Bakıda hava
USD AZN
EUR AZN
10:05Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41595

Həyat yoldaşı ilə yaxınlıq etməyin haram olduğu vaxtlar

Bəzi günlər və zamanlar vardır ki, insanın öz həyat yoldaşı ilə yaxınlıq etməsi haramdır. Əgər bu zaman içərisində nütfə bağlansa, gələcək yaşayışı boyunca onda mənfi təsirlərin üzə çıxması mümkündür. Bəzi günlər və zamanlar var ki, insanın öz həyat yoldaşı ilə yaxınlıq etməsi məkruhdur (bəyənilmir). Bu əsnada nütfə bağlanarsa, onda mənfi təsirlərin üzə çıxması daha azdır. Lakin bəzi günlər və zamanlar var ki, insanın öz həyat yoldaşı ilə yaxınlıq etməsi və nütfənin bağlanması yaxşıdır. Hər üç məqama müxtəsər şəkildə nəzər salaq:

Həyat yoldaşı ilə yaxınlıq etməyin haram olduğu vaxtlar

Həyat yoldaşı ilə yaxınlıq etməyin haram olduğu yerlər:

1. Ehram halında

2. Qadın nifas olarsa (Nifas – qadının doğuşdan sonra gördüyü qandır. On günə qədər davam edə bilər)

3. Etikaf halında

4. Qadının aybaşı günlərində

5. Vacib oruc zamanı

6. Qızın fiziki durumu və yaşı bunun üçün münasib olmazsa

7. Həcdə nisa təvafı və namazı yerinə yetirilmədikdə.

Həyat yoldaşı ilə yaxınlıq etməyin haram olduğu vaxtlar

Həyat yoldaşı ilə yaxınlıq etməyin və mayalanmanın məkruh (bəyənilməyən) olduğu yerlər:

1. Fəcrin doğuşundan (sübh daxil olduqdan) günəş çıxan müddətə qədər

2. Günəş batdıqdan şəfəq batanadək

3. Günəş tutulduğu gün, yaxud ay tutulan gecə

4. Zəlzələ olan gün (gecə)

5. Qara, qırmızı, yaxud sarı külək əsən gün (gecə)

6. Ay əqrəb bürcündə, yaxud “təhtəş-şua” (ayın axır 2, yaxud 3 günündə ayın tutduğu mövqelərə görə) olduğu zaman zifaf etmək məkruhdur.

7. Fitr və Qurban bayramlarının gecəsi

8. Günəşin önündə pərdə olmadan yaxınlıq etmək

9. Şəban ayının yarısında (15-ci gecəsi)

10. Azanla iqamə arasında

11. Qadın hamilə olarkən dəstəmazsız halda yaxınlıq etmək məkruhdur. Lakin dəstəmazlı olsa, eybi yoxdur.

12. Şəban ayının axırıncı günü

13. Dam (çardaq) altında yaxınlıq etmək

14. Sabahı səfərə çıxacağı günün gecəsi

15. Gecənin əvvəl saatında (cümə gecəsi istisnadır)

Qeyd edək ki, məkruh bəyənilməyən işdir, lakin haram deyil. Ancaq təsirləri vardır.

 

Nütfə bağlamağın yaxşı olduğu günlər

1. Bazar ertəsinin gecəsi; əgər övlad əmələ gəlsə, Quran hafizi və Allahın qismətinə razı birisi olar

2. Çərşənbə axşamının gecəsi; əgər övlad tutsa, islam səadəti ona ruzi edilər. Ağzı xoş ətirli, qəlbi rəhimli, əli comərd, dili qeybət və böhtandan uzaq olar.

3. Cümə axşamının gecəsi; əgər övlad tutsa, hakim, yaxud alim olar.

4. Cümə axşamı günü – günəş səmanın arasında olduqda; belə ki, övlad tutsa, şeytan ona yaxın durmaz. Allah ona din və dünyada salamatçılıq bəxş edər.

5. Cümə gecəsi, övlad tutsa, xətib və natiq olar.

6. Cümə günü əsrdən sonra, bu zaman əsnasında övlad tutsa, məşhur bilikli şəxslərdən olar.

 

Hazırladı: Fərid Abdullah

Səslərin sayı: 1
0
7999
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )