Kasıblığın səbəblərini harada axtarmalı? Bəs səbəbin məhz bizdə olma ehtimalı nə qədərdir?
Biznes trener və məşhur lektor Natalya Qreys öz kitablarının birində bu suala cavab tapmağa çalışıb. O, əmindir ki, “Genetik kasıblıq qanunu” mövcuddur və məhz buna görə insanlar kasıbdırlar, çünki qanuna görə insanlar şüuraltını məhz kasıb olmağa proqramlaşdırırlar. Buna isə sən demə 4 əsas faktor təsir edirmiş. Diqqətli olun, belə ki, hər biriniz burada öz səbəbinizi tapa bilərsiniz.
Mentalitet
Uşaqlıqda sinif yoldaşımla tez-tez onların divanında hoppanardıq. Hər dəfə hoppandıqca ayağımın altında hiss etdiyim yaylar çox xoşuma gəlirdi, hoppananda havaya atılan toz məni heyrətə gətirirdi. İyirmi ildən sonra rəfiqəmgilə qonaq gedəndə məhz həmin divanı küncdə görüb dəhşətə gəldim. Yox, divan çox köhnəlməmişdi, sadəcə mən ətrafın nə qədər kasıb və səfalət içində olmasından sarsıldım. Beynimdə isə “yeni divan, çirklənmiş stulların, sınmış və şokolad kağızı ilə yapışdırılmış güzgünün yenisi ilə əvəz olunması neçəyə başa gələr?” kimi suallar dolaşırdı. Söhbət etdiyimiz müddətdə mən xəyalən tavanı ağardır, divar kağızlarını dəyişirdim. Ürəyimdən üstünü milçəklər batırmış çirkli pəncərələri silmək, divanın altından çıxan taxta-tuxtanı, corabla sarınmış qırıq gül dibçəyini zibilliyə atmaq keçirdi. Özlüyümdə düşündüm ki, bəlkə pulları yoxdur… Beynim isə ürəyimə qarşı çıxır və deyirdi ki, bəlkə çox da bahalı olmayan bir yapışqan alıb heç olmasa, stolu yapışdırım. Baxdığım her yerdə gözümə çirk, ləkə, zibil və səfalət dəyirdi.
Beynim birdən mənə səsləndi: “Niyə, səncə, yoxsulluğun yanında həmişə çirk və zibil var?”
Hətta “həmişə” sözünü “demək olar ki, həmişə” və ya “tez-tez” fikri ilə əvəz etsək də, bununla heç nə düzəlmir. Çünki pintiliyin səbəbi yoxsulluq deyil, mentalitetdir”.
Düşünək: pintilik-düşüncə tərzi, mentalitetin göstəricisidir və pintiliklə kasıbçılıq “qonşu” olduğundan səfillik də özünəməxsus mentalitetdir. Bir sözlə, kasıbçılıq yuyulmamış başda olur.
Meşşanlıq
Məktəbdə mənim çox ecazkar və fitri qabiliyyəti ilə seçilən bir ədəbiyyat müəlliməm vardı. Bir dəfə kimsə ondan “Meşşanlıq nə deməkdir?” soruşur və onun verdiyi cavab mənim ömür boyu yadımda qalır: “Meşşanlıq şkafda yeni fincan ola-ola köhnəlmiş fincandan içməkdir”. Bizdə axı belə qəbul olunub, pulu qara günə yığ, yeni fincanı ağ günə saxla, amma bir şeyi unuduruq ki, ağ gün az hallarda gəlir, qalan həyatımız isə qara günlərlə dolur. Səhv gələcəklə yaşamaq və onu gözləməkdir. Gələcəklə yaşayan insan üçün o, heç vaxt gəlmir. Onda mən bunu başa düşdüm: səfil olmaq ayıbdır, pinti olmaq ayıbdır, beyində zir-zibil daşımaq ayıbdır, o zir-zibil ki, mütləq şəkildə bizim həyatımız, uşaqların düşüncəsi və psixologiyasında tam əksini tapır”.
Gələcəyi gözləyərək yaşamaq həyatın dağılmağına gətirib çıxarır.
“Göyçək Fatma” kompleksi
Bir qadın tanıyırdım, hansı ki, iyirmi ildir bağ evi almaq üçün pul yığırdı. Tək başına iki qız böyüdürdü. Qızları yarı ac, yarı tox yaşayırdırlar, yedikləri isə ancaq sıyıq olurdu və böyük qızı mənə dizləri sökülmüş vilvet şalvarla çölə çıxmağa necə utandığını danışırdı. Qız ildən-ilə böyüyür və onun şalvarı da möcüzəvi şəkildə onunla birlikdə böyüyürdü.
Əlbəttə ki, burada qazanc azlığını inkar etmək olmaz. Lakin burada söhbət beyində olan çürüklükdən gedir, çünki həmin pula yaxşı və həm də çox kasıb görünmək olar, bu isə ancaq insanın seçimindən asılıdır.
Nəhayət, ana istədiyi bağ evini alır, artıq böyümüş qızların bu vecinə də olmur. Ana isə qızların gözündə günahkar olur, çünki o, qızlarına necə qadın olmağı, necə yaşamağı öyrədə bilmir. Uşaqlıqdan gördükləri sürtülmüş kreslolar, köhnəlmiş qab-qacaq, hətta köhnə dəsmallar, illərlə geyindikləri üst-başları, bir sözlə, bütün bu uşaqlıq travmalarının nəticəsidir ki, onlar özlərinə pul xərcləməyi layiq bilmirlər. Hər dəfə qızlar özlərinə bir şey alanda əhvalları pozulurdu, çünki özlərini yaxşı şeylərə layiq bilmirdilər.
Əziz dostlar, bunun adı iki sözdən ibarət “genetik səfillik”-dir. O artıq düşüncəyə, genlərə, qana və insanın hər hüceyrəsinə hopub.
Özünə pul xərcləməkdən qorxmaq sizi səfil edir.
Şüuraltının proqramlaşdırılması
Uşaqlığı yoxsulluq içində keçən insanlar özlərindən asılı olmadan kasıblığa proqramlaşmış olurlar. Artıq yeniyetməlik dövründə onlar bunun ağırlığını hiss etməyə başlayırlar.
Anton Pavloviç Çexov: “Tökülmüş divarlar və çirkli koridorlar tələbənin biliyini artırmağa mənfi təsir göstərir.” deyib.
Kasıbçılıq və pintilik insanı uğursuzluğa proqramlaşdırır.
Əlbəttə ki, siz bu fikirlərə qarşı çıxacaqsınız, çünki bəzi insanların yoxsulluğa olan nifrəti onların inkişaf etməsi və çox pul qazanması üçün stimul olur, lakin bu say çox azdır. Çoxluq isə pulsuzluğun altında əzilir. Pulsuzluq bədbəxtlikdir, bədbəxtliyi özünüzə yaxın buraxmayın.
Zənginlik və kasıbçılıq tale deyil, düşüncə və fikirlərinizin məhsuludur.
Arzu Nəcəfova
XƏBƏR LENTİ
“WhatsApp”da Yenilik!
Asan salat (foto resept)
Divan dəsti seçimi
2018-in yay aksesuarları
Metropolitenin yeni rəisi kimdir?
Məşhur Müğənni Həbs olundu-SƏBƏB
Qışa hazırlıq
2019-cu ilin ən gözəl dekorasiya nümunələri
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
Cennifer Lopezin 10 illik sevgilisi öldü-FOTO
Şou ulduzu protein reklamına çəkildi - FOTO
Azərbaycan-Türkiyə hərbi dialoqu başlayır
Yaşlı halını xatırladığımız məşhurların cavanlığı
Şəbəkə sənəti
Pəhriz saxlamadan arıqlamanın 15 yolu
Dəhşətli virus tapıldı: Bu infeksiyaya dözmək daha çətindir-FOTO
Hamilə qadının bətnində 13 uşaq var
Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
Bir həftədə 27 milyon insan izlədi
İstedadı ilə təəccübləndirən makiyaj ustası
Yaşlıların ömrünü uzadan 4 idman hərəkəti
Həyatda özgəsinin,qəlbimdə sənin oldum
Qadın.Netlə birlikdə hamiləlik (39-cu həftə)
Məşhur qadının məzarı tapıldı
İrina Şeykdən fərqli FOTO
Bir-birinə oxşayan 3 xəstəlik
İşçiyə az maaş verənlərin nəzərinə!
Saç tökülməsinə qarşı 3 bitki mənşəli həll
Avstraliyanın fərqli dünya olduğunu göstərən xüsusiyyətlər
Dəri ağardan təbii maskalar
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 4273 yeni yoluxma
Payızda əkib, qışda satırlar - Qarpız 3, yemiş isə 4 manata təklif edilir
Fransız rəssamın dadlı dizaynları
Fərqli və gözəl yeni il ağacları
Gözlənilməz imici ilə hər kəsi təəccübləndirdi
Saçları rəsmlərdəki kimi boyadı
Hər il 300 ton qızıl zibilliyə atılır
BMW yeniliyi göstərdi
Azərbaycanda güclü zəlzələ olacaq?
Bəhram Bağırzadəyə təcili ağ ciyər köçürülməlidir - HƏKİM
Duyğuların qoxusu
Ağız suyunun axması
Maraqlı və gülməli hamam əşyaları
COVID-19-un şiddətli keçməsinin səbəbləri
Dünyanın ən böyük yaddaş kartı o olacaq
76 mindən çox şagird imtahan verəcək
Göyəm salatı (foto resept)
Noxud şorbası (foto resept)
Pnar Altuğ 13 sonra ETİRAF etdi
Dəbdən düşməyən rəng
- ŞƏRHLƏR