“Ustad” bu sayında nobelçiləri təqdim edir
“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 31-ci sayı nəşr olunub. Redaksiya heyətindən verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın noyabr sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb. “Ustad”ın bu sayında 2018 və 2019-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatçılarının əsərləri də təqdim olunub.
Dərgi şef redaktor Müşfiq XANın “Epizodik rolda mən” başlıqlı pritçaları ilə başlayır. Müəlliflərdən Səbuhi Şahmursoy (“Ağ qapının ölçüsü” hekayəsi), Könül Nuriyeva (“Relsi olmayan dəmir yolu” hekayəsi), Olqa Tokarçuk (“Lobya Falı” hekayəsi), Vudi Allen (“Pəhriz” hekayəsi), Peter Handke (“Qapıçının penalti anındakı həyəcanı” romanından bir hissə), Ölüm məddahı Sadiq Hidayət və onun “Kor Bayquş” romanı” resenziyası), Xanım Anela (“Yer mələyi” essesi və “Böyük rus ədiblərinin qonorarları” araşdırma məqaləsi), Ceylan Mumoğlu (“Zülmətin hökmü, qaranlığın hesabatı” resenziyası), Pərvanə Bayramqızı (“Mütaliədən bizə qalanlar” essesi) və Azər Qismət (“Yapon incəsənətində fərqliliklər” araşdırma məqaləsi) kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir.
Araşdırma bölməsində Qadin.Net saytının baş redaktoru, yazıçı Xəyalə Muradın “Puşkin və oğul Düma” araşdırma məqaləsi yer almaqdadır.
“Düşündüklərimiz duyğularımızı yaradır”– deyən Türkiyədə yaşayan həmyerlimiz, yazıçı-motivator Ceylan Mumoğlu “Ustad”ın bu sayının müsahibidir. Onunla oxucu İlahə Eldarqızı söhbətləşib.
Poeziya bölməsində məşhur ərəb şairi Adonisin “Külək və ağac şərqisi” şeiri (S.Şahmursoyun tərcüməsində) və şair Elşən Mehdinin “Polkovnikə uzaq yerdən yazıram” başlıqlı silsilə şeirləri dərc olunub.
Dərginin bu sayının səhifələrində beş yerli yazıçının müştərək qələmindən çıxan “Qatar boyunca əsən küləklər” adlı eksperimental hekayə də yer alıb.
“Ustad”ın 31-ci sayını artıq kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
XƏBƏR LENTİ
Bakıda çörəyi bahalaşdıranlar kimlərdir?
Dünyanın ən qeyri-stabil valyutaları
Ali məktəblərdəki ən bahalı və ən ucuz ixtisaslar - SİYAHI
Günün ulduz falı
Günün ulduz falı - 01.10.2013
Şuşa şəhidinin Cəbrayıla bayraq sancan oğlu: “Ayaqlarımın kəsildiyini görəndə, dedim, kaş...” - VİDEOREPORTAJ
SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
Tikrit uğrunda döyüşlər: İŞİD geri çəkilir
Əfqanıstanda sel:onlarla insan həlak olub
Üzlərində çil olsun deyə
Selfi üçün qadağa
DiKaprio partidə - FOTO
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
Elm dünyasının şahı Nəsirəddin Tusi
İstirahət günü hava qovuracaq
Pomidorlu qəlyanaltı(foto resept)
Dekorativ güzgülər
Görmə qabiliyyətinin tam bərpa olunmasının yolu tapılıb
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz
Müge Anlı onları geridə qoydu
Bitməyən savaş
Hamiləlik dövründə uzaq durmalı olduğunuz 4 fəaliyyət
46 yaşlı aktrisanın Gözəllik Sirri Məlum oldu!-VİDEO
Təmizlik şirkətlərinə niyə inam yoxdur?
Ermənistan ərazisindən ən çox hədəfə alınan ərazilərimiz açıqlandı - RƏSMİ
Yaşlanmağa dur demək istəyirsinizsə, bu təklifləri nəzərə alın!
Azərbaycan tarixindən yüz şəxsiyyət-90
"Qaralatasaray"lılara müjdə: "Aslan"" "Kral"a qarşı oynayacaq
Günün qoroskopu:Soyuqqanlı olun!
İrem derici yeni klipini təqdim etdi
Bu çay cənnətə aparır
Göz ətrafını gözəlləşdirən tövsiyələr
Həkimlər ilanın mədəsindən dəsmal çıxardılar – VİDEO
Tez qocalmağa səbəb olan 5 vərdiş
Azərbaybaycanda hərbi həkim koronavirusdan vəfat etdi - RƏSMİ + FOTO
Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək"
Günün ulduz falı
İşdən ixtisara düşmək istəmirsizsə...
Parlaq saç, yoxsa "yağlı"?
40 il artıq yaşamaq istəyənlərə 7 məsləhət
Növbəti 4 günün havası AÇIQLANDI
Bakı Metrosunda daha bir qadağa
Köklü, darçınlı, qozlu keks (foto-resept)
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Günün ulduz falı - 03.12.2013
Sobada quzu ətli badımcan
Rəngarəng çanta modelləri
Yağlı saçlarla necə mübarizə aparmalı?
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Ermənilərə xəbərdarlıq edildi