Bakıda hava
USD AZN
EUR AZN

Paxlava (foto-resept)

 

Tərkibi:

 

1,5 kq-lıq məcməyi üçün lazım olan ərzaqlar:

 

xəmir:

Un - 6 st.

Yumurta - 4 ədəd

Kərə yağı - 100 qr

Xama - 200 qr

Gülab

 

iç:

Qoz - 1200 qr

Badam - 300 qr

 Şəkər tozu - 1 kq

Hil

 

şərbət:

Şəkər tozu - 500 qr

Gülab - 1,5 st.

Limon - 1 dilim

Zəfəran

 

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün unu bir qaba ələyib, üzərinə xəmir üçün lazım olan bütün ərzağı töküb yumşaq xəmir yoğurun.

Şərbətin hazırlanması üçün gülab ilə şəkər tozunu bir qazana töküb qaynadın. 10-15 dəqiqə qaynadıqdan sonra içinə bir dilim limon əlavə edin ki, şirə xarlamasın və soyuması üçün kənarda qoyun. 

Paxlavanın içini hazırlamaq üçün əvvəlcə qozu qovurub, qabığını təmizlədikdən sonra qozçəkən maşından keçirib üzərinə şəkər tozu və toz halında olan hil əlavə edib qarışdırın. Kərə yağını əridin. 

Yoğurduğunuz xəmirdən 15 kündə tutun. Kündənin ikisi digərlərinə nisbətən bir az böyük ölçüdə (alt və üst lay üçün), qalanları balaca olmalıdır.

Paxlava (foto-resept)

Böyük kündədən birini göturub qalın yuxa yayın. Məcməyini kərə yağı ilə yağlayıb qalın yuxanı sərin. Yuxa qabın kənarlarından çıxmalıdır. Tavaya sərdiyiniz yuxanı yağlayıb üzərindən ikinci - balaca kündədən yaydığınız yuxanı qoyun. İkinci yuxanı yağlayıb içdən bir az tökün. Bu qayda ilə bütün qatları düzün. Sonuncu qatı da birincidə etdiyiniz kimi, kiçik yuxadan sonra yağlayıb içlik tökmədən üstündən kənarda saxladığınız böyük kündənin yuxasını sərib, tavanın yanlarındakı xəmirləri bərkidin. Paxlavanı iti bıçaqla eni 4, uzunu 10 sm olmaqla romb şəklində kəsin. Kəsilmiş paxlavanın üstünə ya qənnadı rəngi ilə yumurta sarısı qarışığı, ya da zəfəran suyu ilə yumurta sarısı qarışığını çəkin. Sonra paxlavanın uc hissələrinə xaş-xaş, mərkəzinə isə badam və ya qoz ləpələri düzərək bəzəyin.

Məcməyinin üstünü örtüb əvvəlcədən hazırlanmış ocağa qoyun. Yaxşı olar ki, ocağın közü kənarlara çəkilsin ki, istisi şirniyyatın altını yandırmasın. Bu qayda ilə paxlava vam odda bişir. Buğ çıxanda kəsilmiş aralarına ilıq yağ əlavə edin. Şirniyyat təxminən 50 dəqiqə - içərisindəki şəkər tozu əriyincə vam odda bişməlidir. Hazır olmağa az qalmış ilıq şərbəti üzərinə əlavə edib, 5 dəqiqə daha ocaqda saxlayıb kənara çəkin. Paxlava hazır olduqdan sonra şirəsini özünə çəkməsi üçün 1-2 saat gözləyib, sonra məcməyidən çıxarmaq olar.

Paxlava (foto-resept)

Nuş olsun!

 

Səslərin sayı: 0
2
1283
Şərhlər
Offline
Nermin_Guler
Paxlava hazır olduqdan sonra şirəsini özünə çəkməsi üçün 1-2 saat gözləyib, sonra məcməyidən çıxarmaq olar.
15 mart 2020 19:07
Offline
Ayla Ayla
Gence paxlavasina hec ne cata bilmez
15 mart 2020 15:21
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )