq verənlər də. Məhz ailəsi tərəfindən sıxışdırılan qızlar yalan danışmağa, onlara qoyulan qaydaları pozmağa meylli olanlar idi. Ailəsinin dəstək verdiyi qızlar isə ən yaxşı oxuyanlar, ən gözəl dəyərləri olanlar idi.
Üstündən 10 il keçib. Karyerada, ailə həyatında, emosional vəziyyətində daha çox stabillik və uğur qazanmış qızlar məhz o ikinci qrupdan olan qızlardır. Sərt ailəsi olan qızların çoxu isə hələ də həyatda özlərini tapmağa çalışırlar.
Bilirsən, bu nə qədər üzücüdür?! Təsəvvür elə ki, uçmaq üçün yaranmış kəpənəyi qutuda saxlayırsan ki, ona bir şey olmasın. Axı kəpənək qutuda qalmaq üçün yaranmayıb. Kəpənək uçmaq üçün yaranıb. Qoy o yıxılsın, qanadı cızılsın, səhvlər eləsin, amma öz səhvlərindən öyrənsin.
Qızını qəfəsdə saxlamaqla onu qoruduğunu düşünəcəksən, amma əslində onu ömürlük uçmaqdan məhrum etmiş olacaqsan.
Onu şikəst qoyacaqsan.
Onu gözəl çiçəklərdən, günəşdən məhrum edəcəksən.
Onu gözəl gələcəkdən məhrum edəcəksən.
Onu səhvlər etməkdən, yıxılıb yenidən durmaqdan, güclənməkdən,
Yaşamaqdan məhrum edəcəksən.
Kəpənək qutuda təhlükəsizdir, amma kəpənək bunun üçün yaranmayıb… Güc göstərmək, özündən zəif insana hökmranlıq etməyi yox, sevgi, qayğı və dəstək verməyi seç.
Azad böyüyən qızın sənə savadı ilə, həyatdakı seçimləri ilə, oxuduğu universitetlə, ailə qurduğu insanla, işlədiyi yerlə və böyütdüyü keyfiyyətli uşaqlarla qürur göz yaşları gətirəcək.
Dünyada onsuz da minlərlə maneə və qəfəs var, sən qızın üçün bunlardan birinə çevrilmə!
Azadlıq qadını əxlaqlı edər. Bunu başa düşmək üçün bir ömür keçməyini gözləmə.
P.S. Bu yazını mənə 18 yaşında ailəsinin güclə ərə verdiyini yazan A., oğlanlarla birlikdə oxumasın deyə 5-ci sinifdən dindar ailəsinin məktəbdən çıxardığı və evdən çıxmasına icazə verilməyən T., 17 yaşında ailə qurmasına məcbur edilən, universitet oxumasına imkan verilməyən, həyat yoldaşı rəhmətə gedəndən sonra işsiz və çarəsiz qalan N. və arzularının arxasınca getməyinə imkan verilməyən yüzlərlə qıza həsr edirəm.
Şəbnəm
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Köp
Ermənilər cəbhəyə yerləşdirmək üçün kamera düzəltdilər
Şabalıdlı şirniyyat (foto resept)
Stresdən necə çıxmaq olar?
Hande Erçelin bacısı ərə getdi-FOTO
Moskva azərbayСЃanlı şəhərinə çevrilir
"Gül" piroqu (foto-resept)
Göbələkli toyuq (foto resept)
5 yaşlı qız ayda 500 min qazanır
Sobasız hazırlanan tort (foto resept)
Bu ölkənin əhalisi 150 min azalıb
2011-ci ilin ətəkləri
Toxunma güllərdən xəritəmiz
Selfi çəkən cütlük şəklə baxanda şoka düşdü
Vəba
Türkmənistanda Qurban kəsmək Qadağan edildi-SƏBƏB
“Babil” serialı haqqında BİLMƏDİKLƏRİNİZ-VİDEO
Ev interyerində akvariumlar
Azad Söz (8-ci hissə)
BÜRCLƏR bizə nə vəd edir?-25 dekabr
Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik
Rusiya peyvəndinin əks-təsirləri məlum oldu
"O, Alim Qasımov qarşısında baş əydi"
Klip çəkirdi intihar etdi-VİDEO
Mətbəx zövqü
Hava haqqında
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
DİQQƏT! Uyğun olmayan QİDA və DƏRMANLAR
Qorxulu makiyaj nümunələri
Çaya "cənnət toxumu" əlavə edin - FAYDALARI
Kartof salatı (video-resept)
Azərbaycanda tələbələrin köçürülməsinə başlanılır
Nazirlik: "İndiki iyul havası əvvəlki illərdə də olub"
Van Damın Bodrum sərgüzəştləri-FOTO
Beyin silkələnməsi ilə intihar arasında əlaqə varmı?
Obama: “Müsəlmanların tərəfini saxlamıram, sadəcə...”
Bakıda Məmməd Arazın xatirə gecəsi keçirildi
Brabus Mercedes-Benz yeniləndi
Özünüzü idman etməyə məcbur edirsiniz?
Bayram Bakıda həkimlərə dinclik vermədi
Dəbli ayaqqabılar
SMS icazə olmadan evi tərk edənlər cəzalandırılacaq - RƏSMİ
" Acem plovu" (foto-resept)
“Instagram”da yeni fırıldaqçılıq
Sosial siğorta nədir və onun əhəmiyyəti nədən ibarətdir?
Ermənistanda yüksək rütbəli hərbçilərin həbsinə başlanılıb
Kıvançdan Atatürkü canlandırması ilə bağlı açıqlama
Magistraturaya boş qalan yerlərə qəbul elan edildi
Brüksel kələmli makaron (foto-resept)
Ebru Şallıdan hamilələrə xüsusi məşq hərəkətləri
- ŞƏRHLƏR