Bakıda hava
USD AZN
EUR AZN

Evdə simit (foto resept)

 

Tərkibi:

2 st badam unu

1 y/q qabartma tozu

1 ç/q sarımsaq tozu

1 ç/q qurudulmuş tərəvəz ədviyyatları

3 böyük yumurta

3 st sürtgəcdən keçirilmiş mozarella pendiri

5 y/q krem pendir.

 

Hazırlanması

Sobanı əvvəlcədən 200 dərəcə isidin. Bişirmə kağızını listə sərin.

Bir qabda badam ununu, qabartma tozunu, sarımsaq tozunu, soğan tozunu və qurudulmuş tərəvəz ədviyyatlarını birləşdirin. Tamamilə qarışana qədər qarışdırın.  Yumurtalardan birini kiçik qabda yaxşıca çırpın. Bunu simitlərin üstünə çəkmək üçün kənara qoyun. Digər iki yumurtanı isə xəmirə vurmalıyıq.

Evdə simit (foto resept)

Hər iki pendiri kiçik qazana qoyub, aşağı dərəcədə qazın üstündə əridin. Əridikdə qazın üstündən götürüb, ilıqlaşana qədər qarışdırın.

Toz ərzaqların içinə 2 yumurtanı və pendir qarışımını əlavə edin. Bütün ərzaqları qarışdırın.

Evdə simit (foto resept)

Xəmir çox qatı olsa su əlavə edə bilərsiniz.

Xəmirdən 6 kündə hazırlayın. Əldə etdiyiniz kündələrin ortasında barmağınızla dəlik açın. Haırladığınız xəmirləri listə düzün. Fırça ilə üstlərinə yumurta çəkin. Əvvəlcədən isidilmiş sobada 12-14 dəqiqə, simitlərin üstü qızarana qədər bişirin.

Evdə simit (foto resept)

Səslərin sayı: 0
2
941
Şərhlər
Offline
Iceberg
Bu aralar şirin hər şeydən qaçıram
19 noyabr 2018 12:27
imza: shafaabdulla.blogspot.com
Offline
Xəyalə Murad
Çox gözəl görünüşü var. Uşaqlı evdə daim bişirilə bilər.
19 noyabr 2018 11:21
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )