Günümüzdə aktual olan məsələlərdən biri ünsiyyət, insan psixologiyası, rahat fikir mübadiləsinin yeni yollarının araşdırılmasıdır. Sevindirici haldır ki, XXI əsr texnikanın inkişafının yüksək bir nöqtədə olduğu zamanda, robot istehsalının sürətlə inkişaf etdiyi bir dövrdə paralel olaraq insani münasibətlərə qarşı həssas bir davranış özünü göstərir. Bu olduqca gözəldir! Çünki iyirmi-otuz il öncə bəzi ürəkaçmayan proqnozlar verilirdi, hansı ki, bu proqnozlarda robotlaşma, texnikanın inkişafının mənəvi dəyərləri geridə qoyacağı və s. fikirlər haqqında danışılırdı. Bu gün isə sosial şəbəkələrdə, TV məkanlarda, gündəmdə insan psixologiyası, qarşılıqlı anlaşma, sevgi, ailə və cəmiyyət, valideyn və uşaq kimi mövzulara yeni müsbət münasibət formalaşır. Təbii ki, bu ilk növbədə Respublikamızda psixologiya sahəsinin inkişafı, bu sahədə kadrlar,professionalların artımı ilə əlaqəlidirsə, digər tərəfdən də gənclərimizin xarici ölkələrə inteqrasiyası, mədəni dəyərlərin öyrənilməsi, ali savaddan bir addım öndə duran dünyagörüşünün inkişafı ilə bağlıdır.
Bu gün hər şeyin mürəkkəbləşdiyi bir dövrdə insan psixologiyasına, insani münasibətlərə həssaslığın artması özü belə çox mühüm hadisədir. İnsanların hamısı olmasa da, çoxu bu günə kimi bəsit baxdığı münasibətlərə daha həssas yanaşırlar. Buna misal olaraq ana-övlad münasibətinə baxmaq olar. Bir neçə il öncə bu günlə müqayisədə çox az ana tapılardı ki, öz övladları ilə, xüsusilə də, qız övladları ilə dost, rəfiqə olsun. Fikirlərini, hisslərini övladı ilə bölüşsün və qarşılıqlı olaraq övladında da fikirlərini bölüşmək, paylaşmaq duyğularını inkişaf etdirmiş olsun. Bu gün isə belə anaların sayı çoxalır. Təbii ki, hər bir şeyin bir yox, bir neçə tərəfi olduğu kimi bu məsələyə də müxtəlif aspektlərdən baxmaq mümkündür. Belə ki, bəziləri bunu mentalitetə uyğun saymamaq, “aradakı pərdəni götürməmək” və s. fikirlərlə fərqli istiqamətlərə yönləndirirlər. Lakin, gəlin, bir anlıq düşünək, övladımız ilk hansı mənbədən, kimdən öyrənsə ona daha faydası olar!? Doqquz ay onu öz bətnində gəzdirən, onunla aldığı havasını, qidasını, qanını, canını paylaşan anasındanmı, yoxsa onu cəmi bir neçə il və ya bir neçə ay tanıyan rəfiqələrindən, tanışlarından eşitdiyi düzgün və ya düzgün olmayan fikirlərdən yararlanmaq – bunlardan hansı övladımız üçün daha faydalı ola bilər? İkinci yolu seçiriksə və seçməklə də övladımızı, onun ilk hələ o qədər də möhkəm olmayan addımlarını , həssas qəlbini , həyatdan bixəbər iç dünyasını təhlükə altına atmış olmarıqmı?!
Ailə cəmiyyətin kiçik modelidirsə, demək ki, hər şey burdan başlayır. Çoxlarımız övladımızın yaxşı geyinməsini, sağlam qidalanmasını, nüfuzlu bağça və məktəblərdə təhsil almasını, tanınmış universitetlərdə oxumasını istəyirik. İstəyirik və bu istəyi övladlarımıza ötrürük. Əlbəttə ki, bu çox gözəldir. Lakin bir anlıq bu sətirlərdə dayanaq və özümüzə sual verək. Biz övladımıza insani münasibətləri nə dərəcədə aşılaya bilirik, ümumiyyətlə aşılayırıqmı? İnsanlara sevgi, heyvanlara qayğı, dostları ilə paylaşma, xeyirxahlıq, güzəştə gedə bilmək, bağışlamağı bacarmaq – bu duyğları aşılaya bilirikmi? Və bu hisslərin öz qəlbimizdə olduğuna nə qədər əminik? Bağışlamağı bacara bilməyən valideyin bu duyğunu, bu hissi övladına ötürə bilməsi, aşılaya bilməsi nə qədər realdır?! Güşətə gedə bilməyən valideyin bunu övladna aşılaya bilərmi?! Birmənalı olaraq yox! Edə bilməz! Demək ki, özümüzən başlamalıyıq. "Övlad ailənin güzgüsüdür" deyimi yüzdə yüz öz təsdiqini tapıb. Və hər bir valideyin müşahidə edib ki, övladlarımız, xüsusilə kiçik yaşlı körpələrdən söhbət gedirsə, onlar deyilənlərə deyil, gördüklərinə əməl edirlər. Və bu tərbiyə ana bətnindən başlayır. O zaman özümüzdən başlayaq...
Müəllif: Esmira Səmədova
XƏBƏR LENTİ
Yeni makiyaj trendi: Draping
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Merilin Monronun sırğaları fantastik qiymətə satıldı
Cəbhədə irimiqyaslı təlimlər
95 yaşlı milyarder evləndi-FOTO
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
Murad Bozdan NİŞAN AÇIQLAMSI
Dünyanın "ən"ləri
Cennifer Lopezin geyimi hər kəsi heyrətləndirdi-FOTO
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
İman edən alimlər-2
Erməni müğənni Azərbaycan mahnısı oxudu
Ardıcıl səkkiz gün iş olmayacaq - QƏRAR
Paxlavanın 1 dilimi 1000 dollardır-FOTO
Doğuşdan sonra qəbizlik
İş axtaranlara şad xəbər
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
Tiflisə səyahətin ucuz və rahat yolları
Zəhərli yumurta yayıldı - AVROPA QORXU İÇİNDƏ
Bilik var adamı kor edər, bilik də var...
7 yaşlı qız alimləri pərt etdi
“Dilmanc”dan yenilik
"Sevgi Qatarı" hər kəsin diqqətini çəkdi-FOTO
Bananlı, portağallı içki
Cavabsız suallar...
Aleyna Tilki istirahət FOTOsu paylaşdı
Açıq havada idman etmək
Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Payızın trend saç rəngi
Uşaqların mənfi davranışlarını necə yox etməli?
Bleyk yeni trend yaratdı-FOTO
MTRŞ “Lider” TV ilə bağlı bəyanat yayıb
Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi
Hava necə olacaq?
Mağazalara yararsız yumurta satan şəxs saxlanıldı
Göydən kül yağdı
Soyuq havalar üçün manikür modelləri
Bürclərin romantiklik dərəcəsi (1)
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Bir-birindən maraqlı 8 fakt
Milyarder 2 milyardlıq yaxtasında qonaqlıq verdi-FOTO
Saçlarınıza zərər verməyin
Günün qoroskopu: çətin anlardan mütləq çıxış yolu tapacaqsınız
Hələlik sadə əməliyyatlardır
"Milan" satıldı - 1,5 milyarda
2015-ci ildə Bakıda ilk Avropa Oyunlarınından yeni xəbər
Hamiləlik və doğuş
Diri toyuqların satışı məhdudlaşdırılacaq
- ŞƏRHLƏR