Ehtiyaclar sonsuzdur. Bəşər cəmiyyəti mövcud olandan sanki ehtiyaclar da onunla bir doğulub - maddi və mənəvi ehtiyaclar... Bütün bu ehtiyacları birləşdirən ortaq cəhət var ki, o da insanın var olması üçün vacib amillərdir. Amma maddi ehtiyaclarımız mənəvi ehtiyaclarımızı üstələyəndə o zaman əsl insanlıqdan çıxırıq. Bəzi insanlar düşünür ki, maddiyyat olmadan mənəviyyatdan söhbət gedə bilməz. Bu, belə deyil.
Məsələn, biz qadınlar bəzən bir kəlmə şirin sözü neçə-neçə qarın dolusu yeməkdən üstün tuturuq. Xoş təbəssümə ehtiyac duyuruq. Əks cinsin nümayəndəsinin düşüncələrini gözlərindən oxumaq istəyirik. Bildirməsini istəyirik bizə olan sevgisini... Bir dəstə çiçəklə və bəzən həyətdən dərilmiş bir ədəd qızılgüllə bütün qəbahətlərini bağışlamaq istəyirik... Özəl günləri xatırlamasını istəyirik... Onun üçün bütün işlərdən önəmli olduğumuzu bilmək üçün... Sevdiklərimizin diqqətinə ehtiyac duyuruq ...
Əynimizdəki paltara, makiyaja, ya da saçımıza diqqət yetirərək bizdəki dəyişikliyi görüb “Nə qəşəngsən” deməsini gözləyirik. Hərdən son dərəcə həssaslığına ehtiyac hiss edirik... Baxışlarımızdan dərd-qəmimizi, qəlbimizdə kök salan acı nisgilimizi anlamasını istəyirik. ”Sənin əlindən zəhər olsa içərəm” deyən dildən qarşısına qoyduğumuz yemək müqabilində “Çox dadlıdır, əllərinə sağlıq” sözünü eşitmək istəyirik bəlkə. Gündəlik işlərdən baş qaldırıb bir az da bizə zaman ayırmasına ehtiyac duyuruq. İlk görüş yeri, ya da evlilik təklifi etdiyi yerlərə səyahət, bəzən də o günləri elə-belə - sadəcə yada salmaq üçün vaxt ayırmaq... Bəzən bir kəlmə ilə dəyərli olduğumuzu hiss etdirmək üçün xəfif bir pıçıltı ilə ”Nə yaxşı ki, varsan” deməyini arzulayırıq.
”Qadın zərif məxluqdur” deyirlər. Zəif yox. Zərif yaradılanlar kimi onun da qayğı və diqqətə ehtiyacı var. Bu ehtiyaclar ödənilməyəndə qadın zərif bir gül kimi solur, ya da başını aşağı dikir. Özünü tənha və lazımsız hiss edir. Halbuki, bəşəriyyətdəki bütün xoş əməllərin başında qadın durur. Bütün gözəlliklər qadın əlində rahatlıq, dinclik tapır. Bəs onda nədən bu əməyin ehtiyacını lazımınca qiymələndirməyək? Yazdıqlarım əsla təmənna deyil, sadəcə, bir qadının ehtiyaclarıdır, dostlar...
XƏBƏR LENTİ
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Məşhur model tənqid hədəfi oldu-FOTO
Hava haqqında
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Sabah hava yağmursuz olacaq
Kimlər ev tikə bilməzlər?
2015 yaz-yay dəbi çantalar
İnstaqram və reallıq
Norveçin əsrarəngiz görüntüləri
Elçin yeni seriala çəkilir-FOTO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
"Facebook"dan daha bir YENİLİK
1 həftəyə 5 kiloqram arıqlayın
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Xaricdən gələnlər 14 gün bunları etməlidir
Günün ulduz falı
Sevgidə edilən ən böyük səhvlər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
ATƏT Qarabağdan narahatdır
Kimsəsiz uşaqlara mənzil veriləcək?
2014-cü il “Sənaye ili” elan olundu
Türkiyədə bağlanan universitetlərin SİYAHISI
Elvis Presli sağdır - İDDİA
Super qadınlar üçün super qidalar
Evlər bu il ucuzlaşacaq
Ramazan ayının 23-cü gününün duası
Skype-da daha bir yenilik
İsti ciyər salatı (foto resept)
Ramazan bayramında terror həyəcanı
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
Payızda yaz havası
Putinin gözlənilən Türkiyə qərarı
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Ərdoğan Bakıya gəlir
Kənd milyonçular məhləsinə çevrildi
Hamiləlikdə zəhərlənmə
Günün ulduz falı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Azərbaycanda tariflər ucuzlaşdı
Limonlu ədviyyat hazırlayaq
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Şəhid əsgərin son mesajı
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Klaç çanta modelləri
Səyahət - Yunanıstan
Saç düzümləri
- ŞƏRHLƏR