İnsanlar çox vaxt bədbinliyə qapılıb nəyisə qara-qara düşünərkən həyatın əllərindən necə axıb getdiyini hiss etməzlər. Halbuki, ömür əslində çox uzundur, həm də çox qısadır. Bu, hər kəsin onu necə istifadə etməyindən asılıdır. Ona görə də zamanımızın qədrini bilməli və eləcə də özümüzü tanımalıyıq. Öz gücümüz və potensialımızla tanış olmalıyıq. Özümüzə qarşı haqsızlıq etməməliyik. Özünütənqid çox gözəl bir şeydir. Amma özünüqapama və insanın öz qarşısına sərhəd qoymağı heç də gözəl bir davranış tərzi deyil. Bu, insanın özünə etdiyi haqsızlıqdır. Bu yaxınlarda Şəbnəm adlı bir xanımın yazısını oxudum və çox xoşuma gəldi. Bu pozitiv və ilhamlandırıcı yazını sizinlə də paylaşmaq istədim. Buyurun, oxuyun və əhvalınızı nikbinliyə yükləyin.
1. Sənin içində bütün dünyanı dəyişəcək qədər güc var. Sən unikalsan. Sənin kimi bir insan mövcud olmayıb və olmayacaq. Sənin təcrübən, dünyaya baxışın, xarakterin, potensialın əvəzolunmazdır. Sən başqalarına oxşamağa çalışdıqca özünün ən böyük gücünü-fərqliliyini itirirsən. Özün ol!
2. Kin saxlamaq, paxıllıq etmək cılız adamların işidir. Bu hisslərdən yuxarıda ol. Böyük ürəkli insanlar sevgi və mərhəmətlə dolu olurlar. Böyük ol!
3. Sənin həyatından yüzlərlə insan gəlib keçəcək. Onların hər biri sənə ya nəyisə öyrətmək, ya da kömək etmək üçün ordadırlar (bəli, borc alıb aradan çıxanlar da). Hər bir insandan öyrənməli şeylər var. Öyrənməyə açıq ol!
4. Qorxu səni görünməz həbsxanaya kilidləyir. Ürəyinin səsini dinləyə bilmirsən, enerjin zəifləyir və özünə hörmətini itirirsən. Nə qədər az qorxaq olsan, o qədər çox güclü olacaqsan və o qədər də gözəl yaşayacaqsan. Cəsur ol!
5. Əgər böyük işlər görmək, dəyişikliklər etmək istəyirsənsə, tənqidlərə, kobud münasibətə hazır ol. Bil ki, xoşbəxt insanlar heç kimə palçıq atmırlar. Bunların səni qırmasına imkan vermə. Güclü ol!
6. Mənfi emosiyalara qapılmaq asandır–şişirdilmiş yazıqlıq həmişə kədərli olur. Özünü müsbət ruha kökləmək isə əlavə enerji tələb edir. İnsanların çoxu tənbəldir, özünə yazığı gəlməyi, pessimist olmağı seçirlər. Sən öz üzərində işlə. Pozitiv olmaq üçün davamlı beynini müsbət düşüncələrə köklə. Bu, səbr tələb edir. Səbrli ol! Pozitiv ol!
7. Sənin ən böyük tənqidçin özünsən. Hər addımını tənqid edən başındakı o səsi susdur. İnan ki, hamının başı özünə qarışıqdı, heç kim sənin həyəcanını, utancaqlığını hiss etmir. Sən özünü necə aparırsansa, insanlar səninlə o cür davranacaqlar. Özünə inamlı ol!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Əli Əsədovdan ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR
Mobil telefon bir neçə saniyəyə enerji yığacaq…
Dodaqlarım tez-tez uçuqlayır, nə etməliyəm?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Maraqlı şəkillər
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Tubaya üç rejissordan təklif gəldi
Enli şalvarlar
Zövq oxşayan ayaqqabılar
Süni tənəffüs cihazındakı xəstələrin sayı artdı
BMT rəsmisindən maskalarla bağlı AÇIQLAMA
Bütün internet bu görüntülərdən danışır
Yağış, qar, külək - Sabahın havası
10 yaşlı dahi
Sabahın HAVAsı
Bakını daha təmiz və gözəl görmək üçün.
Qızı ilə eyni yaşda görünən qadının gözəllik sirləri
Dünyanın ən uzun insanı
HAVA necə olacaq?
Bahalaşmaya qəti yox
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Qocalmağa başlamışıq
I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək
Koreyada plastik cərrahların dünyanı ÇAŞ-BAŞ SALAN ƏMƏLİYYATLARI - İnanılmaz FOTOLAR
Qadının həyatı haradan başlanır?
Mədə qıcqırması və müalicəsi
Ev dekorasiyasında yeni dövr
"Çukur"da yeni aktyor
İntim gellə qaşınmaya son
Lobyalı ət
Google rouminqsiz plana keçir
Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Məşhur aktrisa gəncliyindən danışdı
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Maştağada qəribə yırtıcı peyda olub - FOTO
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Kadir Doğulu
Kompüter gücündə telefon
Küçəyə atılan it özünə iş tapdı
Günün ulduz falı
Cəbhədən xəbər var
Avropanın rəmzi komandası - SİYAHI
Görməniz lazım olan yerlər (1)
Hava haqqında
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var?
Adət ənənə "Toy"
İmumniteti hansı vitaminlər gücləndirir?
Bədən tipləri
Olimpiadanın talismanları göstərildi
- ŞƏRHLƏR