Bakıda hava 11°
USD AZN
EUR AZN
08:08Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41470

Uşaqlara MANNA və DÜYÜ sıyığı

 MANNA SIYIĞI

 

Uşaqlara MANNA və DÜYÜ sıyığı

 

Tərkibi:
Manna yarması - 44 qr
Süd - 160 qr
Kərə yağı - 15 qr
Şəkər - 15 qr

Hazırlanması:

Süd qaynadılır,bir çimdik duz,şəkər əlavə edilir.Manna yarması tədricən əlavə olunaraq qarışdırılmağa davam edilir.
Sıyıq bir qədər qatılaşdıqdan sonra,vam ocaqda 15-20 dəqiqə daha bişirilir.Hazır manna sıyığı yemək zamanı ərinmiş kərə 
yağı ilə qarışdırılır.Zövqə görə acza bal və ya cem də qoymaq olar.
Uşağınızın yeməyini əyləncəli etmək üçün isə,manna sıyığını şəkildəki kimi bəzəyə də bilərsiniz...

DÜYÜ SIYIĞI

 

Uşaqlara MANNA və DÜYÜ sıyığı

 

Tərkibi:
Düyü - 125 qr
Su - 100 ml
Süd - 1 litr
Vanil şəkəri - çox az miqdarda

Hazırlanması:

Düyü yuyulur və sücgəzə süzülür

Uşaqlara MANNA və DÜYÜ sıyığı


Düyü qazana qoyularaq 100 ml su əlavə edilir və su çəkilənə qədər qaynadılır,buna az bir müddət sərf olunacaq

Uşaqlara MANNA və DÜYÜ sıyığı


1 litr süd əlavə edilərək ağzı bağlı qazanda,vam odda 40 dəqiqə bişirilir.Əgər bu müddət ərzində südlü
düyü sıyığının ağzını açmasanız və qarışdırmasanız,sıyıq daha ləzzətli olar.

Düyü sıyığı hazır olduqdan sonra üzərindəki qatmağı alın və vanil şəkəri ilə qarışdırın.


Uşaqlara MANNA və DÜYÜ sıyığı



Uşaqlara MANNA və DÜYÜ sıyığı


Şirin balalara nuş olsun! smile

Səslərin sayı: 39
85
289998
Şərhlər
Offline
fidancik
cox twkler.menim qizim cox sevir duyu siyigini.
17 iyun 2015 22:58
Offline
Fatimə
Düyü siyığını səhərlər yeməyi sevirəm Ana südünüdə artırır.
15 iyun 2015 19:29
Offline
Gultekin
Usaqlardan elave mende cox xoslayiram dadli olur
1 may 2015 11:36
Offline
unknown
Bes 6 ayliq koorpe ucun duyu kasasi nece hazirlanir?
5 aprel 2015 18:36
Offline
Xanim_Xatun
Usaqlarımın cox sevdiyi yeməklərdəndi.
3 mart 2015 15:49
Offline
Narin...
Bizim uwaqlar cx sevir.
20 fevral 2015 01:59
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Mələksima
Mənim uşaqlarım mannı sevmirlər amma düyü sıyığını sevirlər.
10 fevral 2015 22:24
Offline
gunay
usaqlar ucun gozel yemekdi
5 fevral 2015 14:35
Offline
Aysel İ.
Böyüklər xoşlamır. Ancaq şükür balacam yeyir hər iki sıyıqdan da hazırlayıram.
20 dekabr 2014 16:49
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Hacət-i Vuslat
Mən sıyıq yemirəm.Ancaq uşaqların yeməsi üçün yaxşı fikirdir. good
Ruqiş girl_ang
30 noyabr 2014 14:10
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Realist
Mənim qızım yemir ki. Yesə, həvəslə hazırlayardım.
28 noyabr 2014 16:00
imza: "Bu dünya həyatı möminin zindanı, kafirin isə Cənnətidir". (Muslim, 2956; Əhməd 8272; Tirmizi 2426; İbn Məcəh 4113).
Offline
Aysel İ.
Dadlı və faydalıdır. Təşəkkürlər.
15 noyabr 2014 01:27
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xalidə Həsənzadə
Nam nam nam nam bəbişlər üçün əladıki
8 noyabr 2014 16:24
Offline
Xanim_Xatun
Bizim usaqlar cox sevir..Gorurəmki artiq beziblrə icərsinə banan əlavə edirəm.onda daha ləzzətlə yeyirlər.
6 noyabr 2014 14:47
Offline
Gülçin Rüstəmova
Ha ha ha heqiqeten cox gulmelidi
6 avqust 2014 16:23
Offline
Yasemen
Menimki hele cox balacadir boyusun hazirlayarm insallah,tesekkurler
5 may 2014 22:11
Offline
Zeyneb-Esger
Təşəkkürlər xəbərə görə
5 may 2014 11:20
Offline
Shefa Ahmedova
NƏVƏM OLSAYDI ONUNCÜN BİŞİRƏRDİM.
28 fevral 2014 22:46
Offline
♥NiLuFeR♥
MEN BUNLARI COX DA XOWLAMIRAM
20 yanvar 2014 15:20
Offline
LƏMAN BAYRAMOVA
Lap ürəyim istədi düyü sıyığını. Mama tez-tez eleyerdi. Çox sevirəm. Nyam-Nyam nyam
16 dekabr 2013 01:57
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!