Bakıda hava
USD AZN
EUR AZN

Şəxsi həyatınızı verdiyiniz qərarlarla dəyişdirə bilərsiniz!

Şəxsi həyatınızı verdiyiniz qərarlarla dəyişdirə bilərsiniz! 
 Həyatımız aldığımız qərarlarla formalaşır. Sağlam qərarlar ala bildiyimiz müddətcə öz həyatımızın məsuliyyətini əlimizdə saxlaya bilərik.

Bəzi qərarlar əhəmiyyətlidir, bəziləri əhəmiyyətsiz . Bəzi qərarlarımızı özümüz ala bilərik, bəzilərini isə ictimai təzyiqlər formalaşdırır (nə vaxt cinsi münasibətlər qurulacağı, dostlarla necə vaxt keçiriləcəyi kimi ).

Qərar vermək bir bacarıqdır. Velosipedə minmək, yeni bir dil öyrənmək, ayaqqabı bağlamaq kimi bir bacarıqdır. Və eyni onları öyrəndiyimiz kimi qərar vermək bacarığını da öyrənə bilərik.

Aparılmış araşdırmalar müvəffəqiyyətli qərar verənlərin bütün məlumatları və həqiqətləri öyrəndiklərini, qərar vermək çətinliyi çəkənlərin isə qərar verərkən durmadan bir problemdən digərinə keçdiklərini göstərir.

Bütün müvəffəqiyyətli qərar vermə üsulları ümumiyyətlə eyni müddət çəkir:

1. Problemi və hədəfləri dəqiq bir şəkildə müəyyən etmək.

2. Mümkün olduğu qədər çox həll alternativləri tapmaq.

3. Hər alternativin mümkün nəticələriylə əlaqədar lazımı qədər çox məlumat toplamaq.

4. Hər alternativin müsbət və mənfi yönlərini qiymətləndirdikdən sonra ən uyğun olanını seçmək. 

 Şəxsi həyatınızı verdiyiniz qərarlarla dəyişdirə bilərsiniz! 

 Qərar vermə müddəti:

1. Problemi təyin etmək: Belə bir deyim var: “ Problemin nə olduğunu bilirsinizsə, yarısı həll edilmiş deməkdir” . Problemi tam olaraq təyin etmək qərar verməyin ən əhəmiyyətli addımlarındandır. Bəzən simptomları, yəni əlamətləri problem olaraq görə bilərik. Məsələn, dərs öyrənə bilməmək bir problem olaraq görünə bilər, amma bəzən kökdə daha fərqli problemlər ola bilər: dəqiq bir məqsədinizin olmamağı, ya da şəxsi bir probleminizin olması kimi. Problemin nə olduğunu tam olaraq təyin edə bilmək üçün özünüzə bu sualları verə bilərsiniz:

A. Bir problem olduğunu sizə düşündürən nədir?

B. Nə baş verir?

C. Nə vaxt olur?

D. Necə olur?

E. Niyə olur?

F. Kiminlə olur? (Dərhal “bu problemə kim səbəb olur?” deməməliyik. Gərgin və narahat olduğumuzda başqalarını günahlandırmağa meylli ola bilərik. Bunu hiss edib özümüzü başqalarından çox yaranmış vəziyyətə yönəltməliyik).

Problemin nə olduğunu dəqiqləşdirmək üçün əvvəlcə özünüzü mövzuyla bağlı mütəxəssis halına gətirə bilərsiniz. Probleminizlə bağlı məlumat toplayarkən məlumat ala biləcəyiniz bütün qaynaqlardan istifadə edin. Bənzər vəziyyəti yaşamış insanlarla danışın. Bəzən vəziyyətə kənardan  durub baxmaq görmədiyiniz bir çox şeyi görməyinizə kömək ola bilər.

2. Hədəflərinizi və dəyərlərinizi müəyyənləşdirmək: Özünüzü daha yaxşı tanımağınız, dəyərlərinizi və həyat fəlsəfənizi müəyyənləşdirməniz qərar vermək müddətini olduqca asanlaşdırır. Həyatınızda nələrə üstünlük və dəyər verirsiniz? İctimai həyat, karyera, cinsi münasibətlər, ailə, pul, sağlıq, güc, gözəllik, din, təhsil, ictimai ədalət... Bu sualın cavabına “hamısını istəyirəm” demək asandır, amma hamısını əldə etmək çox zaman mümkün deyildir. Böyük bir şirkətdə müdir olaraq çalışıb, ailənizlə zaman keçirib, axşamları idman edib, eyni zamanda da yeni yerləri görmək üçün tez-tez səyahət etməyiniz çox da həqiqi və mümkün olmayandır.

Hədəflərinizi bilmək çatacağınız ünvanı müəyyənləşdirmək kimidir. Digər yollara girib boş zaman itirməyinizə mane olur. Qərar verəcəyiniz, ya da seçim edəcəyiniz ehtimalları dəyərləndirərkən hədəfinizə uzaq, ya da hədəfinizə uyğun olaraq qısa zamanda ayırd edə bilərsiniz. Bunu edərkən də hədəflərinizin konkret, həqiqi və dəyərlərinizə uyğun olmağı vacibdir. Məsələn, xoşbəxt olmaq olduqca mücərrəd bir hədəfdir. Sizi nələrin xoşbəxt edəcəyini konkretləşdirmək hədəfinizə çatmağınızda köməkçi olacaqdır.

 Şəxsi həyatınızı verdiyiniz qərarlarla dəyişdirə bilərsiniz!

3. Həll alternativi tapmaq: “Həqiqi deyil, axmaqca” və s. demədən mümkün olduğu qədər çox həll alternativi tapmağa çalışın. Bunun üçün beyin fırtınası edə bilərsiniz. Ağlınıza gələn alternativləri, ətrafınızdakıların da təkliflərini öyrənərək yazın. Bunu edərkən “ya..., ya da... “ şəklində düşüncələrdən uzaq durmağa çalışın. Məsələn “ Ya uşaq dünyaya gətirərəm, ya da karyeramı davam etdirərəm.” Uşaq olduqdan sonra, işinizə bir müddət ara verdikdən sonra geri dönmək, ya da yarım günlü bir işə keçmək mümkün ola bilər. Nəticə olaraq birini seçmək adına digər istəyinizdən tamamilə fədakarlıq etməyiniz lazım deyildir. 

 4. Sağlam qərar verməyə mane olan psixoloji faktorları hiss etmək: Özünə həddindən artıq əminlik, qayğı, neqativ bir ruh halı, başqalarına bağlı olmaq (ətrafındakılar tərəfindən sevilmək və qəbul olunmaq üçün öz istədiklərini yox, onların istədiklərini etmək), mükəmməlçilik (səhv etməyi qəbul etməmək, hər şeyi eyni anda istəmək kimi) sağlam qərarlar almağımıza mane ola bilər.

Çox vaxt bu emosional maneələri hiss etmirik. Hiss etdiyimiz zaman isə bu hisslərlə başa çıxmaq çətin ola bilər. Belə bir vəziyyətdə mümkünsə qərar verməyi təxirə salmaq və öz başımıza həll edə bilmədiyimiz mövzu haqda bir mütəxəssis köməyi almaq yaxşı olar. 

5. Həll alternativlərini qiymətləndirmək: Həll alternativlərini qiymətləndirərkən hər variantla bağlı həqiqətləri və hər variantın sizə təqdim etdiyi gələcəklə bağlı hisslərinizə və hiss etdiklərinizə diqqət yetirməlisiniz. İlk olaraq hər alternativin xeyirlərini və zərərlərini topladığınız bütün obyektiv məlumatlara əlavə edərək yazın. Daha sonra hər alternativ üçün özünüzə bu sualları verin: 

A. Nə baş verər?

B. Necə hiss edərəm?

C. Başqaları necə hiss edər?

D. Ola biləcək ən yaxşı və ən pis şey nədir?

E. Hədəfimə çatmaqda necə kömək edər?

F. Qarşımdakı maneələr nələrdir?

G. Nə qədər vaxt, enerji, maddi qaynaq lazımdır? 

Hər alternativi qiymətləndirərkən mənfi görünən tərəflərin dəyişdirilib-dəyişdirilməyəcəyini, bunlarla başa çıxa bilib-bilməyəcəyinizi də diqqətə almalısınız. Məsələn, tibb ya da psixoloq peşələrini qiymətləndirərkən bir çox insan “Mən insanların acı çəkməsini görməyə dayana bilmərəm” ya da “ Məsləhət alanların və ya xəstələrin problemlərinin içinə çox girər, təsirlənərəm” deyə düşünüb, özləri üçün çox uyğun ola biləcək peşələri seçməzlər. Ya bu çətinliklərlə baş etmək yolları tapılarsa? Bu səbəbdən ani və məcbur qərarlar verməkdən çəkinin. 

Şəxsi həyatınızı verdiyiniz qərarlarla dəyişdirə bilərsiniz! 

6. Alternativlərdən ən uyğun olanı seçmək: Hələlik sizdə olmayan bacarıq və qaynaqları tələb etdiyi üçün tətbiq edilə bilməyəcək olan variantları çıxartmaqla seçim edə bilərsiniz.

Bəzi seçimlər və qərarlar qarma-qarışıq ola bilər. Bir çox alternativ və düşünülməsi lazım olan çoxlu xeyir və ziyanınız ola bilər. Məsələn, karyera seçimi edərkən bir çox faktoru diqqətə almaq lazımdır: təhsil müddəti, iş tapmaq ehtimalı, çalışma saatları və şərtləri, peşə təminatı, statusu kimi. Bu səbəbdən seçiminizi edərkən ən əlverişli olanını müəyyənləşdirmək vacibdir.

7. Seçilən alternativi qəbul etmək: Bir seçim etdikdən sonra digər variantlara ilişib qalmamağa çalışmaq çox vacibdir, yoxsa tətbiqə keçmək çox çəkə bilər və qərar vermək müddəti lazımından çox uzana bilər. Bilməyimiz lazım olan həyatda “mükəmməl seçim” deyə bir şey olmadığı kimi, qarışıq qərarların çoxunda da mükəmməl bir alternativ yol olmaya bilər.

8. Addım: Seçimi tətbiq etmək : Tətbiq olmadıqdan sonra qərar da bir işə yaramaz. Bacarmaq və mümkün maneələrin öhdəsindən gələ bilmək üçün bütün detallarıyla bir plan qurmanız yaxşı olacaqdır. Planın bütün addımlarını əvvəlcədən müəyyənləşdirin, necə davranacağınızı, nələr deyəcəyinizi əvvəlcədən məşq edin, xəyal edin. Beləcə uyğun olmadığını düşündüyünüz nöqtələri dəyişdirmə fürsətiniz olacaqdır.

Qərarsızlıqla başa çıxmaq

 Çox vaxt qərarsızlıq səhv bir qərar verməkdən daha zərərli, ya da yorucu ola bilir. Bu müddət içində qərar verməkdə gecikə bilərik, ya da qərarımız olduqca yorucu bir müddətdən sonra ortaya çıxa bilər. Qərarsızlıq anında yaşadığımız müəyyənsizlik həlli gecikdirməyə, seçimi bizim deyil, şərtlərin müəyyənləşdirməsinə səbəb ola bilər. Bunun üçün:

1. Məsuliyyət almaqdan çəkinməyin.

2. Yeni fikirlər yaratmaq üçün sahib olduğunuz zamandan istifadə edin.

3. Qərar vermə və səhvlərdən öyrənmək qabiliyyətinizə inanın.

4. Özünüz üçün həqiqət olmayan gözləntilər təyin etməyin.

5. Çox da lazım olmayana kimi ani qərarlar verməyin.

6. Özünüzü aldatmayın: daha tez və rahat əldə edəcəyiniz bir nəticə üçün uyğunsuz bir seçim etməyin.

7. Lazımsız yerə hərəkət etməyin, bəzən heç bir şey etməmək və gözləmək elə ən yaxşı həlldir.

 


Redaktə etdi: Afa - 1 noyabr 2011

Səslərin sayı: 21
71
6176
loading...
Şərhlər
Offline
Mələksima
Lazımsız yerə hərəkət etməyin, bəzən heç bir şey etməmək və gözləmək elə ən yaxşı həlldir.
2 may 2015 21:54
Offline
Qəribə
Xəbərə görə sağ ol.
19 mart 2014 13:55
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
איסון ממדוב.
Qerarlari ozum verirem hesman olduqum vaxlarsa olub.
15 mart 2014 18:43
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
DENIZ
xebere göre teşekkürler
27 yanvar 2013 00:24
Offline
Samir Aliyev
verdiyim qerarlardan hec vaxt pesman olmamisam.eksine daha sevinmisem ki ne yaxsi bele qerar vermisem .cun ki ozumu cox yaxsi taniyiram.neyin yaxsi neyin pis olacaqini bilirem ozum ucun.tesekurler
14 iyul 2012 20:03
Offline
FIRUZA
olmaz ele wey
25 mart 2012 14:12
Offline
zulfiyye
men hec qerar vere bilmirem
16 fevral 2012 20:05
Offline
TURAN
men qerarlarimi her zaman ozum vermisem sukur hec vaxt pesman olmamisam amma indi verdiyim qerara cox pesmanam nece duzeldeceyimi bilmirem
22 yanvar 2012 17:03
Offline
Esya
MEN VERDIYIM QERARLA HEYATIMI DEYISMISEM.VE BUNADA PESMAN DEYILEM.TSK.
16 yanvar 2012 01:36
Offline
Semedova
gyulnarka85,
Xanim Siz herhalda ozunuz ucun dogru olani ozunuz bilirsiniz,men size bu haqda ne deye bileremki... Herhalda indiki isinizin avantajlarini ve dezavantajlarini dusunun tehlil edin elecede yeni isin menfi ve musbetini dusunun ve ikisini qarsilasdirib bir netice cixarin ...
17 dekabr 2011 13:18
Offline
gulnar
Salam.Melumata göre çox sağ olun. Herden olur ki qerarımı ani vaxt erzinde verirem(peşiman da olmuram), amma ele de olur ki qerar vermekde çetinlik çekirem.Hal-hazırda hemin çetin veziyyetdeyem. Neçe vaxtdır ki, işimi deyişmek haqqında düşünürem, amma bir qerara gele bilmirem. Mene meslehet verseniz memnun olardım. SAĞ OLUN.

yazsanız bu ünvana yazın. sema1985@bk.ru
16 dekabr 2011 11:34
Offline
Semedova
Kind,
Allah yardimcin olsun.
16 dekabr 2011 00:05
Offline
Esmer
Menim bir tek umidsizlyim ve hedefim odur. bilmirem umidsizlyimle mubarize aparim yoxsa onun sevgisini qazanmagim ucun ne edim bilmirem. bildiyim bir sey odur menim uzumdeki ifade ve gozlerimdeki xosbextlik amma o bunu bilmir. recourse
3 dekabr 2011 13:37
Offline
Semedova
emilya86,
Jealousy,
Serhlerinize gore cox sag olun!
22 noyabr 2011 14:03
Offline
J e a l o u s y
QERAR VERENDE HEYECANLANIRAM.DEQIQ DUSUNE BILMIREM SONUNU.HISSLERIMLE HEREKET ERIDEM.AMMA COX SEYE AGILLA QERAR VERENDE UDUZMURAM.
TESEKKURLER XEBER UCUN
21 noyabr 2011 00:56
Offline
fatime
xebere gore tessekkurler
13 noyabr 2011 14:08
Offline
Semedova
Gonulcelen,
COX SAG OLUN!
13 noyabr 2011 13:50
Offline
Gülüm
xebere gore twk.
7 noyabr 2011 17:35
Offline
Semedova
vefa-n,
Musfiqe,
Selin,
huseynova.gullu,
COX SAG OLUN!
Selin,
CANIM DIQQETLE TEKRAR OXU fellow
4 noyabr 2011 20:18
Offline
Gullu
men oz qerarlararimi ozum verirem ve onu hec kim deyise bilmez
4 noyabr 2011 17:05
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək

    “WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
  • 20:36 - Müəllif: Nermin_Guler
    Güldürən arxa fon (1)

    Güldürən arxa fon

    Ən çox betmana güldüm
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
  • Siçan ilində bizi nə gözləyir? - Şərq təqviminə görə ASTROLOJİ PROQNOZ

    Siçan ilində Amerika təpələrinə səfər proqnoz edilir. Daimi dəyişikliklər sizi gözləyir, narahat olmağa dəyməz, əlamətdar hadisələr də az deyil.
  • Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq

    Bu tarixdən bütün pensiyalar 13-14 faiz artırılacaq
  • 15:20 - Müəllif: SemmionsNaifyHK
    Hüquqşunas məsləhəti (367)

    Hüquqşunas məsləhəti

    Приветствую Вас друзья, недавно мне в руки попал уникальный сайт на котором Вам необходимо спрогнозировать как будет меняться значение, вверх, или в низ, у Вас всего две кнопки для ответа, благодаря чему если Вы даже будете рандомно нажимать кнопки, Ваши шансы составят 50%, а благодаря специальным методикам которые Вы найдете после регистрации, Ваш баланс будет увеличиваться каждые 60 секунд. За одну минуту Вы сможете зарабатывать от одного доллара до бесконечности! Это уникальный способ заработка в интернете на сегодняшний день, сервис работает с 2014 года, и всегда вовремя выплачивает заработанные деньги. После регистрации Вы получите БОНУСНЫЕ +10 000b на счет, и сможете сами сполна протестировать этот замечательный сервис. Попробуйте БЕСПЛАТНО! http://bit.ly/fastbigtrade
  • 14:59 - Müəllif: Ayla Ayla
    2020-ci ilin 6 dəbli rəngi (2)

    2020-ci ilin 6 dəbli rəngi

    Bənövşəyi paltolar, köynəklər və donlar göz oxşayacaq.
  • Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı

    Çoxu belə eliyir. Nəyə lazımdıye
  • Qısa boylu qadınlar necə geyinməlidir?

    Qısa köynəklərdən də istifadə edə bilərsiniz. Don seçərkən dar olmasına diqqət edin.
  • Şahzadə Diananın məşhur donu satılmadı-SƏBƏB/FOTO

    Onun modası keçib ona görə
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )