Dəyərli mətbəxsevər xanımlarımız, Sizlərin e-mail ünvanıma gələn çoxsaylı istək məktublarınızı nəzərə alaraq,
ŞƏKƏR XƏMİRİnin hazırlanma reseptini təqdim edirəm.Xoş bir haldır ki,daha çox tort bişirmə sexlərində hazırlanan belə reseptləri xanımlar evdə də hazırlamaq istəyirlər.
Qeyd:Bəzən istək məktublarına cavab yazmaq imkanım olmur,amma bilin ki,hər bir istəyinizi nəzərə alınır və yaxın zamanlarda Sizlərə maraqlı olan reseptlər saytda yerləşdirilir.
Marşmelloudan hazırlanan şəkər xəmir:
Marşmellou başqa dillərdə qarşılığı olmayan,jelibonu xatırladan bir şəkər növüdür.
Bizim Azərbaycanda satılırmı,bilmirəm,amma Rusiyada və Türkiyədə vardır.
Aşağıdakı şəkillərdə Sizlərə 2 marşmellou növü təqdim edirəm ki,rast gəlsəniz tanışlığınız olsun.
İndi isə keçək hazırlanma qaydasına...
Marşmellou 100 qr
Şəkər pudrası 200-300 qr
Qida boyaları
Marşmellou soba qabına qoyulur,üzərinə kərə yağı əlavə olunaraq mikrodalğalı sobada 15-20 saniyə tutulur.Bu zaman marşmellounun həcmi artmalıdır.
Bundan sonra 50-100 qr şəkər pudrası (şəkər pudrası az da ola bilər,çox da gərəkə bilər) əlavə edib qarışdırılır.
Əgər müxtəlif rəngli şəkər xəmirləri əldə edəcəksinizsə,alınmış kütləni bir neçə hissəyə ayırıb,sonra qida boyaları ilə yoğurun.
Şəkər pudrasını o vaxtadək əlavə etməyə davam edirsiniz ki,kütlə plastilin qıvamına gəlsin.
Artıq şəkər xəmiri hazırdır.İstədiyiniz rəngləri vurub rəngli xəmirləri əldə edə bilərsiniz.
Hazır xəmirlərin soyuducuda qorunması gərəkir.Əgər tort kremlə örtülmüşsə, şəkər xəmiri ilə masaya verilmədən əvvəl bəzədilməlidir.
Şəkər xəmiri ilə bəzəmə üsulları yaradıcılığa bağlı bir işdir,aşağıdakı şəkillərdə bir neçə nümunə göstərilir.
Hesab edirəm marşmellou əldə edə bilməyən xanımlarımız üçün bu üsul daha uyğun olacaq.
3 ç.q. toz jelatin
125 ml qlükoza
4,5 ç.q. qliserin
8 stəkan şəkər pudrası
Qida boyaları
Hazırlanması:
Jelatin bir qaba qoyularaq üzərinə su əlavə edilir.
Qarışdırılaraq 5 dəqiqə gözlənilir.
Jelatin qoyduğunuz qab başqa bir su dolu qabda təmamən şəffaflananadək isidilir.
Əriyən jelatinə qlükoz və qliserin əlavə edilib isidilməyə davam edilir.
Diqqət etmək lazımdır ki,jelatin qaynamasın,qaynayarsa,özəlliyi itər.
Daha sonra şəkər pudrasını hamar bir yerə qoyaraq ortası açılır.Jjelatinli qarışım şəkər pudrasının ortasına tökülür.Qida boyası əlavə olunur.
Və yoğurma işinə başlayın.Mərdanə ilə yayılma qıvamına gələnə qədər yoğurmaya davam edin.
Şəkər xəmiri yoğrulduqdan sonra hava almayacaq şəkildə sellofana sarılaraq 8 saat otaq temperaturunda gözlədildikdən sonra istifadə olunur.
XƏBƏR LENTİ
Giləmeyvələr
Simdən incə əl işləri
Demet Özdəmir sosial şəbəkədə jurnalistlərə qəzəblənib
Sinan Akçıl Hollandiyada evlənəcək
Mesut Özil və Amine Gülşe 10 milyonluq villaya köçdülər-FOTO
Bakıda tələbə qız qaçırıldı
Hava haqqında
HAVA necə olacaq?-10 Avqust
"Tanrının gözü" göründü - İlk dəfə-VİDEO
Azərbaycanda analıq məzuniyyəti neçə gündür?
Nə üçün şagirdlər orta məktəblərdə dərslərdən yayınırlar?
Karamelli piroq (foto resept)
Mükəmməl makiyaj üçün bəzi sirlər
Sünnət
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ev üsulu coco star (foto-resept)
Smartfon bazarında lider dəyişdi
Dekabr ayı üçün bayramlar və tarixi günlər
Çiyələk yağından necə istifadə etməli?
Acun Ilıcalı Pərvizə görə tənqid olundu
Dəbli ev dekorasiyaları
Uşağın yuxusunu qoruyun
Cüneyt Arkından Türkan Şoray etirafı
Bakı metrosunda sərnişinlərə fosforlu qolbaq paylanacaq-SƏBƏB
Ağsaqqallar və ağbirçəklər qayıdır...
Avropanı buxar vulkanı bürüdü
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Rayonlara qar yağacaq
Ütünü necə təmizləməli?
Vampir-balıq kəşf edildi
HAVA necə olacaq?
Şeron Stoun gözəlliyinin sirrini açdı-FOTO
Valideynlərə XƏBƏRDARLIQ
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Fahriye Evcen qalmaqallı FOTOsu haqqında
Yaponiya Ayda zavod tikəcək
Sevmək qovuşmaqdır, sən heç narahat olma
Metroda halın dəyişdisə, vay halına
İlham Əliyevin reytinqi açıqlandı
Türkan Şorayın azərbaycanlı oxşarı - FOTO
Əl işləri- Toxunma ayaqqabılar
Uşaqları istidən qoruyun
Qarın böyüməsinin üç əsas səbəbi
Fransadan aprel döyüşlərinin ildönümü ilə bağlı BƏYANAT
Leyla Əliyeva oğlu ilə yemək bişirdi - VİDEO
Antaliya otellərinə Mayamidən ağ qum gətirirlər-SƏBƏB
Hadisədən Qalmaqallı FOTO
Milyon dollarlıq oyuncaqlar-FOTO
Adriana Lima yeni reklama çəkildi-FOTO
Bəzi yeni qəbul olunan tələbələr dərsə sentyabrın 15-də başlamaya bilər - AÇIQLAMA
- ŞƏRHLƏR