Bakıda hava
USD AZN
EUR AZN
09:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41422

Fransızsayağı ət (foto resept)

 Fransızsayağı ət (foto resept)

Tərkibi:

Dana əti-1,5 kq

Soğan-6 ədəd

İstiot-duz

Kəklikotu

"Best Cow" kərə yağı- 50 q

"Zeytun bağları" zeytun yağı-50 q

Un-5 x.q

Süd- 2 stəkan

Qaymaq- 2 stəkan

Parmezan pendiri- 150 q

Duz

Hazırlanması:

Fransızsayağı ət (foto resept)

İlk olaraq əti xırda-xırda doğrayıb üzərinə duz istiot səpirik. İstiot zövqə görə qara və qırmızı istiotların qarışığı da ola bilər.

Üzərinə kəklikotu səpip 2 saat saxlayırıq.

Fransızsayağı ət (foto resept)

3 ədəd soğanı dördkünc, 3 ədəd soğanı isə yumru-yumru doğrayırıq. Parmezan pendirini sürtkəcin iri gözündən keçiririk. Zeytun yağında dördkünc doğradığımız soğanı qızarana qədər qovurub bir qaba yığırıq. İndi isə sousu hazırlayaq. Tavaya kərə yağını əlavə edib əridirk.

Fransızsayağı ət (foto resept)

Üzrinə un əlavə edib dəyanmadan qarışdırırıq. Ən azından 3 dəqiqə qovurmaq lazımdır. Sonra südü yavaş-yavaş əlavə edirik. Mütləq dəyanmadan qarışdırmaq lazımdır ki, un yumrulanmasın. Sonda üzərinə qaymağı əlavə edib 3 dəqiqə odda saxlayıb götürürük.

Fransızsayağı ət (foto resept)

5 dəqiqə keçdikdən sonra üzərinə sürtkəcdən keçirdiyimiz sousu əlavə edib yaxşı-yaxşı qarışdırırıq.

Fransızsayağı ət (foto resept)

Bişirəcəyimiz qaba folqa kağızı qoyub, zeytun yağı ilə yağladıqdan sonra üzərinə yumru doğradığımız soğanı əlavə edirik.  

Fransızsayağı ət (foto resept)

Bir sıra ət düzüb üzərinə qızartdığımız soğanı əlavə edirik. Yenidən qalan əti düzürük.

Fransızsayağı ət (foto resept)

Sonda sousu da əlavə edib 150-180 dərəcədə 1 saat bişiririk.

Fransızsayağı ət (foto resept)

Yeməyimiz hazırdır.  

Fransızsayağı ət (foto resept)

Nuş olsun!

Tərcümə olunub

Səslərin sayı: 1
16
4269
Şərhlər
Offline
......
Dadli gorunur.Ellerinize sagliq give_ros
23 fevral 2016 17:03
Offline
Gulum
Əla bir yeməkdir Fransizdarın mətbəxini bəyənməsəm də bu yeməkləri əladır
21 fevral 2016 16:14
Offline
Pərvanə
Çox dadlıdır əminəm belə reseptləri sevirəm.
21 fevral 2016 15:59
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
MAYA EL
Çox dadlı olacağına əminəm .Hazırlamağa dəyər
7 yanvar 2016 21:48
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Aysel İ.
Hər birinizə fikirlərinizi bildirdiyiniz üçün minnətdaram.
6 yanvar 2016 18:08
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
gunay
Beh beh. Yemek istiyir adam lap
6 yanvar 2016 03:41
Offline
איסון ממדוב.
Cox dadli gorunur deir gotur ye meni mocking
2 yanvar 2016 17:58
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Gultekin
Bu nece dadli olmaya bilerki?
30 dekabr 2015 01:09
Offline
أحبك
Cooooox dadli gorunur bu fransizsayagi yemeyimiz. Tesekkur Denizcim. Buzde bunu Azerbaycansayagi yemek ederik bezi malzemelerini deyisdirerek smile
29 dekabr 2015 19:17
imza: فراق
Offline
Sonay Quluzade
Mənlik resept deyil. Mən duz-istiot, soğan, kəklikotu ilə basdırma edirəm əti, sobada əvvəlcə falqanın altında, sonra da açıq şəkildə bişirirəm, olur ləzzət nyam Hinduşka, balığı isə duz-istiot, mayonez, smetan, tomat, soğanla basdırma edirəm, eyni qaydada bişirirəm.
28 dekabr 2015 09:48
Offline
Fatma xanım
Yəqin ki çox dadlı olar
27 dekabr 2015 23:28
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Nermin_Guler
Fransızlar bunu yeyib niyə kilo almırlar görəsən?

Çünki onlar fransızlrdır. Ye-ye kökəlmirlər))
27 dekabr 2015 14:18
Offline
Ceylan Mumoğlu
Fransızlar bunu yeyib niyə kilo almırlar görəsən? biggrin
26 dekabr 2015 14:14
Offline
Əliyeva Dalğa
Bütün bu ərzaqlardan hal-hazırda evdə var. yaxşı ideya oldu. Axşama bişirim dadını gəlib yazaram.
26 dekabr 2015 12:43
Offline
Nermin_Guler
Heç belə düşünməmişdim. Seçilmiş etdim. Hazırlayacam. Təşəkkürlər Dəniz xanım!
26 dekabr 2015 12:27
Offline
Aysel İ.
Mən buna zapenkanka deyirəm). Hazırlamışam. 4-cür istiot qatıb səpmişəm üzərinə. Çox dadlı olur.
26 dekabr 2015 11:47
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış