Bakıda hava 17°
USD AZN
EUR AZN
10:23Xəyalə Murad Sağlamlığınız naminə Evdə Qalın! 10:23Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41591

"Yarpaq dökümü" tortu (foto resept)

Tərkibi:

Xəmir üçün:

Un - 160 q.

 Şəkər tozu - 330 q.

Limon qabiği - 1 x. q.

Yumurta - 6 ədəd 

Qabartma tozu - 1 ç. q.

Xaş-xaş 60 q.

Duru yağ - 3 x. q.

Qaynar su - 2 x. q.

Vanilin - 5 q.

Krem üçün: 

Qaymaq - 600 q.

Şəkər kirşanı - 250 q.

Vanilin - 1 paket

Bişmiş qatlaşdırılmış süd - 1/2 qutu

Qaynar su

Üzəri  üçün:

Şokolad - 100 q.

Hazırlanması:

 

"Yarpaq dökümü" tortu (foto resept)

 

Əvvəlcə bir qabda un, qabartma tozu, xaş-xaş və limon qabığını qarışdırırıq.

 

"Yarpaq dökümü" tortu (foto resept)

 

Sonra yumurta, vanilin və şəkər tozu çalınır, 10 - 12 dəqiqə çalin.

Çalmağı dayandırmadan üzərinə yavaş- yavaş qaynar su əlavə edin, daha sonra duru yağı əlavə edin.

"Yarpaq dökümü" tortu (foto resept)

İndı isə un qarışığını 3 dəfə az - az əlavə edirik.

Çox ehtiyatla qarışdırın.

"Yarpaq dökümü" tortu (foto resept)
30 x 40 Olan soba qabını kərə yağı ilə yağlayırıq. Xəmirimizi içinə əlavə edirik.
Ya da ki, 22 x 23 olan soba qabında iki  dəfə bişirə bilərsiniz.
170 dərəcədə 40 dəqiqə bişirmək lazımdır.

Biskvitimiz bişənə qədər bu ərəfədə biz kremi hazırlayaq:

Soyuq qaymaq, vanil və şəkər kirşanı mikserlə yaxşıça çalınır. 

"Yarpaq dökümü" tortu (foto resept)

Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Biskiviti bıçaq vasitəsi 2 hissəyə bölürük. 

Sonra hazır biskvitin hər birini iki hissəyə bölün. Çəmi 4 hissə olur.

"Yarpaq dökümü" tortu (foto resept)
Əvvəlcə soyumuş biskvitin üzərinə şirə çəkilir. 
Şirəni necə hazırlayırıq:
Bişmiş qatlaşdırılmış südün üzərinə bir azca qaynar su əlavə edin.
Sonra yaxşı qarışdırın və biskvitləri biz az nəmləyin.
"Yarpaq dökümü" tortu (foto resept)

Sonra qarışdırdığımız qaymağı biskvitin üzərinə çəkirik. 

İndi biskvitin ikinci hissəsini krem üzərindən qoyuruq. Ona da əvvəlcə şirə çəkilir, sonra krem.

Eyni qayda ilə biskvitin 3 - cü və 4 - cü hissələrini də kremləyirik.

"Yarpaq dökümü" tortu (foto resept)
Daha sonra biskvitin kənar hissələrini kremləyirik.

Kremdən bır qab saxlayın ki, tortun üzərini bəzəyə biləsiz.

İlk olaraq tortumuzu bəzəmək üçün şokoladı su hamamında əridirik.

Qızıl gülün yaşıl yarpaqlarını təmiz yuyub, qurulayırıq.  

Sonra yarpağı yağlı kağız üzərinə qoyuruk və arxa tərəfinə şokoladı çay qaşığı ilə əlavə edirik.

Sonra soyuducuya yerləşdiririk. Bir az sonra tortun üzərinə yerləşdiririk.

 İstəsəniz öz fantaziyanıza uyğun şəkildə bəzəyə bilərsiniz.

Perqament kağızını konus şəklində büküb, ucunu nazik kəsərək tortun üzərinə istədiyiniz naxışı vura bilərsiniz.

Budur, tortumuz hazırdır!

"Yarpaq dökümü" tortu (foto resept)
Nuş olsun!  nyam
    (Tərcümə edilib)
Səslərin sayı: 1
2
4510
Şərhlər
Offline
Yagmur
Super tortdu dadıda gozel olar
23 noyabr 2016 22:53
Offline
Ceylan Mumoğlu
Maraqlıdır, artıq seriallara aid də tortlar hazırlanır)
Təşəkkürlər, Qəribə xanım.
11 noyabr 2016 10:44
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!