Bakıda hava 15°
USD AZN
EUR AZN
09:23Xəyalə Murad Evdə qalın ki, ailəniz də, siz də sağlam olasınız! 09:22Xəyalə Murad Sabahınız xeyirli, gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41571

Kat Tanita

 Kat Tanita

Əziz xanımlar, bu dəfə sizə "With Love From Kat" bloqu haqqında məlumat verəcəyəm. Bloqun sahibi Kat Tanita Nyu-Yorkda yaşayır və bütün zamanını bloquna həsr edir. Dizayn məzunu olan Kat 3 ildir ki, fasiləsiz olaraq bloq yazır. Bloqunda fərdi stilini günbəgün paylaşan Kat yalnız şəxsi üslubunu deyil, dekorasiya, yemək və gəzinti mövzularında da paylaşmalar edir. Elə dekorasiya demişkən, özünün şahanə dekorasiya edilmiş bir evi olduğu üçün onun dekorasiya postlarını da izləməyinizi təklif edirəm. Feminist və bəzən də retro tərzdə gördüyümüz gözəl bir üslubu var. Lüks markalarla kiçik markaları müvəffəqiyyətlə birləşdirərkən xüsusilə aksessuarları ön plana çıxarır. Çanta və ayaqqabılarda ümumiyyətlə lüks markaları seçən bloqqer zərgərlik seçimində də olduqca müvəffəqiyyətlidir. Dəbli bloqqerin üslubu ilə tanış olaq.

Kat Tanita

Burda Kat əsasən papaq və şərfini ön plana çıxarıb.

Kat Tanita

Burada isə iki rəngə - qara və qırmızıya üstünlük verib. Bu da çox dəbli görünür.

Kat Tanita

Bloqqer burda narıncı rəng çalarlarında olan çantasını ön plana çıxarıb.

Kat Tanita

Qara tulumunu qəhvəyi çanta ilə uyğunlaşdırıb, çanta və zinət əşyaları isə bu geyimə rəng qatır.

Kat Tanita

Bu geyim isə gündəlik istifadə üçün yaxşı seçimdır. Xanım burada ağ paltarını ətrəngi ayaqqabı və çanta ilə uyğunlaşdırıb. Pencəyi isə bu geyimə rəng qatıb.

Kat Tanita

Burda isə ağ paltarını rəngarəng şalı ilə tamamlayıb.

Kat Tanita
Bu ilin trendlərindən olan qabarıq ətək və iti burunlu ayaqqabılar ilə Kat olduqca dəbli görünür. 
Kat Tanita

Burda da Kat xəz dərili paltosunu zebra naxışlı ayaqqabıları ilə uyğunlaşdırıb.

Səslərin sayı: 11
39
6046
Şərhlər
Offline
Aysel İ.
Həm gözəl, həm də zövqlü xanımdır. Bəyəndim.
29 aprel 2016 20:38
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ceylan Mumoğlu
Saç stili və eynəyini çox bəyəndim. Mən də istəyirəm. girl_cray blum cool
29 aprel 2016 19:26
Offline
Mələksima
Zovqludur,iclerinden bezi geyimlerini beyendim
17 aprel 2015 17:27
Offline
KEMALE MEMMEDOVA
Zovqumce olan olmadi,,,tewekkur xebere gore
12 mart 2015 23:19
Offline
Gulu Isgenderova
belede bu xanimi elede beyenmedim
26 dekabr 2014 14:02
Offline
.....
BEYENDIYIM OLDU TWK girl_ten
25 dekabr 2014 22:26
Offline
PƏRVANƏ ƏLİYEVA......
Gozel xanimdi.Geyim terzide yaxshidi..Ayaqlari eyridi yoxsa mene ele geldi? give_ros
11 noyabr 2014 19:03
Offline
Xalidə Həsənzadə
Zovqumce olan olmadi,,,tewekkur xebere gore
11 noyabr 2014 18:58
Offline
Deniz N-va
Anamin geyim terzine daha cox uyur. Duz dizden paltarlar ,pencekler,sallar,paltolar wink
6 avqust 2014 18:37
Offline
Gülçin Rüstəmova
ela cox beyendim tesekkurler
12 iyul 2014 18:41
Offline
Aysun Memmedova
Tanimirdim indi tanidim tesekkur
27 fevral 2014 18:59
Offline
aishvarya rai
Gozel xanimdi cox sag ol Nila
27 fevral 2014 18:54
Offline
Narin...
Tanımırdım Nillam tanıtdı çox sağ ol canım kiss Bir balaca ağzı yekədi mənim kimi dash mocking amma belə gözəl xanımdır girl_ten
16 fevral 2014 02:17
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
♥Selena♥
Tanımırdım xanımı. Maraqlı geyim üslubu var, özü də çox qəşəngdir))
Nilkam give_ros
14 fevral 2014 19:48
Offline
Zehra.
GÖZƏL XANIMDIR.
12 fevral 2014 15:42
Offline
♥ஐ♥ JALICKA♥ஐ♥
Coxda beyenmedim tesekkuler
6 fevral 2014 17:14
Offline
Yasemen
Geyim terzini beyendim
6 fevral 2014 15:07
Offline
vefa elizade
O qeder de gozel xanim deyil ama sirindi,maraqli geyimleri var
5 fevral 2014 20:45
Offline
Bayramova Ləman
Zovqulu geyimlerdir
5 fevral 2014 15:41
Offline
Дождь ♪
Tanitanin gözəl əl işləri var , bəyəndim hamisini.
5 fevral 2014 15:29
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )