Bakıda hava
USD AZN
EUR AZN
10:57Surayye Evdəyik xanım başqa gedəcək yerimizdə yoxdu 10:03Xəyalə Murad Ailənizə,sevdiklərinizə dəyər verin,Evdə Qalın! 10:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41582

Qaymaqlı-şaftalılı tort(foto resept)

Tərkibi:

Un - 1 stakan 

Şəkər tozu - 1 stakan

Yumurta - 5 ədəd

Kremi üçün: 

Xama - 100 q.  15 %

Qaymaq - 500 q.  35 - 40 %

Şəkər tozu - 1 stakan

Vanilin - 1 paket

Üzəri  üçün:

Şəftali - 4 ədəd

 

Hazırlanması: 
 

Əvvəlcə yumurtanın ağını sarısından ayırın. 

Ayırdığınız ağları mikser qabına tökün.

İndi isə, yumurta ağlarını köpüklənənədək çalırıq. 

Sonra şəkər tozu əlavə edib yenə çalırıq. 

Bu ərəfədə yumurta sarılarını əlavə edib qaşıqla qarışdırırıq. 

 

İndi isə, ələnmiş unu əlavə edirik.

Dairəvi tort qabına yağlı kağız sərib, xəmiri əlavə edirik.

170  dərəcə isidilmiş sobada 30 - 40 dəqiqə ərzində bişiririk.

Soyumuş biskviti iki yerə bölün. 

 Bu ərəfədə kremi hazırlayırıq:

Kremi hazırlamaq üçün, qaymaq mikserlə yaxşı-yaxşı çalınır.

Üzərinə şəkər tozu və vanilin əlavə olunur.


Soyudulmuş biskvitə bir qədər krem çəkib üzərinə yuyulmuş, doğranılmış meyvələri düzürük.

Biskvitin ikinci hissəsini meyvə üzərindən qoyuruq.

İndi isə, biskvitin kənar hissələrini kremləyirik.

Sonda tortun üzərinə meyvə düzürük.

Budur, meyvəli tortumuz hazırdır!

Qaymaqlı-şaftalılı tort(foto resept)

 

Nuş olsun!
  (Tərcümə edilib)
Səslərin sayı: 2
4
2288
Şərhlər
Offline
Ceylan Mumoğlu
Əsl yay tortudur, Qəribə xanım, təşəkkürlər. give_ros
7 iyul 2016 15:12
Offline
Iceberg
Bawga xebere girirem bu cixir. dum.
7 iyul 2016 14:08
imza: shafaabdulla.blogspot.com
Offline
Suada.....ζ ø√ξ •٠·˙˙
Bu pesepti nece ata bilerem telefona xaiş kömek edin
7 iyul 2016 13:47
Online
Xəyalə Murad
Çox dadlı görünür. Şaftalını çox sevirəm. Süfrəyə yaraşıq verən şirniyyatdı. Çox sağ olun, Qəribə xanım.
7 iyul 2016 11:13
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!