Bakıda hava
USD AZN
EUR AZN

Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm

Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm


Türk televiziya seriallarının 146 ölkədə tamaşaçı auditoriyası var. 

Qadin.Net modern.az-a istinadən bildirir ki, Anadolu agentliyinin məlumatına görə, Türkiyə bu göstərici üzrə yalnız ABŞ-dan geri qalır. Qeyd olunur ki, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Afrika və Amerikada bu ölkədə istehsal olunmuş teleseriallara 700 milyondan çox tamaşaçı baxıb. Onların nümayişindən əldə olunan gəlir isə 500 milyon dollara çatıb.

Agentliyin məlumatına görə, xarici ölkələrdə ən çox tamaşaçısı olan "Möhtəşəm yüz il" serialı 70 ölkədə 500 milyona yaxın tamaşaçı toplaya bilib. Digər populyar ekran əsərləri sırasında "Diriliş: Ərtoğrul", "Qara para eşq", "Adını Fəriha qoydum", "Gümüş" və "Fatmagülün suçu nə?" teleserialları var.

Türk teleserialları arasında xarici televiziya bazarına ilk ixrac edilən film 1975-ci ildə lentə alınmış və 1981-ci ildə Fransaya satılmış "Aşk-ı Məmnu" olub. Bu serialların MDB məkanında Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda, habelə Balkan ölkələrində daha populyar olduğu bildirilir. Məşhur futbolçu Lionel Messi də "Qara para eşq" serialına baxdıqdan sonra təəssüratını "Instagram" səhifəsində bölüşüb. "Diriliş: Ərtoğrul" serialı isə Venesuela Prezidenti Nikolas Maduronun sevimli filmlərindən biridir. Son məlumata əsasən, ən tanınmış Netflix yayım şirkəti dörd türk serialının yayım haqlarını satın alıb

Səslərin sayı: 0
2
270
loading...
Şərhlər
Offline
Xəyalə Murad
Onların nümayişindən əldə olunan gəlir isə 500 milyon dollara çatıb.
18 noyabr 2019 12:53
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ayla Ayla
Agentliyin məlumatına görə, xarici ölkələrdə ən çox tamaşaçısı olan "Möhtəşəm yüz il" serialı 70 ölkədə 500 milyona yaxın tamaşaçı toplaya bilib. Digər populyar ekran əsərləri sırasında "Diriliş: Ərtoğrul", "Qara para eşq", "Adını Fəriha qoydum", "Gümüş" və "Fatmagülün suçu nə?" teleserialları var.
17 noyabr 2019 20:11
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )