Həyatda insan bir neçə stresli vəziyyətdə ola bilər. Siz ya fiziki cəhətdən, ya da mənəvi cəhətdən stress altında ola bilərsiniz. Əlbəttə ki, hər kəs həyatda streslə yaşamağı öyrənib. Gündəlik həyatımızda çox stress yaşayırıq. Ancaq düşünməyin ki, yaşadığınız bu halın sizə heç bir mənfi təsiri yoxdur. Stres insanın həyatına çox təsir edir. Buyurun, diqqətlə oxuyun və düşünün.
Dəyərli keyfiyyətləriniz azalar. Qərarsız vəziyyətiniz getdikcə çoxalar. Həyatdan zövq almamağa başlayarsınız. İnsanlardan hətta sevdiklərinizdən uzaqlaşarsınız. Əsəbilik, nifrət, küskünlük bu kimi hisslər sizdə tez–tez özünü büruzə verər. Başqalarına və özünüzə olan dəyər və güvənsizlik artmağa başlayar. Anlayışlı düşünə bilmərsiniz. Ətrafımızdakı bəzi insanlar streslə mübarizə üçün bir çox yollara əl atırlar. Məsələn: bəziləri artıq dərəcədə içki içir, bəziləri siqaret çəkir, bəziləri isə həddindən artıq yemək yeyərək stresdən azad olacaqlarınız zənn edirlər. Amma bunların heç biri çarə deyil. Problemi başqalarında axtarmayın. Ən birinci özünüzü dinləməyə çalışın. Daha savadlı və biraz məlumatlı olsaq, əslində hər şeyin öhdəsindən gələ bilərik. Məsələn, xəstə olarkən necə sağalmağı bacarırıqsa, həyatda da hər bir problemin öhtəsindən gələ bilərik. Bəzi şeylərin tətbiqi çox asan olsa da, həyatımızı dəyişdirəcək qüvvəyə malikdirlər. Gəlin, bu kiçik, amma dəyərli məsləhətlərə baxaq.
Müsbət fikirləşmək
Mənfi bir fikir ağlınıza gəldiyi vaxt o cümləni müsbət hala gətirin. Bir az fikirləşin, əgər beyniniz mənfi bir fikir yaradırsa, bəs onun müsbətini niyə yaratmasın ki? Mənfi fikirləri beyninizdə müsbətə doğru dəyişin. Yenə bunun üçün özünüzə qarşı diqqətli olun. Özünüzə dürüstcə cavab verin. Cavabınız mənfidirsə, o düşüncəni tamamilə dəyişdirin. Məsələn: “Bu işi səhv etdim, artıq beləcə də gedər” yerinə “Düzdür, bu işi səhv etmişəm, amma bu səhvimdən dərs çıxartmalıyam ki, bir də belə səhv etməyim”. Buna alışana qədər ağlınıza gələn bütün mənfi düşüncələri qovun.
Hər zaman yeni bir gün üçün hazırlıqlı olmaq
Yığıncaqlar, imtahanlar, yeni layihələr, təqdimatlar, bunlar həyatda həmişə olacaq və sizin zamanınız həmişəki kimi o qədər də çox olmayacaq. Bunlar eyni zamanda həyatın həyəcanı və bir parçasıdır. Əsas odur ki, siz özünüzü hər zaman bunlara hazırlayın. "Sabah həyatımın ən böyük imtahanı olmayacaq və müvəffəqiyyətli olmaq mənim öz əlimdədir və mən müvəffəqiyyətli ola bilərəm, çünki daha əvvəl də müvəffəqiyyətli oldum". Keçin güzgünün qarşısına və müvəffəqiyyətli günlərinizi xatırlayın. Başqalarına verdiyiniz məsləhətləri özünüzə verin və əsla məqsədinizdən əl çəkməyin.
Əgər başınızda bir problem varsa və ya sizin problem hesab etdiyiniz bir şey varsa, çalışın özünüzü stresə doğru çəkməyin. Problemin çarəsini axtarmağa başlayın. Tutaq ki, bir iki gün ərzində bir işi təhvil verməlisiniz. Əgər siz vaxtın az olduğunu düşünüb həyəcanlansanız, bu zaman işinizi yerinə yetirə bilməyəcəksiniz. Amma sakit başla işləsəniz, bu zaman işiniz də çox gözəl olacaq.
XƏBƏR LENTİ
Hamı onları əkiz zənn edir, əslində isə..- FOTO
"Bakıya zəlzələ təhlükəsi..."
Məşhur aparıcı ana olacaq-FOTO
Banklar ipoteka kreditlərindən imtina edəcək
Hava haqqında
Bu oğurluğun dəyəri ölçülə bilmir
Hava haqqında
Mağaradan malikanə düzəltdi - Gecəyə 950 dollar qazanır - FOTO
İnstaqramdakı adını belinə döydürdü - FOTO
Problemli kreditlərdən çıxış yolu
Ölkəmizdə uşaqlara münasibət nə yerdədir?
Sevgi adası
Çoxobrazlı Aygün Kazımova stili
Əcnəbi qəhrəmanlar - Göygöz Kosadan qorxmayan Mətanət bacı
Olduğu kimi qəbul et!
Məqamında çəkilmiş şəkillər
Tərəvəzli pizza (foto resept)
Azərbaycanda 2 kq-lıq qeyri-adi meyvə yetişdirildi-FOTO
Lazımsız kəşf
Texnologiyanın səbəb olduğu dəri problemləri
Soğan salatı (foto resept)
İnsanlar daha qocalmayacaqlar?
Nüsret Kann film festivalında-FOTO
Ertələmək problemi ilə üzləşənlər üçün məsləhətlər
Azərbaycanda ödəniş kartlarını qorumağın yolları
Ulduz futbolçu Fransanı təhqir etdi
Bircə Akalay jurnalistləri təəccübləndirdi-FOTO
Bakı metrosunda gediş pulsuz olacaq
"Eurovision 2019"- təmsilçimiz Çingiz oldu?
Region qeydiyyatında olanlar Bakıya qayıda biləcəkmi?
Uşağın makrozomik olaraq doğulması
Qadın olmaq heç də asan deyil...
SPA rahatlığı
Özünüzü tanıyırsınızmı?
Kişi müəllimlərin sayı niyə azdır?
Sağlam münasibət üçün tövsiyələr
Dünyanın ən bahalı 10 brendi müəyyənləşdi
Linza taxıb kompüterdə işləmək korluğa gətirib çıxarır
Azərbaycanın müxtəlif yerlərində seysmoloji aktivlik aşkar edilib
Boyama - 2
Hindistan qozlu tart (foto resept)
Samsung böhtanın cəzasını istəyir
Hava haqqında
Paytaxt salatı (foto resept)
Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Arpacık nədir?
Millət vəkilləri avtoxuliqanlara qarşı
İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar
Harrison Fordun cəzası məlum oldu
Zoe Kravitzin gözəllik sirləri
- ŞƏRHLƏR