Bakıda hava 10°
USD AZN
EUR AZN
10:46Sima salam herkese necesiz 08:48Xəyalə Murad yeni dərs və iş həftəsində hər birinizi xoş gördük!
41235

NUŞİRƏVANLA VƏZİRİ VƏ BAYQUŞLARIN SÖHBƏTİ

NUŞİRƏVANLA VƏZİRİ VƏ BAYQUŞLARIN SÖHBƏTİ

Nuşirəvan qoşunla çıxmışdır bir gün ova,

Ayrıldı dəstəsindən atla ov qova‐qova.

Şahın yaxın həmdəmi artıq yalnız vəzirdi,

Hər ikisi at çapıb, ovlaqda ov gəzirdi.

Çatdı düşmən qəlbitək viranə bir yurda şah.

Tapardı axtardığı hər şikarı burda şah.

İki bayquş səs‐səsə verərək ulayırdı,

Qəlbləri şah qəlbitək nəsə ʺarzulayırdıʺ.

Şah soruşdu vəzirdən: ʺNə danışır bu quşlar?

Bir‐birinə nə deyir, nə söyləyir bayquşlar?ʺ

Vəzir cavab verdi ki: ʺZamana şahsan özün.

Hər hikmətdən, hər sirdən çoxdan agahsan özün.

Səsləri nə müsibət, fəlakət salmır yada?

Nigah‐kəbin, cer‐cehiz söhbəti var arada.

Bu quş onun oğluna ərə verir qızını,

İndi başlıq istəyir işə salıb ağzını:

ʺBu xaraba kənd nədir, bir qıza azdır,ʺ deyir,

ʺKəbin haqqıʺ bir neçə xaraba yazdırʺ, deyir.

Elçi gələn quş deyir: ʺŞərikəm hər sözünə,

Şahın zülmkarlığı bəllidir yer üzünə.

Qanlar tökən görürəm şahı gündə yenə mən.

Yüz min belə xaraba kənd verərəm sənə mən.ʺ

Bu sözlər atəş kimi yandırdı, yaxdı şahı,

Elə fəğan qopardı göylərə qalxdı ahı.

Ağladı, ikiəlli qapaz saldı başına,

Nahaq qanlar zalımı qərq edər göz yaşına.

Zülmünü yada salıb, dişlədi barmağını:

Quşlar da eşidibdir zülmünün sorağını.

Var üçün insan nəsli bu obadan silindi.

Toyuq qaqqıldayırdı, bayquş ulayır indi.

Dünyaya uymuşam ki, qəflətdəyəm hələ mən.

Peşman‐peşman başıma gərək döyəm hələ mən.

El varını soymuşam, xalqa divan tutmuşam,

Ölməyi, son mənzili büsbütün unutmuşam.

Talan, qarət dalınca haçanacan qaçım mən,

Əməlimlə, başıma‐olmaz oyun açım mən?

Şahlığı, məmləkəti tanrı verib baxtıma.

El nifrət yağdırmasın qoy tacıma, taxtıma.

Mis deyil, qızıl sikkə nəsib olub adıma.

Bu qədər haqsızlıqla haq çatarmı dadıma?!

Zülmkartək tanınım eldə, obada niyə?

Ömrü zülmkarlıqla verim mən bada, niyə?

İndən‐belə qəlbimdə mərhəmət olsun gərək,

Tanrıya, ya özümə bir hörmət olsun gərək.

Haqsızlığın həddini lap aşmışam daha mən,

El gözündə dönəcəm ən, yaramaz şaha mən.

Yanmalıyam, yanmalı, gör kimə yanır qəlbim?!

Qiyamətdə yanacaq qəlbimə yanır qəlbim.

Qılıncımla elləri biçməyim bəsdir daha,

Alçalıb, insan qanı içməyim bəsdir daha.

Talançıyam, fəxr edib öyəcəyəm özümü?

Qiyamətdə sorsalar, döyəcəyəm gözümü.

Xəcalətəm, mümkünmü daha şadlana qəlbim?

Daşqəlbliyəm, mümkünmü dönməsin qana qəlbim?

Qaxıncam, nalə, fəryad qopardığım budur, bu!

Qiyamətə özümlə apardığım budur, bu!

Öz köhlənim özümü tapdayacaq orada.

Can zülmün cəzasına tablayacaq orada?

Saysız xəznə yığmışdı qılıncının zoruna.

Ondan Samla Firidun nə apardı goruna?

Dünyaca var‐dövlətim sayılarmı dünyada?

Dünyadan apardığım bir şey varmı dünyada?ʺ

Şah bir odlu məşəldi, yandı yalı köhlənin,

Nəfəsindən əridi polad nalı köhlənin.

Şahanə dəbdəbəylə sarayına yetişdi,

Şəfqətilə hamının harayına yetişdi.

 

Bir yolluq qələm çəkdi bac‐xəracın üstündən,

Son qoydu haqsızlığa, ellər çıxdı pis gündən.

Ədalət göstərərək atdı sitəmkarlığı,

Ömürlük arzusuydu elin bəxtiyarlığı.

Taleyin imtahanı canını alan oldu,

Ədaləti dünyada əbədi qalan oldu.

Ülviyyət aləmində yenə də şahdır özü,

Şan‐şöhrət sikkəsinə yazıldı ʺadilʺ sözü.

Bəxtiyar hökmdardı, tarixdə qaldı adı,

Kim ki adil şah oldu, belə ucaldı adı.

Hər ürəyi sevindir, xürrəm yaşa dünyada,

Tanrı qoymaz ki, dəysin oxun daşa dünyada.

Günəşi oyadanlar xoşbəxt olsun sayəndə,

Dosta səadət olsun fikrin, zikrin, qayən də,

Dərdlərin təbibi ol, məlhəm qoy hər yaraya,

Yiyələn taxta, taca, həşəmətli saraya.

Eşqinlə atəşə dön, nifrətinlə buza dön,

El yolunda günə dön, aya dön, ulduza dön.

Yaxşılığı əzəldən adət etsən özünə,

Yaxşılığın hər yanda qapı açar üzünə.

Hər əməlin üstündən sanma keçəndi dövran,

Hər yaxşını, yamanı yaxşı seçəndi dövran.

Ülviyyətə qulluq et, günah dalınca varma,

Günahkar insan kimi boyun büküb yalvarma.

Ömür keçib gedəndi, dünya qalandı sənə?

Ülviyyətə sədaqət şərəfdi, şandı sənə.

Hər üzrün, yalvarışın ‐ hiylə, kələk, aldanış.

Quru sözdən nə çıxar? İşdən, əməldən danış.

İşlər sözlə düzəlsə, hər iş də düz gələrdi,

Nizami hünəriylə göylərə yüksələrdi.

 

Nizami Gəncəvi ( Sirlər Xəzinəsindən)

Səslərin sayı: 0
0
296
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Всем привет. Боялась заказывать за за % оплату. Но все отлично. До Твери шла ровно 8 дней шведская стенка как и говорили. Все оперативно. ?нструкция понятная, собрали быстро. Правда одна конструкция была без отверстий для крепления к стене, пришлось делать самим, но это ничего по сравнению с эмоциями получаемых от данной стенки. Дети и взрослые в восторге. Анастасия, спасибо огромное.
  • BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr

    BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
  • Tonal krem ləkəsini necə təmizləməli?

    Qab yuyan şampundan ləkənin üstünə damladın və bir neçə dəqiqə gözləyin
  • Həftənin ən zövqsüz ulduzu oldu-FOTO

    Sert 2 xal verdiyi Belçimin ünvanına "Bədəninə uyğun olmayan, yanlış bir tərzdir. Bütün parçalar uyğun gəlmir. Çəkmələr isə heç uyğun deyil" deyib.
  • Məşhur Maqnat 150 milyonluq ev aldı

    Avstraliyalı media maqnatı Rupert Mördok oğluna 150 milyon dollara malikanə satın alıb.
  • Qadınlara 25 milyon ödəyəcək

    Qərar hələ tam qüvvəyə minməyib. Bunun üçün həm şikayətçilərin, həm də qarşı tərəfin razılığı tələb olunur.
  • Cennifer Lopez gözəlliyi ilə diqqət çəkdi-FOTO

    Dünyaca məşhur müğənni Cennifer Lopez idman salonundan çıxarkən obyektivlərə tuş gəlib.
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    В детской стоматологии Family Dent отличный подход к детям. Старшей дочери недавно установили здесь титановые брекеты, а младшему сыну вылечили зубы совсем без слез. Такого еще ни разу не было. Впервые без нервотрепки и криков. Теперь ходим только сюда - стоматология Family Dent Мне эта стоматология Family Dent понравилась очень качественной . Всего хорошего рекомендую !
  • Ancelina Coli Oğurluqda Günahlandırılır

    Eşitmə və danışma əngəlli olan Abbamonte aktrisa ilə işləyəndə dünyanın ilk lal və kar qəhrəmanı haqqında film çəkmək istədiyini söyləyib. Ancelina isə bu ideyanı "Eternals" filmində reallaşdırıb.
  • Uşaqları imtahan stressindən qorumağın yolları

    Приветствую всех! класный у вас сайт! Нашел класную базу кино: кино комедия бесплатно в хорошем качестве Здесь: криминальные фильмы 2019 смотреть хорошем качестве смотреть фильмы онлайн в хорошем качестве криминальные} список 2018 Здесь: http://inspacefilm.ru/6919-kuhnya-sezon-1-5-2012-2015.html Кухня (Сезон 1-5) (2012-2015) смотреть онлайн бесплатно Здесь: Одиннадцатая жертва / The Eleventh Victim (2012) смотреть онлайн бесплатно Одиннадцатая жертва / The Eleventh Victim (2012) смотреть онлайн бесплатно
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )