Bəzən yaşımıza görə necə geyinməli olduğumuzu da düşünürük. Hər yaşın özünə görə ayrı-ayrı gözəllikləri var.Yaşınıza görə öz stilinizi tapa və tətbiq edə bilərsiniz.
Hal-hazırda moda sərhədləri aşdığı üçün kimin necə geyinməli olduğu tam təyin edilmir. Trendlərin cazibəsinə qapılıb yaş anlayışı unudulunca insanlar yaşına uyğun geyinməyə bilər. Ayna qarşısına keçib "Anam kimi geyindim, yoxsa qızımın paltarını geymiş oldum" - deyə soruşmaq lazımdır.
Hansı yaşda olursaq-olaq, stilimiz daxili dünyamızı əks etdirir. Buna görədə əvvəl yaşımıza və tərzimizə görə geyinməyi öyrənməliyik. Əslində əhəmiyyətli olan nə geydiyiniz deyil, necə görünmək istədiyinizdir. Stilinizə görə geyinib yaşınıza görə hərəkət edirsinizsə, artıq gerçək yaşınızı söyləyib insanları çaşdıra bilərsiniz...
Sərhədsiz zaman - 20 yaş
Rəngli və göz oxşayan paltarları gecə-gündüz rahatlıqla geyə bilərsiniz, çünki yaşınız buna uyğundur. Bir az dekolteylə çox qəşəng və cazibədar görünə bilərsiniz. Ancaq şişirtməyin, çünki bu yaşlarda hər kəsin etdiyi səhvlərdən biri ölçüsüz dekoltedən istifadə etməkdir. Yəni paltarınızın üst hissəsi açıqdırsa, ətəyinizin uzunluğu ölçülü olmalıdır.
Cinslər imtina edilməz geyim halına gəldiyi üçün onları maraqlı və iddialı üst geyimlə tamamlaya bilərsiniz. İstər qırçınlı, istərsə də tək çiyinli, yaxud biserli kofta geyin, yetər ki, fantaziyanızdan istifadə edin.
Qabarıq, uçuşan modellər tam sizə görədir. Əgər bədəninizə güvənirsinizsə, qısa ətəklərlə çox qəşəng və cazibədar görünüş əldə edə bilərsiniz. Unutmayın, ətəyinizin qəşəngliyini sadə üst geyimlə göstərə bilərsiniz.
Pencəklərinizi və paltolarınızı yenidən kəşf edin.Gödəkçələrinizi paltarlarınızla, çiçəkli, rəngli koftalarınızla, dəri pencəklərinizlə, dar cinslərinizi isə sevimli və qəşəng kəsimli paltolarınızla tamamlaya bilərsiniz.
Fantaziyanızdan asanlıqla istifadə edəcəyiniz yaş 20 yaşlardır. Fərdi stilinizi kiçik toxunuşlarla belə olsa əks etdirin. Limitiniz yoxdur, təxmin edilə bilməyən kombinələr sizi hər kəsdən fərqli və iddialı edər.
Modanın kəşf edildiyi yaş - 30
Paltarlarınıza yeni görünüş qazandırın. İstər qısa olsun, istər dizin üstündə, dar, yaxud bol, maraqlı və xüsusi modelləri seçməyə diqqət göstərin. Metallik rənglərin kontrastını kölgələrlə təmin edin, açıq rəngləri tündlərlə tamamlayın, əhəmiyyətli olan özünə inamlı və etibarlı görünməkdir. Bədənə tamamilə oturan paltarlar bu yaşlarda yerini daha xüsusi paltarlara verir.
Düz kəsimli qırçın detalları, işləmələr, biserlər, geometrik kəsimlər, göz oxşayan detallar və yaylıqlarla edilən kombinlər sizə gözəllik qazandırar.
Qəşəng, ciddi, həm də incə və zərif parçalara nəzər salın. Yüksək belli qələm ətəklər sizə təcrübəli görünüş təmin edəcək. Bununla yanaşı, qısa ətəklər sizə havalı və fərqli bir görkəm verməklə gözəlliyinizə gözəllik qatarcaq. Qara dar şalvarlar, qara, ağ və ya xətli pencəklər, qırçınlı köynəklər, böyük dəri çantalar vazkeçilməzləriniz olmalıdır.
Klassik görünüşə ilk addım - 40 yaş
Zərif paltarlar seçin.Yetişkin, ancaq çox da ciddi görünmək istəmirsinizsə, bədəninizi tutan, dizdə və ya dizin altında olan paltarlar idealdır. Cazibədarlığı bədəninizi tam tutan paltarlarla, kiçik dekoltelərlə və ya detallarla təmin edə bilərsiniz.
Müasir, amma sadə detallı üst geyimlər hər vaxt əlinizin altında olmalıdır. Dik yaxalı klassik köynəklər, qırçınlı motivləri koftalarınızı və köynəklərinizi tamamlamalıdır. Detallar bu yaşlarda daha sadə və daha təcrübəli olmalıdır.
Qəşəng ətəklərlə göz oxşayan ola bilərsiniz .Uzun ətəklərlə həm xoş, həm də zərif bir görünüş qazana bilərsiniz. Diz altı və bəzəkli detallarla gözəllik qazanan ətəklər sizə zərif görünüş verəcək. Ancaq bəzək və aksesuarlarda tarazlığı düzgün təyin etməlisiniz.
Zərifliyin və sadəliyin hakim olduğu yaş - 50
Paltarlarınızda klassik rəngləri seçin. Qara, qəhvəyi, göy kimi rənglər dəbdəbəlidir, ancaq sadədir, bu rənglərdən əsla imtina etməyin. Ancaq bu, darıxdırıcı olmanızı da tələb etməz, məsələn, fərqli kəsimlərdəki paltarları sınayın, büzgülü, güpürlü və yüksək belli modellər sizə çox yaraşa bilər.
Koftalarda daha rahat kəsimləri və ipək parçaları seçə bilərsiniz. Köynəklərdə qırçın detalından qollarda və yaxalarda istifadə edə bilərsiniz. Əgər üst geyiminiz qırçınlıdırsa, sadə rəng və naxışlardan istifadə etməlisiniz. Çox bəzəkli detallardan eyni zamanda istifadə etməyin.
Ətəklərdə klassik, uzun kəsimlər sizin üçün idealdır. Ancaq sadə kofta ilə kombin edərkən işləməli, güpürlü detallardan istifadə edə bilərsiniz, bu, görünüşünüzə gözəllik qatar.
Düz, klassik kəsimli pencəkləri hər şeylə geyinə bilərsiniz. Görünüşünüzə bir az lüks və ehtişam qatmaq istəyirsinizsə, kürklər, qaş işləməli pencəklər və ya jiletlər tam sizə görədir.
Zərif və qəşəng detallar görünüşünüzə ağır, amma təcrübəli bir görkəm verər. Qara, laklı aksesuarlar, brilyantlar, qəşəng ağ qaşları olan zəncirli saatlar və güpür detalları ziyafətlər üçün mükəmməl seçimdir.
Ənənəvi parçaların izində - 60 yaş
Stilinizi bilin və daxili motivlərinizə qulaq asın. Klassik kəsimli paltarları seçin. Köynək, pencək, palto və paltarlar sizin əsas geyim hissələrinizdir. Göz oxşayan üst geyimlər sizə fərqli bir görünüş verər. Koftalarınızda bir az dekoltedən istifadə etmək sizə zəriflik qatar, ancaq üst geyimləriniz bağlı və dəbdəbəli olmalıdır.
Rahat ətəkləri seçin. A şəklindəki ətəklər qadına xas və xoş bir görünüş təmin edər. Tünd rəngli ətəklərinizi üzərinizə oturan köynəklərlə kombin edin. Bu şəkildə doğru tarazlığı təmin etmiş olarsınız.
Pencəklərinizi, jiletlərinizi broşlarla tamamlayın. Aksesuarları unutmayın.
Ciddi bir görünüş - 70 yaş
Möhtəşəm bir kofta sizin parıltılı görünüşünüzə daha çox zəriflik verər. Əgər sadə rənglər seçəcəksinizsə, qırçın və güpür detallı modelləri geyməkdən çəkinməyin.
Uzun, dizdən aşağı ətəklər gündəlik həyatda və gecə çölə çıxarkən hər vaxt istifadə edəcəyiniz parçalardır. Fərqli və qəşəng kombinlərlə ətəkləri tamamlaya bilərsiniz. Tünd rənglər hər vaxt seçiminiz olmalıdır.
Pencək və paltolarda özünüzə uyğun kəsimləri və keyfiyyətli parçaları seçin. Yenə tünd, klassik rənglər sizi ən gözəl şəkildə tamamlayar. Üzərinizə oturan kəsimlərdən, böyük naxışlardan uzaq durun. Qəşəng və dəbli parçalar, ləl-cəvahiratlar sizin üçün mükəmməl seçim olacaq.
XƏBƏR LENTİ
Dekor sabunlar təhlükə mənbəyidir
Müdriklər demişlər (1-ci hissə)
Nyu-Yorku siçanlar basdı
Eynəkdən istifadə edən qadınların makiyajı
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
İngiliscə lazımlı frazeoloji birləşmələr (I hissə)
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır
Twitter Avropada güclənir
Gənclərin gec evlənməsinin səbəbi məlum oldu
Milli Ordumuzda dəyişiklik
"Çocuklar duymasın" serialı final etdi
Aşura günü yağış yağacaq
Bu tarixdə dünyada yaşayan insan qalmayacaq
Azərbaycanda sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr açıqlandı - SİYAHI
Serdar Ortaç və Demet Akalın qalmaqalı böyüdü
"Çukur" serialının çəkilişləri təxirə düşdü
Rezidenturada 24 plan yeri boş qaldı
Yanıqlar
Ayaqaltı modelləri
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Çəhrayı dabanlara sahib olmaq üçün...
Bakıda daha bir yolda çökmənin səbəbi açıqlandı.
Hamilə qadının 7 körpəsi olacaq-AZƏBAYCANDA
Qadın barğamını kəsib boynundan asdı
Mehmet Ali Erbilin vəziyyəti ağırlaşdı
Can Yaman Demetə xəyanət etdi?-FOTO
Putindən Qarabağla bağlı AÇIQLAMA
Qış pəhrizi
Kosmosda şəffaf qalaktika kəşf olundu
Konsert həvəskarlarının nəzərinə
Türkiyə parlamentindən çağırış: Qarabağı azad edin
Azərbaycanda koronavirusa yeni yoluxma sayı 3 mini keçdi, 26 nəfər vəfat etdi
Faydalı 7 məsləhət
Məşhur aktrisadan FOTOsessiya
Göz formasına uyğun makiyaj etmək üsulları
Kirayə mənzillərin qiyməti aşağı düşüb
Təmizlənmək üçün ən mükəmməl yay pəhrizi
Bürclərə görə 2018-ci ilin PROQNOZU: SARI İT İLİ kimlər üçün UДћURLU OLACAQ?
Anormal valideynlər
1 günə 20 min qazandı-FOTO/VİDEO
"Nargis" jurnalı və "28 Cinema" ilin ən böyük moda gecəsini təşkil edəcəklər
Bakıda I sinfə qəbulla bağlı edilən müraciətlərin sayı açıqlandı
Rusiya Qələbə Paradını təxirə saldı
Saçları gözəlləşdirən sadə üsullar
Zəka geriliyi
Kartof salatı (video-resept)
Almaniya qondarma "erməni soyqırımı"nı tanıdı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Uşaqlarda zəhərlənmə əlamətləri və ilk yardım
Sabahın HAVAsı
- ŞƏRHLƏR