Əziz Qadin.Net-lilər və kulinariya həvəskarları!
Bu gündən başlayaraq saytımızın mətbəx rubrikasında həm də, "Şef - Master" bölməsi aktiv olacaq.
Bu bölmədə təqdim olunanan foto reseptlər, mətbəx rubrikasındakı digər reseptlərdən peşekar təqdimatı ilə seçiləcək.
Yəni təqdim olunan foto reseptlər,sıradan fotolar olmayıb,xüsusi hazırlıq kursu keçmiş kulinariya fotoqrafları tərəfindən peşekarlıqla çəkilmiş foto reseptlər olacaq.
İlk Şef - Master foto reseptini sizlər üçün bir mətbəx jurnalından əvvəlcə skyner,sonra photoshop işi və tərcümə ilə birlikdə hazırladım.Düzdür,bir qədər vaxt aparan iş oldu,amma Qadin.Net xanımlarına qurbandır Təki,gözəl nə varsa,hamısını öyrənsinlər
İndi isə keçək Şef - Master foto reseptinə:
Vəsaitlər:
250 qr marqarin (otaq istisində ərinmiş)
250 qr şəkər
330 qr bəhməz (təxminən 1 su stəkanı + 1/3 su stekanı)
4 ədəd yumurta (otaq istisində gözlədilmiş)
1250 qr un (8 su stəkanı)
1 ç.q. qabartma tozu
1ç.q. toz zəncəfil
1ç.q. darçın
1ç.q. toz mixək
Bəzəmək üçün:
Şəkər və ya parça şokaladlar
Royal İcing üçün:
2 su stəkanı pudra şəkəri
2 ədəd yumurta ağı
3-4 damcı limon suyu
Hazırlanması:
Şəkər və yağ dərin bir qabda çirpıcı ilə ıəkər əriyənə qədər çırpılır.
Bəhməz və yumurtaları qatıb çırpmağa davam edirik.
Başqa bir qabda 1,5 stəkan un,duz və digər ədviyyatları qarışdırırıq.
Sonra bunu bəhməzli qarışıma əlavə edib çırpın.
Qalan unu da yavaş-yavaş əlavə edərək xəmir halına gətirək.
Xəmiri strec neylona sarıyıb soyuducunun buzluğunda 30 dəqiqə gözlədirik.
Xəmir yayacağınız dəzgaha və ya xəmir masasına un səpib xəmiri bir barmaq yarısı qədər yayaq.
Yaydığımız xəmirdən ev qəlibi ilə kəsərək,ya da sadəcə bıçaqla ev formasında kəsərək kənarlarını kəsib(evin yan və ön divarlarını da kəsin) yağlı kağız qoyulmuş soba listinə qoyaq.
Əvvəlcədən isidilmiş 170 dərəcə istilikdə bişirilir.
Royal icing vəsaitlərini bir qaba alıb mikserlə sürətlə çırpın.Əgər sulu alınarsa,çox az pudra şəkəri əlavə edə bilərsiniz.
Sobadan çıxarılmış peçenyələrin soyumasını gözləyək.
Kremi sıxma qabına və ya yağlı kağızdan düzəltdiyiniz sıxma torbasına boşaldıb istifadəyə başlaya bilərsiniz.
Peçenye evimizi düz bir yerdə yapışdıraq.
Bəzəmə şəkərləri və şokaladları royal icinglə birlikdə evimizin üstünə yapışdıraraq istədiyimiz kimi bəzəyək.
Əziz Qadin.Net-lilər,əminəm ki,belə bir bəzəkli peçenye uşaqlarınızın ad günü və ya xüsusi günlərində onlara əvəzolunmaz bir sürpriz olacaq.
Zamanı və həvəsi olanlar hazırlamaqdan çəkinməsinlər.
Nuş olsun!
XƏBƏR LENTİ
Ani Lorak xəyanət səbəbindən BOŞANIR-FOTO
Başımıza endirilən toxmaq
Dünyanın ən qorxulu yerləri
Uşaq "Bismillah" dedi, avtobusdan qovuldu
Şok qiymət artımı siqnalı
İrina Şeyk yeni reklama çəkildi-FOTO
Uşaqlar üçün yeni planşet
Heydər Əliyev Mərkəzində bərpa edilmiş "Arşın mal alan" filminin təqdimatı olub
Müasir insanı kökəldən sudur
2019-cu il makiyaj trendləri
Jennifer Anistonun 10 kiloqram arıqladan pəhrizi
HAVA necə olacaq?
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
Azərbaycanda "Facebook" istifadəçiləri rekord vurdular
Azərbaycanlı milyonçu Van Dammla
6 foks sirri
Rəsmi Bakı Ukraynada vəziyyətin ən tez zamanda stabilləşməsinin tərəfdarıdır
Yardım pulu artdı
Rəsmi Bakı Martin Şultsun cavabını verdi
Öz-özünə yenilənən kompüter yaradılır
Azərbaycan dili - XVIII dərs
Adriana Lima hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Qadınlar dünyamızın gözəlliyidir
Hər üç adamdan birinin banka borcu var
Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Sirroz
Xüsusi xidmət orqanları bizi necə dinləyir...
Ən gözəl qadın kimdir?
Tərbiyədə 9 qızıl qayda
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Bayraq günümüz haqqında nə düşünürük?
Südlü peçenye (foto resept)
Quba-Xınalıq yolunda uçqun olub
Hadise yenə şəxsi həyatı ilə GÜNDƏMDƏdir-FOTO
Günün qoroskopu: fikir ayrılıqlarını aradan qaldırın
Fransa XİN: “Qondarma DQR-i tanımırıq”
Mübarək Rəcəb ayı haqqında
Google xəritə istehsalçısı alır
"Facebook"da status oğurlamaq cinayətdir? - Sosial şəbəkələrdə müəllif hüququ
XANIMLAR ÜÇÜN GEYİMLƏR
İxtisas seçən abituriyentlər bu xəbəri oxusun
Ofis işinin cəzası
Özge Ulusoy yenə Bakıya gələcək!
Maykl Ceksonun qızı diqqət mərkəzində-FOTO
Kəsmikli-moruqlu piroq (foto resept)
Dünyada ən güclü smartfon hansıdır?
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Sürücülər bu xəbəri mütləq izləsin
"Ermənistan real müstəqilliyini itirib"
Şəhid "İgidliyə görə" medalı ilə təltif olundu
- ŞƏRHLƏR