Bakıda hava
USD AZN
EUR AZN
08:57Xəyalə Murad Sabahınız xeyir,Pəri xanım 08:34PERI sizinde sabahiz xeyir xeyale xanim 08:17Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41221

Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri nə vaxt isinəcək?

Binaların 30 faizi istiliklə təmin olunub, bəs digəriləri nə vaxt isinəcək?


"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində qış rejiminə keçidlə bağlı bina və obyektlərə istilik təchizatına start verib.

Qadin.Net xəbər verir ki, bu barədə trend-ə "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından artıq bütün qazanxanalar işə salınıb:

"Dağlıq ərazilərdə istilik sistemləri noyabrın 1-dən işə salınıb. Bu gün səhər saatlarından isə Bakı və digər ətraf ərazilərdə prosesə start verilib. Artıq indiki saata qədər Bakının 30 faizindəki bina və obyektlər istilik sistemi ilə təmin olunub. Digər qazanxanalarda isə tənzimləmələr aparılır. Günün sonuna kimi paytaxtda bütün binalara istilik veriləcək".

R.Əliyev bildirib ki, bütün ərazilərə eyni vaxtda istilik vermək olmur: "Həm qazanxanalar texniki cəhətdən imkan vermir ki, birdən-birə yüksək istiliyi alaq. Məsələn, bir qazanxanada 5 min kubmetr su olur. Həmin suyun hamısı qızmalıdır ki, ondan sonra temperatur tədricən artırılmalıdır. Bunun üçün 12-24 saat vaxt lazımdır".

Səslərin sayı: 0
1
79
loading...
Şərhlər
Offline
Surayye
Onun sözlərinə görə, bu gün səhər saatlarından artıq bütün qazanxanalar işə salınıb:
15 noyabr 2019 17:37
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )