Bakıda hava
USD AZN
EUR AZN
15:55Ayla Ayla Salammm Survivora baxan canlar burdasız 15:26Gülbəniz Salamlar hamıya 11:13Nermin_Guler hər kəsə salammmmmm 08:45Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41436

Uşaqlar üçün kefirli-almalı oladi (foto resept)

Tərkibi:
200 ml kefir
100-150 qr un
1 yumurta
2-3 ç.q. şəkər tozu
1 alma
Bir çimdik soda
Bitki yağı
Hazırlanması:
Uşaqlar üçün kefirli-almalı oladi (foto resept)
Azca isidilmiş kefirə soda vurduqdan sonra ona yumurta, şəkər, un qatılaraq yaxşıca qarışdırılır. 
Almanın qabığı soyulur, rəndədən keçirilir və xəmirə qatılaraq qarışdırılır. 
Uşaqlar üçün kefirli-almalı oladi (foto resept)
Bitki yağı tökülmüş tava yaxşıca isidildikdən sonra xəmirdən qaşıq-qaşıq alınaraq oladyilərin bir tərəfi qızardılır. 
Uşaqlar üçün kefirli-almalı oladi (foto resept)

Sonra səliqəli şəkildə çevirərək digər üzləri də qızardılır.

Uşaqlar üçün kefirli-almalı oladi (foto resept)
Ləzzətli oladilər hazırdır.
Nuş olsun!



Səslərin sayı: 3
10
6505
Şərhlər
Offline
°elif •.°
Ne dadlı görünür lap üreyim isdedi
23 avqust 2016 00:28
Offline
Kamailba
Bu gun hazırladım oladi. Resepti öncədən görsəydim almada qatardım. Gələn dəfə alma ilədə edəcəm.
15 iyul 2016 15:10
imza: "Hər bir ağacın bir meyvəsi var,
Qəlbin meyvəsidə övladdır."

Həzrəti Məhəmməd s.ə.s
Offline
Fatma xanım
Qatıq olmaz ki kefir burda olmur axı birdə əla görsənir nuş olsun
28 iyun 2016 11:49
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
●♥ Səma ♥●
Etmişəm beləsini də.Maraqlı dadı olur.Düzdü,oğlum o qədər də sevmir ama dadını.
Xəbər üçün təşəkkürlər.
27 iyun 2016 15:23
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Suzanna
Alma ile hec vaxt yeməmişəm dadi necedi gorsen.
27 iyun 2016 14:05
Offline
Xəyalə Murad
Çox dadlı görünür. Nəsə bu aralar blinçikə, oladiya həvəsim var. Olsa yeyərəm)
27 iyun 2016 13:06
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
♥Mira♥
Dadli gorunur,ellerinize sagliq give_ros
26 iyun 2016 17:13
Offline
Ceylan Mumoğlu
Nermin_Guler,
Pərvanə,
Bəyəndiyinizə şad oldum. Pəri, mən bişirməmişəm, 64 yaşlı bir rus nənə bişirib bloqlardan birində paylaşmışdı) Nuş olsun blum
26 iyun 2016 14:37
Offline
Pərvanə
Kefirlə super olur .Her hefte edirem amma meyvesiz menim usaqılarim meyveli xoşlamir.Sizinde ellerinizə sağlıq Ceylan xanım .
26 iyun 2016 13:34
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
Nermin_Guler
Asan və faydalıdır. tez-tez hazırlayıram oladi. Təşəkkürlər.
26 iyun 2016 13:30
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış