"Qara bayram" - heç istəməzdim belə bir ürək sıxan adla xəbər hazırlayım. Bayram əhval-ruhiyyəsinin pozulmasını istəməyənlər - xəbərdən yan keçin. Amma səbr edib oxusanız haqq verəcəksizniz İnşallah.
Daha bir Ramazan ayını geridə qoyduq, ya da O bizi geridə qoydu. Yaradanın daha bir rəhmət süfrəsinə qonaq olduq, ya da olmağa çalışdıq, hər kəs bacardığı qədər. Bilindiyi kimi Ramazan ayının bitməsi səbəbiylə ay boyu ouruc tutanların bayramıdır Ramazan bayramı. "Mən üzrlü səbəbdən tuta bilmədim - mənim bayramım deyilmi?" - deyən bacım, qardaşım, oruc tutmaq sadəcə mədənin boş qalması deyil ki, fiziki sağlamlıq imkan vermirsə, sadəcə mədə oruc tutmayacaq. Amma gözlər, əllər, dil - bunlar ki, oruc tuta bilər. Əslində sadəcə mədəsi oruc tutan bacım, qardaşım, orucun nə dərəcədə məqbuldur - Allaha qalmış...
Bayram əhval-ruhiyyəniz necədir? On ballıq şkalayla desək neçə bala uyğun gələr? Və ya neçə bala uyğun gəlməlidir? Deyimmi? O şkalanın göstəricisinin bir göstərməsi yetərlidir. Niyəmi? Çünki Ramazan bayramını əsil müsəlmanlar qeyd edər. Əsil müsəlmanın isə qonşusu ac ikən rahat olmaması lazımdır. Bəs, qonşusu öldürülürkən rahat yatan necə, müsəlmandırmı? "Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar." (Hucurat 10) buyurur Allah (c.c). Qardaşı ölənin bayramı qara olmazmı? Dəccal bombasının yerlə yeksan etdiyi dağıntılar altından görünən körpə əllər - ananın daşa dönmüş sinəsinəmi uzanırsınız? Anasını axtarmaqdan əldən düşmüş qızcşığaz - saçlarını kim darayıb hörəcək? Axı sən mənim balam ola bilərdin. Axı sənin anan mən ola bilərdim... Kimdir bu səhnələrin günahkarı? "Yox, yox, biz deyilik, onlardır, kafirlər!" Bu qərar vicdanının başına necə də tumar çəkir...
Heç düşündünmü niyə müsəlman ölkələrində qanlar tökülür? Heç soruşdunmu niyə "Allah" deyən, "Allah" deyəni öldürür? Əlbəttə soruşdun. Əminəm ki, cavabını da bilirsən. Birlik yoxdur çünki. Bir xristian və ya yəhudi qanı töküldü deyə, birləşib minlərlərlə müsəlman qanı tökür dəccal əsgəri. Bəs sən niyə susursan ey vicdanım? Tək əldən səs çıxmaz deyirsən, doğrudur. Bəs səsini çıxarmasan necə çoxalarsan?
Hər kəs öhdəsinə düşəni etməlidir, ən azından öz vicdanı qarşısında üzüqara olmamaq üçün. Hz.İbrahimin odunu söndürməyə tələsən qarışqa qədər də olmayaqmı?.. Diget indi, bayramını qeyd et, vicdanım, uşaqların ağladığı qara bayramı... Mənim müsəlman bacılarım, qardaşlarım, mənim körpələrim, bağışlayın, bağışlayın ki, vicdanımı susdurmaqda mahirəm...
Qardaşımın evini yıxan kafir bombası, səndən də utanıram. Utanıram ki, birdən mənə gülərsən, "Qardaşının evini dağıtmışam, sənsə bayram edirsən!" deməyindən utanıram... Bayram sənin bayramın imiş, kafir bombası...
Məqalə üçün şəkillər axtrarakən elə səhnələrə rast gəldim ki... İstəyənlər baxa bilər, bircəsi bura üçün yetər deyə düşündüm.
Bayram əhval-ruhiyyənizi pozdumsa - haqqınızı halal edin. Bir gün uşaqların güləcəyi bayramı qeyd etmək ümidiylə...
XƏBƏR LENTİ
Məşhur müğənni deportasiya olundu
Ananın ixtira etdiyi cəza üsulu hər kəsi təəccübləndirdi
68 yaşlı bəy, 19 yaşlı gəlin - Toylarına heç kim gəlmədi - VİDEO
Stress saçları niyə ağardır?
Məşhur aktyor "Çukur"dan ayrıldı
90 yaşlı ekstrim həvəskarı dünyanın ən hündür “bungee jumping”indən tullanıb – VİDEO
Qız uşaqları üçün yay geyimləri
Məşhur tərzi: Jenny Cipoletti
Cindy Crawforddan enerji verən yaşıl içki
Bir sıra icazələr ləğv olundu - RƏSMİ
Bakıya od ələnəcək, bəzi rayonlara yağış yağacaq
İşsiz qalan gənc milyonçu oldu
Ulduzların qəribəlikləri
Berliner ponçik (foto resept)
Qolsuz bluzlar
Qat-qat xəmirdən küncütlü bulka (foto resept)
Qurban bayramı günündə bunu etmək olar?
Bilmədən etdiyim günah
Ən yaxşı 5 meyvə maskası
Hər bitkidə bir əlac var
Qəbələyə qar yağdı-5sm
Azərbaycanlı tələbələr ermənilərə yerini göstərdi
Spiral
Fitball - kiçikdən böyüyə
Hava haqqında - 19.11.2013
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
9 hərəkətlə arıqla!
Fıstıqlı dondurma (foto-resept)
Heraklion
Sabah bu yollar bağlanacaq
Məşhur aparıcı ana oldu-FOTO
Bakıda səbrsizliklə gözlənilən qar evlərin istiliyini apardı
Asiya salatı (foto resept)
Ərdoğan İmamoğlunu təbrik etdi
Kimlər koronavirusa yoluxmayacaq?- Məşhur alimdən açıqlama
Məşhurlarla dolu arxiv FOTO - 1998-ci il, eyni gəminin tayfaları
İsti havalarda dəri baxımı
"Xəbərlər"in aparıcısı efirdə şəhidlər üçün ağladı
Gözəl bilərzik modelləri (2)
Gülşənin 2,5 milyon dollarlıq möhtəşəm evindən görüntülər - FOTO
Ezgi Mola sevgilisinə sataşdı
Merve Boluğur yanındakı şəxsin kimliyi barədə açıqlama verdi-FOTO
"TANAP regionda sülhə yardım edəcək"
Vişnəli kisel(foto resept)
Yunan əfsanələrində həqiqət varmı?
Növbəti düşmən təxribatı ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ
Payızda “ikinci dalğa” təhlükəsi: Karantin yenidən sərtləşdiriləcək? - VİDEO
"Bakı 2015"də ilk
Günün ulduz falı
Gözəl tortlar
- ŞƏRHLƏR