Bakıda hava
USD AZN
EUR AZN
5 dekabr 14:53Feride Nərmin mesaja baxarsan
41199

Heyva şirniyyatı (video-resept)

 

Tərkibi:

3 ədəd orta boy heyva

2 st şəkər tozu

450 ml su

 

Üzərinə:

qaymaq

fıstıq

 

Heyva şirniyyatı (video-resept)

 

Hazırlanması:

Heyvaları ortadan iki yerə bölün, çəyirdəklərini çıxarın. Tumlarını təmizləyin və qabıqlarını soyun.

Təmizlədiyiniz və sudan keçirdiyiniz heyvaları qazana düzün.

Qazanda heyvaların üstünə şəkər tozu əlavə edin.

Heyva qabıqlarının müəyyən qədərini və heyva çəyirdəklərini qazana əlavə edin.

Heyvaların yarısına gələcək qədər su əlavə edin. 1-2 y/q qədər quru hibiskus (çin qızılgülü) əlavə edin.

 

Heyva şirniyyatı (video-resept)

 

Aşağı dərəcədə heyvalar yumşalana və rəngini alana qədər bişirin. 

Qazanda soyumağa qoyduğunuz heyvaları servis qabına düzün.

Üzərinə şərbət gəzdirin.

Qaymaq əlavə edin və fıstıqları səpərək servis edin.

 

Nuş olsun!

Səslərin sayı: 0
2
828
loading...
Şərhlər
Offline
Surayye
Heyva bisende ele yaxsi olur ki
15 noyabr 2019 18:22
Offline
Xəyalə Murad
Video sayəsində ardıcıllığı bilmək daha rahatdır.
15 noyabr 2019 10:18
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!