Bakıda hava
USD AZN
EUR AZN
19:16Feride Aysel biz kitab krasvord nə tapsaq eliyirik 14:14Xəyalə Murad Düz edirsiniz, Aysel xanım.Pozitiv olun,Evdə Qalın! 14:11aysel hesenli Mən 50ci illərin kinolarina baxiram 14:09aysel hesenli xanimlar karantin nece kecir kim neyniyir?
41589

Qarağatlı - limonlu tort (foto resept)

 

Tərkibi:

Un - 600 - 650 q.

Şəkər tozu - 200 q.

"Best Cow" kərə yağı - 200 q.

Yumurta - 4 ədəd

Xama - 300 q.

Qabartma tozu - 10 q.

İçlik  üçün: 

Limon - 1 ədəd

Şəkər tozu - 200 q.

Qarağat - 400 q.

Krem üçün:
 Şəkər tozu - 250  q.
 Qaymaq - 400 q.  30 - 35 %
Şirə  üçün: 
Şəkər tozu - 100 q.
Su - 75 ml.
Limon - 1 ədəd

Hazırlanması: 

 

İlk öncə limonu bir qaba qoyub üzərinə qaynar su əlavə edin və 30 dəqiqə saxlayın.

Şəkər tozu ilə yumşaq yağı mikserlə yaxşı qarışdırırıq.

Sonra yumurta əlavə edilir və yenə çalınır. 
Xama əlavə edib yenə çalırıq. 

İndi isə ələnmiş un və qabartma tozu əlavə edib, yavaş-yavaş qarışdırın.

Diametri 26 sm, olan soba qabını yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük. 

180 dərəcədə isidilmiş sobada 15 - 20 dəqiqə bişməyə qoyuruq.

Biskvitimiz hazır olduqdan sonra, soyumağa qoyuruq.

Soyumuş biskviti üç yerə bölün. 

Limonu isti sudan çıxarıb dilimləyin, tumlarını təmizləyin.

Doğranmış limonu blenderdə əzirik.

Yuyulmuş qarağatı şəkər tozu ilə qarışdırın. 

Sonra üzərinə çəkilmiş limon əlavə edib qarışdırırıq.

İndı isə biskviti nəmləmək üçün şirə hazırlayırıq:

Soyuq su ilə şəkər tozu vam odda qaynadın.

Qaynara düşəndə üzərinə yarım limonun şirəsini əlavə edin, yaxşı qarışdırın və altinı söndürün.

İndi isə keçirik kremin hazırlanmasına:

Qaymağı mikserlə yaxşıca çalıb üzərinə şəkər tozu əlavə edin. 

Soyudulmuş biskvitə bir qədər şirə çəkib üzərinə limonla qarışmış meyvə çəkirik. Sonra kremi çəkirik.

 

Eyni qayda ilə biskvitin 2 - ci və 3 - cü hissələrini də kremləyin. 

İndi isə biskvitin kənar hissələrini kremləyirik.

Sonda tortun üzərinə meyvə və limon dilimləri düzürük.

Zövqə görə bəzək vurub süfrəyə verə bilərsiz.
Budur, meyvəli tortumuz hazırdır!
Qarağatlı - limonlu tort (foto resept)
Nuş olsun!
  (Tərcümə edilib)
Səslərin sayı: 4
7
5164
Şərhlər
Offline
Iceberg
Çox dadlı görünür ))))
7 sentyabr 2017 17:38
imza: shafaabdulla.blogspot.com
Offline
.........................
Beh-beh cox dadli gorunur give_ros nyam
26 sentyabr 2016 20:50
Offline
.................
Beh beh beh nyam Cox dadli gorunur nyam Ellerinize sagliq give_ros
26 sentyabr 2016 18:35
Online
Xəyalə Murad
Çox bəyəndim. Təzyiqli insanlar üçün xüsusilə məsləhətlidir. Dadına doymaq olmaz ki)) Çox sağ olun, Qəribə xanım
27 iyul 2016 15:13
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
A.İ
Cox lezzetli gorunur.Qaragati xususile cox xoshlsyiram.
27 iyul 2016 12:49
Offline
Ceylan Mumoğlu
Bəh-bəh, turş dadlı tortları xoşlayıram. Qəti şirin olmasın, ancaq turş blum
Təşəkkürlər, Qəribə xanım. give_ros
27 iyul 2016 12:03
Offline
Narin
Yemeli gorunur dadlı
27 iyul 2016 11:26
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )