Cənubi Koreyada bir şirkət pulsuz yas mərasimləri verir, amma yalnız dirilər üçün.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, 2012-ci ildən fəaliyyətə başlayandan bəri bu şirkətin təşkil etdiyi "Canlı cənazə" mərasiminə gələn 25 mindən çox insan öz ölümlərini simulyasiya edərək, həyatlarını yaxşılaşdıracaqlarına ümid edir.
"Ölümdən xəbərdar olursan, sanki onu yaşayırsan və həyata başqa tərəfdən yanaşırsan" deyə, cənazə mərasimində iştirak edən 75 yaşlı Ço Cey-Hee bildirir.
Yeniyetmələrdən tutmuş təqaüdçülərə qədər, onlarla insan son vəsiyyətlərini qələmə alıb, dəfn mərasimi üçün portretlər çəkdirərək, təxminən 10 dəqiqə qapalı tabutda qalır.
Universitet tələbəsi Çoi Jin-Kyu tabutda olduğu vaxt ona çox zaman başqalarına rəqib kimi baxdığını anlamağa kömək etdiyi deyir.
"Tabutun içərisində olduğum zaman nələr edəcəyimi düşünürdüm" deyə, 28 yaşındakı qadın bildirir.
O, təhsilini bitirdikdən sonra yüksək rəqabətli əmək bazarına baş vurmaq əvəzinə öz biznesini qurmaq qərarına gəldiyini əlavə edir.
Cənubi Koreya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının "Daha Yaxşı Həyat İndeksi"nin keçirdiyi sorğuda iştirak edən 40 ölkə arasında 33-cü yerdədir. Bir çox cənubi koreyalı gənc təhsil və əmək bazarına böyük ümidlə baxır. Lakin iqtisadiyyatın yavaşıması və işsizlik səviyyəsinin artması onların bu ümidlərinə təsirini göstərib.
Ölüm haqqında kitab yazan Asan Tibb Mərkəzinin həkimi, professor Yu Eun-Sil gənc yaşlarında da ölüm haqda öyrənmək və ona hazır olmağın vacib olduğunu deyir.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2016-cı ildə Cənubi Koreyada intihar halları nisbəti 100 min sakinə 20,2 faizi təşkil edirdi. Bu da Ümumdünya Səhiyyə Təşkilatına əsasən, qlobal səviyyə ilə müqayisədə 10.53 faiz daha yüksək göstəricidir.
Hyovon şirkətinin rəhbəri Conq Yon-Mun "Canlı cənazə"ləri insanların həyatlarını qiymətləndirməsi, ailələri ilə bir araya gəlməsi və dostlarını bağışlamasına kömək etmək üçün təşkil etdiyini deyir.
`Biz əbədi deyilik. Buna görə də bu təcrübənin çox vacib olduğunu düşünürəm. Üzr istəyərək barışa bilər və qalan həyatımızı xoşbəxt yaşaya bilərik` - deyə, o bildirir
XƏBƏR LENTİ
Hande imicini dəyişdi-FOTO
Azərbaycan kino tarixində bir İLK
Yadplanetlilər bizimlə niyə əlaqəyə girmirlər? - Alimlərin müzakirəsi
Yaddaşımızı yeniləyək
Hind toyuğu ətindən kotlet(foto resept)
Norveçə səyahət
Həftənin ilk iş gününün havası
İrandan İŞİD-ə zərbə
Əgər işləyirsinizsə...
Qara dəliklər (2)
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Gözəl jaketlər
2 yaşlı uşaq anasını xilas etdi
Saçın tökülməsinə qarşı maska
Almalı tost (foto resept)
Aromaterapiya
Kitabsevərlər üçün dekorasiya
Aktrisanın geyimi qiymətinə görə diqqət çəkdi-FOTO
Ən son tüninqli BMW X5
Atalar və oğullar savaşına yeni baxış
Cennifer Lopezdən maraqlı AÇIQLAMA
Saç rəngini dəyişmədən nələri öyrənməli?
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Manat yenə ucuzlaşdı
Tibbdə möcüzə: Hamiləliyin 5-ci ayında doğulan körpə sağ qaldı
İsmayıllıya dolu yağıb
Bella Hadid yeni İMİCDƏ-FOTO
Çiyələkli dondurma (foto resept)
Bu xəstəliyə diqqət!
Gənc anaların nəzərinə!
İNANILMAZ OLAY: 3 ay ölü ananın qarnında yaşadı, sonra... FOTO
Stiven Siqal Qubernator olmaq istəyir-FOTO
Qızıl xərçəngi müalicə edir
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Ətir təəssüratı
Payız üçün ən yaxşı üst geyimləri
Silvestr Stallonenin ölüm xəbəri yayıldı
BÜRCLƏR bizə nə vəd edir?-11 Avqust
Tez qırılan saçlar üçün 3 maska
Klassik mətbəx dekorasiyası
Dəbli geyim nümunələri
İrem Dericidən qəribə paylaşım
Balıq sırdağı (foto resept)
Bu adaya gələnlər yoxa çıxır
"Ah Karabağ"mahnısının müəllifi Başkal Azərbaycana gəlir
Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini - “Forbes” açıqladı
Günün ulduz falı
Çin - sivilizasiyanın mərkəzi
Azərbaycana qar yağacaq