Bakıda hava 10°
USD AZN
EUR AZN
14:46Feride Deyəsən qadın olub bu virusdan Allah özü qorusun hamımızı 08:08Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41471

Borş (foto-resept)

 

Tərkibi:

 

1 kq sümüklü mal əti

5 y/q kərə yağı və ya duru yağ

1 baş soğan

1 ədəd orta boy çuğundur (300 g)

2 ədəd kök (300 g)

2 y/q tomat

3-4 dəfnə yarpağı

1 ədəd orda boy kələm (700 g)

3 ədər kartof

2 stəkan xırda-xırda doğranmış cəfəri

zövgə görə duz

zövgə görə istiot

 

Hazırlanması:

İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın. Ət yumuşalanadək orta odda bişirin (ətin sərtliyindən asılı olaraq, ət 40 dəqiqəyə qədər bişə bilər). Ətin suyunu süzün ki, kəfdən təmizlənsin. Ət suyunu və əti qazana geri qoyun.

Ətin bişdiyi müddət ərzində digər ərzaqları hazırlayın. Soğanı xırda-xırda doğrayın. Çuğundur və yerkökünü sürtkəcin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın (təxminən 4 stəkan alınmalıdır). Kartofları soyun və iri-iri dilimləyin.

Borş (foto-resept)

Tavada yağı qızdırın və soğanı bu yağda yumuşalanadək bişirin. Çuğundur və yerkökünü soğana əlavə edib, bərabər təxminən 10 dəqiqə ərzində, tərəvəzlər bir qədər yumuşalanadək bişirin. Sonra tomat, zövgə görə duz, istiot əlavə edib, təxminən 5 dəqiqə də bişirin.

 Bişən tərəvəzləri və dəfnə yarpağını ət suyu olan qazana əlavə edin.

Borş (foto-resept)

Qeyd: Ət bişdiyi müddətcə suyun bir qismi buxarlanacaq, odur ki, əldə etdiyiniz ət suyu azdırsa, qazana bir az su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır). Qazanı qaynadın, sonra içinə kələm, kartof və cəfərini əlavə edib, orta odda təxminən 25 dəqiqə ərzində, və yaxud kələm və kartof yumuşalanadək bişirin.

Borş (foto-resept)

 

Nuş olsun!

Səslərin sayı: 0
0
890
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış