Bir gün külək qarşıma rəngi saralmış, üstünü toz basmış, əzilmiş bir kağız parçası atdı. Nədənsə diqqətimi çəkdi, əyilib götürdüm. Üstünü təmizləyib cizma-qara yazılmış sözləri oxudum. Belə yazılmışdı:
"Xoşbəxtəm bir övlad, bir bacı, bir ana kimi,
Mən bu gün etiraf edirəm sənə-
Heç xoşbəxt deyiləm bir qadın kimi..."
Çox təəssüf ki, nə şeirin əvvəli var idi, nə də müəllifi.Bu kağız parçası mənim qarşıma niyə çıxmışdı görəsən? Bilmədim, düşünüb təskinlikmi tapım, yoxsa içimi qəhərlə doldurmuş qayğılarımamı hiçqırım?...Yoxsa illərdir içimdə yığılıb qalmış suallara cavab tapım deyəmi?...
"Həyat bir imtahandır", "Qismətin beləymiş", "Özü yıxılan ağlamaz" və s. bu kimi sözləri yazmaq bəlkə də şablon alınacaq. Amma bu həyatda çətinliklə qarşılaşanda ən çox eşitdiyim sözlərdir. Axtardığım suallarasa bu cavablar sözün əsl mənasında cavab deyil...
Axı necə cavab tapım? Şablondan qaçım, adiləşmiş suallardan və cavablardan bezmiş kimi baş götürüb hansı məkana üz tutum? Hansı məkana gedim ki, orda məni anlayıb üst-üstə qalaqlanmış suallarımın çözümünü tapa biləcək birini tapım? Varmı elə bir məkan, varmı elə biri? Hansı ki, məni dinləyərkən öz dərdinə qalmış kimi davranıb sözümü yarımçıq kəsmədən, hayqırıb qışqırmadan, tənbeh etmədən, yerli-yersiz yol göstərmədən sonadək səbrlə dinləyəcək biri? ...
Dinləsin, sadəcə dinləsin, sözünü, qərarını vicdanına görə versin. Qarşısındakını anlayaraq versin. Özünü, öz mənafeyini güdmək olmasın fikri...Bəlkə də heç onun qərarı belə cavabsız suallarıma cavab olmayacaq. Amma yetər ki, sonadək dinləsin,səbrlə dinləsin, yanaraq dinləsin...
Belə "dialoqlarda" çox iştirak etmişəm. Çox olub ki, yerli-yersiz ittihamlarla günahlandırılıb cəzalanmışam. Amma heç məni sonadək dinləyən olmayıb. Yanlış addımda, yanlış yerdə, yanlış qərar qəbul ediblər, amma dinləməyiblər...Sonu nə olub? Sonu yenə də dünəndən qalmış sualların daha çoxunu ürəyimin bir kücündə əsir edib, cavabsızlığa məhkum etmişəm..
Həyatın qəribə qaydaları, yazılıb möhürlənən qanunları var. Kənardan baxanlar üçün sən dərdi-qəmi olmayan, arxalı-dayaqlı biri kimi görünürsən. Bu yalnız kənardanmı görünüşdür? Bunu ancaq mən bilə bilərəm... Çünki həqiqətdə üzümün nuruyla, ətrafdakılara münasibətimlə, davranışım, zövqümlə kimlərinsə gözündə mən bu təəssüratı yarada bilərəm. Kimlərsə ehtiyacım olanda mənə arxa durub, mənə qayğıyla yanaşa bilərlər. Lap bıçaq sümüyə dirənəndə kiməsə,hansı doğmamasa sığınıb imdad da diləyərəm, bu imdadıma hay da verərlər. Amma bu mənim suallarıma cavab verməz...Bu mənim sualarımın sual doğacaq yeni ünvanı ola bilər...
Nədir səni narahat edib, bu qədər düşündürən suallar deyə bilərsiniz. Haqqınız da var. Amma bilirəm ki, yenə də cavabımı ala bilməyəcəm...
Niyə? Çünki, bu sualların cavabını vaxtında verməliydim, özüm verməliydim. Necə ki, bu sualların yaranmasına səbəb kimi həm özüm özümü, həm də elə çoxları məni səbəb bildiyi kimi özüm də vaxtında verməliydim cavabımı. Gecikmiş cavab cavab deyil ki, yaranacaq yeni sualdır...
Suallarla çarpışmamaq üçün gərək hər hansı bir addımı atarkən tələsməyək.Yüz ölçüb, bir biçək. Qayğısız yaşadığınız anın qiymətini bilib onu asanca tərk etmək üçün can atmayaq. Gəncliyi, cavanlığı (hər yaşın öz qayğıları olduğu kimi sevinci, fərəhi də var), bax o sevincdən məhrum olmayaq deyə, o xoşbəxt anları ömürdən salıb itirməyək deyə gərək tələsməyək...
Bizə dəyər verə biləcək insanların yanında olaq. Çoxumuzda var belə hal bizi sevənləri biz sevmirik, amma bizim sevgimizə məhəl qoymayanlar üçün vuruşmağa hazır oluruq. Niyə axı? Axı niyə biz beləyik?... Bu sualları verməyək deyə bizi sevənlərdən yapışaq, həm də bərk yapışaq. Sevgiyə dəyməz birinə sevgi verməyə dəyməz...
O insanın yanında olmağa dəyər ki, kövrəlib dolanda , hərdən uşaq kimi ağlamaq istəyəndə sinəsinə sıxılıb ovuna bilək. Ovuda bilsin bizi nəfəsiylə, sözləriylə...Yanaqdan axan göz yaşımızı əlləriylə silib,bircə kəlməylə könlümüzü ala bilsin, ümid versin...Bax, belə birinin yanında qalmağa dəyər...
Elə bilməyin ki, bu suallar qarşısında təkcə qadınlar acizdirlər. Yox,sadəcə olaraq kişilər "kişi" adlarının arxasında gizlənib ağlayıb, sısqaya, kədərlənə bilmirlər...Bu suallar qarşısında təkcə qadınlar cavabsız qalsaydı, onda qocalar evinin sakinləri də təkcə qadınlar olardı...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Müğənni Kris Kelmi vəfat edib
Ütü necə təmizlənməlidir?
Əgər kədərlisinizsə, ancaq səbəbini bilmirsinizsə...
Fitneslə düzgün məşğul olmaq
Bütün dünya müsəlman olacaq?
Ən bahalı yataq dəsti
"Məqsəd yaxşı oxumaq yox, stress atmaqdır"
Şüşədə buzlu naxışlar
217 min dollarlıq çanta satıldı-FOTO
Dünyada qızıl dəyərə minir
Rusiyaya giriş çətinləşdi
Məşhur müğənni koronavirusdan öldü - FOTO
Uşaqlara MANNA və DÜYÜ sıyığı
Gündəlik həyatımızda istifadə etdiyimiz Atalar Sözləri!
"Oskar" mərasimində qalmaqal
Kliniki ölüm
Paint tutorial
Körpə haqqında doğru bildiyimiz 10 yanlış
Bizim fotomodellər
Ted Kruz ABŞ prezidenti postu uğrunda mübarizəni dayandırıb
Saçlarımıza qulluq edək
Günün qorodskopu:Əhvalınızı yüksək tutun!
Hava haqqında
Harison Ford yenidən “İndiana Cons” rolunu oynayacaq - VİDEO
Günün qoroskopu: səmimi, nikbin və gülərüz olmağa çalışın
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatlara bəyanat göndərdi
Qadın.Net-i necə tapmısınız?
Troya muzeyi dünyanın diqqətində
Merve yenə İMİCİNİ DƏYİŞDİ-FOTO
Dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verildi
Koronavirusa qalib gələn Pink: "Dəhşət idi"
Günün ulduz falı
Kök xanımların nifrət etdiyi 22 cümlə
Gürcü salatı (foto resept)
"Sigara böreyi" (foto-resept)
Körpələrin ideal boy və çəkiləri
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
ABŞ-da 40 milyon üçün dilənən ermənilər
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Günün qoroskopu: təşəbbüskar olun
Qaçqın ailələri üçün problem: necə etməli?
Meyvə-tərəvəz buketləri
Çikaqoda iki qatar toqquşub, yaralılar var
İstirahət gününün HAVAsı
Dənizdə böyük faciə; 400 ölü
Qadınlıq haqqında 10 mif (2)
Ağdamın azad olunması kadrları “Haber Global”da - VİDEO
Foqtsla bağlı qərar verildi
Ingilis Dili-XV Dərs
- ŞƏRHLƏR