Gözlədiyiniz iş görüşü təklifi gəldi. Özünüzü doğru ifadə edə bilmək, qabiliyyətlərinizi ön plana çıxara bilmək üçün paltarınızla bütünlük meydana gətirməyiniz lazımdır. İş görüşməsinə gedərkən doğru paltar seçimi etməyinizə köməkçi olacaq bəzi məlumatları sizinlə paylaşırıq.
İş qadını
Bəzi şirkətlər klassik geyimə əhəmiyyət verərkən, bəzi şirkətlər cins şalvarla işləyə bilmək üstünlüyünə malikdir. Görüşə getməzdən əvvəl şirkət haqqında qısa bir araşdırma aparmalısınız. Bu sayədə şirkətin ümumi quruluşuyla əlaqədar fikir əldə edə bilər və geyim tərzinizi təyin edə bilərsiniz. Reklam agentliyi və bankların mədəniyyətləri arasında fərq vardır və paltar qaydalarına birbaşa təsir edər.
Şalvar-pencək ya da ətək-pencək dəstləri hər şirkətin mədəniyyətinə uyğunlaşmanı təmin edə bilər və gözə çarpmaz. Qəhvəyi, qara, boz, hisə verilmiş kimi rənglərdə kostyumlar seçim edə bilərsiniz. Tünd rənglər əsla modda düşməz və sizə rəsmi bir görünüş qazandırar. Açıq rəngli paltarları ilk görüşdə geyməməyə diqqət edin.
Ağ rəng - qarşınızdakı insanda güvən duyğusunu oyadar. Uzun qollu, belə oturan ağ köynək geyərək ilk müsbət addımı ata bilərsiniz. Kostyumunuz tünd rənglidirsə, açıq bənövşəyi kimi rənglərdə köynəklər seçə bilərsiniz.
Köynək seçimi geydiyiniz kostyumun parçasına görə böyük əhəmiyyət daşımaqdadır. Əgər xəttli kostyum geyirsinizsə, mütləq düz rəngdə bir köynək seçin.
Ayaqqabılarınız paltarınıza uyğun, yüngül dikdaban və mütləq bağlı olmalıdır. Barmaq arası səndəllər, çox yüksək dikdaban ayaqqabılar, biserli babetlər iş görüşməsi üçün uyğun deyil. Geyim tərzinizə uyğun olmasa belə şkafınızda mütləq klassik bir qara ayaqqabı saxlayın.
Qara - hər rənglə uyğunlaşmanı təmin edər və iş görüşləri üçün ən uyğun ayaqqabı modelidir. Təmizlik paltarlarınızda olduğu qədər ayaqqabılarınız üçün də əhəmiyyətlidir. Yanınızda mütləq kağız ya da yaş dəsmal saxlayıb görüşə girməzdən əvvəl ayaqqabınızın üzərindəki ləkə və ya tozları təmizləyin.
İş görüşünə gedərkən aksesuar istifadəsində sadəliyə üstünlük verməlisiniz. Bütün diqqəti üzərinə yığan iri qaşlı üzüklər, parlaq boyunbağılar ya da sallantılı sırğalar iş görüşü üçün seçilməməlidir. Mirvari boyunbağı, tək qaşlı üzük ya da top sırğalar istifadə edərək sadə və diqqətli bir görünüş yarada bilərsiniz.
Çantanız çox böyük ya da çox kiçik olmamalıdır. Tünd rəngli, dəri, orta ölçülü çantalar iş görüşü üçün idealdır.
Əlləriniz baxımlı olmalıdır. Ağ və ağ tonlarındakı dırnaq boyasından istifadə edə bilərsiniz. Makiyajınız şişirdilməməlidir. Yalnız üzünüzə canlılıq verəcək və qarşınızdakı insana özünüzə diqqət göstərdiyinizin siqnalını çatdıracaq növdə olmalıdır.
Dişləriniz təmiz olmalı və nəfəsiniz gözəl iy verməlidir. İş görüşünə girməzdən əvvəl qarşınızdakı adamı narahat edəcək ədviyyatlı yeməklər yeməyin və siqaret çəkməyin. Yüngül qoxulu ətir istifadə edərək gözəl iy verə bilər, baxımlı görünə bilərsiniz.
Saç modeli seçimində sadəliyə estünlük verməli, salondan yeni çıxmış təəssüratı yaratmamalısınız. Qısa saçlarınızı açıq buraxa bilər, uzun saçlarınızı qəşəng bir topuzla şəkilləndirə bilərsiniz.
Hər birinizə iş həyatında uğurlar diləyirəm. Hələ də iş qadını olmaq istəyənlərə də yuxarıdakı məsləhətlərə əməl etməklə məqsədlərinə tez bir vaxtda çatmağlarını arzu edirəm.
XƏBƏR LENTİ
İnsan bədəni haqqında maraqlı faktlar
Günün qoroskopu: ən sadə problemlərin həlli çox vaxt alır
Türkiyə ABŞ-ı ittiham etdi
Rusiya sülhməramlılarının missiyasına kölgə salan məqamlar - VİDEO
Saçların uzanmasını sürətləndirən təsirli maskalar
Yaşını deyəndə hər kəs heyrət etdi-FOTO
Sevgiliyə necə sürpriz hazırlamalı?
Qarğıdalı pəhrizi
Avstraliya 5 il "Eurovison"da iştirak edəcək
Azərbaycanda 57 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - VİDEO
Saçın tez yağlanmasına səbəb olan hallar
Qadınlarımız kişiləri hansı sahələrdə qabaqlayırlar?
Pınar Altuğun son FOTOsu sevənlərini məyus etdi
Bakıda sürücülərə və piyadalara "brilliant" veriləcək
"Muhteşem ikili"nin aktyoru ata olacaq-FOTO
Putinin EVLİLİK xəbəri yayıldı- FOTO
Nadir hallarda rast gəlinən xəstəliklər
İsveç yollarında elektriklə işləyən yük maşınları
Saç broşu düzəldək
Dünyanın ən dar şəhəri
Saçlara parlaqlıq verən maska
Pensiyaçılara ŞAD XƏBƏR
iPhone 6 iki cür olacaq
Metro avqustun 5-dək işləməyəcək
Sinoptiklərdən müjdə
Hande Yener izləyicilərini məyus etdi-SƏBƏB/FOTO
Hamiləlik proqramı
Apple Çində lider mövqedədir
Berkay yeni avtomobili ilə diqqət çəkdi
Azərbaycan Avro-2020 üçün yeni stadion tikəcək?
El inancları
"Şellak" sonrası dırnaq bərpası
Bakıda çovğun olacaq!
Hind xalının sirri
Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır
Kanadalı lotereyada 47 milyon dollar udub
Alişan 2-ci dəfə ata olacaq
Günün qoroskopu:Uğurlu gündür!
"Azerspace-1" 50 milyon dollar pul qazanıb
Qremmi mükafatının qaliblərinin adları açıqlanacaq
Bazarlarda balığın qiyməti niyə düşdü?
Ağrılı aybaşı
Aeroportda pasport əvəzinə selfi göstərmək qəbul olunacaq
NASA Mars "hörümçəklər"inin FOTOsunu paylaşdı
DİQQƏT! Bu gün üç qəsəbəyə elektrik verilişində fasilələr olacaq
Şuşa uğrunda döyüşlərdə yaralanan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri: “Erməni qabağımızdan qaçırdı” - VİDEO
Qışda kilo almamaq üçün bunları edin!
Qaynadılmış kartof sayəsində işıq yandırdı-VİDEO
Günün ulduz falı - 30.01.2014
Mövsümün ən dəbli saçı
- ŞƏRHLƏR