Dostluğu ön planda tutaraq evlənən cütlərin evliliyinin çoxda uzun çəkmədiyini söyləyən Mütəxəssis Psixoloq Evlilik Məsləhətçisi Mine Eren mükəmməl bir ailə həyatı üçün nələrin vacib olduğunu verilən suallarda cavablandırdı...
Eşq və sevgi evlilik qərarına nə dərəcədə təsir etməlidir?
Ailə münasibətlərini digər dostluqlardan ayıran ən əsas fərqi intim münasibətlərin varlığıdır. Evlilik, iki şəxsin birləşərək uşaq sahibi olmaq arzusunu həyata keçirmək, uşaq üçün etibarlı və sağlam bir mühit yaratmaq üçündür. İnsanların qarşı cinsdən bir çox yoldaşı olur hətta bəziləriylə eyni evdə qalırlar. Bəs fərqi yaradan nədir? İntim münasibətlər. Bu münasibətlərin, yaxın əlaqənin özü sevgi üzərində qurulmuşdur. Sevginin olmadığı bir evlilik, evlilik və yaxın əlaqə deyil, yalnızca fərdlərin bir yerdə olduğu bir növ ortaqlıqdır amma dinclik, rahatlıq və bir zövq vermir. Bir növü özünü aldatmaqdır. Son dövrlərdə etdiyim məsləhətçiliklərdə sıx gördüyüm dostca evliliklərdir. Cütlər arasında hərhansı problem yoxdur, çox yaxşı bir-birlərini başa düşürlər, amma intim əlaqələri heç yox səviyyədədir. Bu heçdə sağlam olmayan və insanların fizionomiyasına zidd bir vəziyyətdir. Evliliklər bu şəkildə çox da uzun çəkmir.
Cütlərin bir-birlərini yaxşı tanıması üçün eyni evi bölüşmək, uzun müddət tətilə çıxmaq ya da birlikdə işləmək kimi vəziyyətlər qənaət edər və lazımdırmı?
Birlikdə vaxt keçirmək, şəxslərin bir-birlərini tanıması və başa düşmələri üçün çox əhəmiyyətlidir. Mən fərdlərin bir-birləriylə tanışdıqdan dərhal sonra evlənməklərini tövsiyyə etmirəm. İlk görüşdəki eşq, cazibədarlıq, həyəcan, onsuz ola bilməmək halı hormonların yüksək fəaliyyəti, həqiqətdən uzaqlaşdığımız andır. Eşqlə bağlı aparılan araşdırmalar bu dövrün ən çox 6 ay çəkdiyini göstərir. Bu dövrdə münasibətləri və qarşı tərəfi real dəyərləndirə bilmirik. Hormonlar normal səviyyəsinə döndüyündə eşq, sevgiyə çevrilir. Həqiqət olduğu kimi qarşılanmağa başlayır. Yetkinləşmiş sevginin yarandığı bu dövr evlilik qərarının alınacağı zamandır. Evlilikdən əvvəl, ümumiyyətlə insanların icazə verdikləri və xoşlarına gələn istiqamətlərini sərgilədikləri, həqiqi mənlik yerinə ideal mənliyin ön plana daha çox çıxarıldığı düşünülərsə, flört dövrü mütləq yaşanmalı və bu dövrdə sizin üçün uyğun olduğunu düşündüyünüz həyat yoldaşı modeliylə, partnyorunuzun davranışları arasındakı bənzərlik və uyğunlaşmanı müşahidə edib, doğru bir qərar verməyiniz yerində olacaqdır.
Özünü qarşı cinsin nümayəndəsinə bəyəndirməyə çalışmaq insanın ən təbii xarakteridir. Evlənməyə qərar vermədən əvvəl fərdlərin bir-birlərini yaxşı tanıması üçün nə etmələri lazımdır?
İlk tanışdıqlarında bir-birlərinin diqqətini cəlb etmək, təsir etmək üçün instinkt olaraq özlərini olduqlarından fərqli tanıdırlar. Ya da utancaq biridirsə bir çox şeyi söyləyə bilməz belə. İnsanın özünü qarşı cinsə bəyəndirməyə çalışması insanın ən təbii xüsusiyyətlərindəndir. Zaman keçdikcə bəyənildiyini və qəbul edildiyini hiss edən fərdlər təbii hallarına dönməyə başlayırlar. Digər yandan fərdlərin özlərini olduğu kimi ifadə etməsi, hisslərini rahatlıqla söyləyə bilməsi, özlərini izah etmələri, qarşısındakı insanı başa düşə bilməsi lazımdır. Əvvəl özünü ifadə etməlisən ki, qarşındakı şəxsi başa düşə biləsən. Bunun üçün açıq, cəsur, ürəkdən, səmimi olmalıyıq.
İtirməkdən qorxmadan necəyiksə elə də olmalıyıq. Həqiqi qiymətləndirmə, bəzən insanları olduğu kimi deyil, olmasını istədiyimiz kimi görmək meylində oluruq. Bu şəkildə görmək bizi rahatlaşdırır.Gözümüzün önündəki pərdəni qaldırıb, qarşımızdakı insanın həqiqətdə kim olduğunu başa düşməliyik. Ailə, yaşadığı yer, iş yeri, dostları, ictimai mühitlə qarşılıqlı təsirini görməyimiz əhəmiyyətlidir. İnsan sosial varlıqdır və orda necə olduğunu bilmədən insan haqqında bir qiymətləndirmə etmək əskik olacaqdır.
“ Ailə albomlarına, şəkillərinə baxın. Bir çox mövzuda izlər tapacaqsınız.”
Birlikdə hansısa bir sahədə bir işlə məşğul olun. Həll üçün təkliflər irəli sürə bilirsinizmi, rolları bölüşə bilirsinizmi, birlikdə hərəkət edə bilirsinizmi, çıxan problemləri yoluna qoya bilirsinizmi, bir-birinizin təkliflərinə dəyər verirsinizmi, bunları edərkən əylənə bilirsinizmi? Bütün bunlar çox əhəmiyyətli detallardır.
Evlilik qərarınızın doğru olub-olmadığına əmin deyilsiniz? Ya da evlənəcəyiniz şəxsi seçərkən nələrə diqqət etməyiniz lazım olduğunu bilmirsiniz?
XƏBƏR LENTİ
Məşhur müğənni deportasiya olundu
Ananın ixtira etdiyi cəza üsulu hər kəsi təəccübləndirdi
68 yaşlı bəy, 19 yaşlı gəlin - Toylarına heç kim gəlmədi - VİDEO
Stress saçları niyə ağardır?
Məşhur aktyor "Çukur"dan ayrıldı
90 yaşlı ekstrim həvəskarı dünyanın ən hündür “bungee jumping”indən tullanıb – VİDEO
Qız uşaqları üçün yay geyimləri
Məşhur tərzi: Jenny Cipoletti
Cindy Crawforddan enerji verən yaşıl içki
Bir sıra icazələr ləğv olundu - RƏSMİ
Bakıya od ələnəcək, bəzi rayonlara yağış yağacaq
İşsiz qalan gənc milyonçu oldu
Ulduzların qəribəlikləri
Berliner ponçik (foto resept)
Qolsuz bluzlar
Qat-qat xəmirdən küncütlü bulka (foto resept)
Qurban bayramı günündə bunu etmək olar?
Bilmədən etdiyim günah
Ən yaxşı 5 meyvə maskası
Hər bitkidə bir əlac var
Qəbələyə qar yağdı-5sm
Azərbaycanlı tələbələr ermənilərə yerini göstərdi
Spiral
Fitball - kiçikdən böyüyə
Hava haqqında - 19.11.2013
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
9 hərəkətlə arıqla!
Fıstıqlı dondurma (foto-resept)
Heraklion
Sabah bu yollar bağlanacaq
Məşhur aparıcı ana oldu-FOTO
Bakıda səbrsizliklə gözlənilən qar evlərin istiliyini apardı
Asiya salatı (foto resept)
Ərdoğan İmamoğlunu təbrik etdi
Kimlər koronavirusa yoluxmayacaq?- Məşhur alimdən açıqlama
Məşhurlarla dolu arxiv FOTO - 1998-ci il, eyni gəminin tayfaları
İsti havalarda dəri baxımı
"Xəbərlər"in aparıcısı efirdə şəhidlər üçün ağladı
Gözəl bilərzik modelləri (2)
Gülşənin 2,5 milyon dollarlıq möhtəşəm evindən görüntülər - FOTO
Ezgi Mola sevgilisinə sataşdı
Merve Boluğur yanındakı şəxsin kimliyi barədə açıqlama verdi-FOTO
"TANAP regionda sülhə yardım edəcək"
Vişnəli kisel(foto resept)
Yunan əfsanələrində həqiqət varmı?
Növbəti düşmən təxribatı ilə bağlı nazirlikdən XƏBƏRDARLIQ
Payızda “ikinci dalğa” təhlükəsi: Karantin yenidən sərtləşdiriləcək? - VİDEO
"Bakı 2015"də ilk
Günün ulduz falı
Gözəl tortlar
- ŞƏRHLƏR