Bakıda hava 10°
USD AZN
EUR AZN
15:24PERI qurtardi hec dincelmedik ama 15:12aysel hesenli Hamiya salam 15:11aysel hesenli Payiz tətili de qutardi 10:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41133

BÜRCLƏR bizə nə vəd edir?-6 Noyabr

BÜRCLƏR bizə nə vəd edir?-6 Noyabr


Qoç - müsbət tendensiyaların təsiri o qədər də güclü olmasa da, qarşınıza qoyduğunuz məqsədə çatmağınıza mane olmayacaq. Amma bu da elə asan başa gəlməyəcək. Əlbəttə, bu, sizi qorxutmur və ancaq ruhlandırır, sizin tərəfdaşlarınız və iş ortaqlarınız isə şəraitə başqa cür yanaşırlar. Onlara da dəstək olmağa və ruh yüksəkliyini artırmağa çalışın.
Xəstələnə bilərsiniz, özünüzü gözləyin. Çox işləmək bu gün sizə ziyandır. Günün ikinci yarısına planlaşdırdığınız səfərlər gözlədiyinizdən daha uzun çəkəcək, amma eyni zamanda lazımi nəticəni əldə edə bilməyəcəksiniz.

Buğa - bu gün risk etməyə meyllisiniz. Əlbəttə, bu, çox cəlbedicidir, amma unudursunuz ki, bu, həm də təhlükəli ola bilər. Ehtiyatı nə qədər tez-tez yada salsanız, problemlərinizin sayı bir o qədər az olar. Düzdür, bəzi Buğalar çətinliklərin olmaması səbəbindən darıxa da bilərlər: hansısa maneəni dəf etmək həvəsi çox güclüdür.
Şəxsi münasibətlərdə yenilik istəyi güclənir, siz çılğın ehtiras, parlaq emosiyalar axtarırsınız. Bir çox Buğalar qeyri-müəyyən istəkləri səbəbindən düşünülməmiş hərəkətlər edirlər. Sonra peşman olmaq ehtimalı isə çox böyükdür.

Əkizlər - nə ilə məşğul olursunuz olun, amma bircə tələsməyin, çox xırda, amma böyük və xoşagəlməz nəticələri olan səhvlər edə bilərsiniz. Bundan başqa, pis təsir altına düşə bilərsiniz. Nəyə nail olmaq istədiyiniz barədə tez-tez özünüzə sual verin.
Çox maraqlıdır ki, sizi heç tanımayan bir insanla daha tez dil tapırsınız, nəinki yaxınlarınızla. Amma havayı yerə ümidlənməyin: söhbət əsl ahəngdarlıqdan deyil, təsadüfi anlaşmadan, əhval-ruhiyyənin üst-üstə düşməsindən gedir.

Xərçəng - bu, sizin gününüzdür. Əlinizə düşən imkandan istifadə edərək hansısa vacib və mürəkkəb bir layihənin üzərində işləməyə başlaya bilərsiniz: öhdəsindən gəlmək asan olacaq. Öz rəhbərliyiniz və yaxuld dövlət təşkilatlarının nümayəndələri bu gün sizdən dəstəklərini əsirgəmirlər və işlərinizin çoxu da ona görə alınır ki, işiniz düşən insanların sizə rəğbəti var.
Şəxsi həyatınızda yaxşıya doğru xeyli dəyişikliklər mümkündür. Tənhalar axşam qonaqlığa dəvət aldıqları, yaxud da bir ziyafətdə iştirak etdikləri təqdirdə orada maraqlı biri ilə tanış olmaq imkanı qazanacaqlar.

Şir - həm özünüzlə, həm ətrafınızla barışmısınız, bu isə bir çox problemlərin həllini asanlaşdırır. Çox maraqlı işgüzar təkliflər almağınız mümkündür, onları uzun müddət düşünmədən qəbul edə bilərsiniz. Ezamiyyətə yollanmaq olar, əcnəbi iş ortaqları ilə danışıqlar əla keçəcək.
Təşkilati bacarıqlarınız artıb. Əgər dostlarınız üçün bayram, ailə şənliyi, yaxud qeyri-adi romantik görüş hazırlamaq lazımdırsa, özünüzü irəli verin: hər şey əla alınacaq. Masaj salonuna baş çəkib istirahət etmək məsləhətdir.

Qız - bəxtiniz gətirmir. Başladığınız işlər, gözlədiyinizin əksinə olaraq mürəkkəbləşir, bir çox vacib məsələlərin həlli qeyri-müəyyən müddətədək təxirə düşür. Rəhbərliklə fikir ayrılıqları mümkündür. Bəzi "bəxtiqara" Qızlar isə iş yerlərini dəyişmək barədə fikirləşməli olacaqlar.
Yaxınlarınızla münasibətləriniz isə əladır. Evdə sizi anlayır və dəstəkləyirlər. Hətta yaxşı heç nə gözləmədiyiniz insanlar da bu gün gözlənilmədən sizin tərəfinizə keçəcəklər. Amma əslində, bu barədə bir qədər fikirləşsəniz, yaxşı olar: bu adamların niyyəti nədir?

Tərəzi - enerjiniz bir qədər azdır, tez yorulursunuz. Odur ki, vacib və təcili işlərinizi günün birinci yarısına planlaşdırın. Görüşlər üçünsə axşam daha məsləhətlidir, bu dövrdə hətta sizi tanımaq belə istəməyən şəxslərlə dil tapıb razılığa gələ bilərsiniz.
Yaxınlarınızla fikir ayrılıqları mümkündür, ehtimal ki, dəyərsiz xırdalıqlara görə dava-dalaş edəsiniz. Təəssüf ki, yumor hissiniz bu gün kütləşib, söhbəti zarafata çevirmək alınmır.

Əqrəb - yaxşı olar ki, bu günə heç bir vacib iş planlaşdırmayasınız. Bu gün ulduzlar sizi dəstəkləmir və yalnız öz gücünüzə arxalanmalı olacaqsınız. Həmkarlarınızla fikir ayrılıqları, rəhbərliklə mübahisələr ola bilər. Ağzınızdan çıxanı "bişirin": tikanlı sözlərinizin və ya yersiz zarafatınızın nəticələri barədə fikirləşmirsiniz.  
Qohumlarınızla birmənalı yanaşmadığınız bir məsələni müzakirə etməli olacaqsınız. Sizin ünvanınıza ciddi tənqid səslənir. Amma rəyi sizin üçün çox əhəmiyyətli olan insan sizin tərəfinizdə olacaq.

Oxatan - istənilən danışıqlar bu gün rahat keçir. Heç sevmədiyiniz insanlarla ünsiyyət, nə qədər qəribə olsa da, adəti üzrə olduğu kimi xoşagəlməz deyil, əksinə faydalıdır. Yaradıcı planlarınızı həyata keçirməyə başlaya bilərsiniz. Təhsil alanları humanitar fənlər üzrə böyük uğurlar gözləyir.
Yaxınlarınız sizin ardınızca çatdırmırlar, artıq həll edilmiş saydığınız məsələlərə dəfələrlə qayıtmalı olursunuz. Bir çox Buğaları bu, həddən artıq qıcıqlandıracaq. Şəxsi münasibətlərdə bundan savayı problem yaşamayacaqsınız. Uşaqlarla da asan dil tapacaqsınız.

Oğlaq - bəxtiniz gətirir, həm də çox. Uzun müddət gücünüzün yetmədiyi işlərin öhdəsindən bu gün asanlıqla gəlirsiniz. Üstəlik, həyatsevərliyiniz və entuziazmınız "yoluxucudur", bu isə o deməkdir ki, tezliklə yanınızda özünü sizdən ötrü fəda etməyə hazır insanlar peyda olacaqlar.
Evdəki dəyişikliklər üçün də uğurlu gündür. Mənzili təpəsiaşağı çevirmək lazım deyil, mebellərin yerini azacıq dəyişsəniz, yenilik əhvalını həmən hiss edəcəksiniz. Alış-veriş üçün də uğurlu gündür.

Dolça - hadisələrin gedişi bir qədər ləngiyir, bu isə sizi heç də sevindirmir, axı tezliklə qələbənizi bayram etməyi planlaşdırırdınız. Bir az səbr edin. Şəraiti "sındırmağa", qəfil dəyişdirməyə cəhd göstərməyin, çalışın, hətta bəzi şeyləri qurban verməli olsanız da, situasiyaya uyğunlaşasınız. İstənilən qəti hərəkət və ətrafınızdakılara təzyiq göstərmək qətiyyən məsləhət deyil.
Maliyyə vəziyyətiniz pis deyil, pul və qiymətli hədiyyələr ala bilərsiniz. Bir çox Dolçalar iri əşyalar alacaqlar.
 
Balıqlar - uğurlu gündür, enerjiniz, özünüzə inamınız, qətiyyətiniz çoxdur. Bunun sayəsində yığılıb qalan problemləri həll etmək, sizə qarşı olan qüvvələrə qarşı (bunlar günün ortasında daha da güclənəcək) vuruşmaq asan olur. Səhhətinizlə bağlı və kosmetoloji prosedurlar faydalı olacaq. Əgər bu gün qayğınıza qala bilsəniz, uzun müddət özünüzü yaxşı hiss edəcəksiniz.
Günün ikinci yarısı isə vəziyyət dəyişəcək. Yaxınlarınızla ümumi dil tapmaq çətinləşəcək, hətta həmişə əla anlaşdığınız birilərilə mübahisə etməniz mümkündür. Ancaq intuisiyanızın köməyilə bu çətin situasiyadan çıxa, münaqişələrdən qaça bilərsiniz

Səslərin sayı: 0
0
37
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 15:28 - Müəllif: PERI
    Məşhur müğənni ərə gedir (2)

    Məşhur müğənni ərə gedir

    Türkiyəli müğənni Zeynəb Bastık sevgilisi Tolqa Akış ilə nikah masasına oturacaq.
  • Başqalarının aurasını oxuya bildiyinizi göstərən 6 xüsusiyyət

    Başqalarından gələn müsbət və ya mənfi titrəyişləri hiss edirsinizsə, sehrbaz deyilsiniz və heç bir şey "ixtira etmirsiniz", narahat olmayın. Həqiqətən hamımızın içindən enerji axını axır, bu da yaxşı və pis ola bilər.
  • Yalnızlıq hissindən necə xilas olmalı?

    Yalnızlıq hissi, fiziki olaraq yalnız olmaqdan qaynaqlanır. Beyin, ağrı və təhlükələrə diqqət etmək üçün dizayn edilib. Ona görə yalnızlıq hissi diqqətimizi çəkir. Ürək sıxılması kimi üzünü büruzə verir. Həddindən artıq reaksiya vermədən onu qəbul etməyi öyrənin.
  • 15:23 - Müəllif: PERI
    2020-nin trend saç rəngləri (1)

    2020-nin trend saç rəngləri

    Serialdan tanıdığımız Sansa Stark obrazının adı ilə məşhurlaşan bu rəng, 2020-ci ildə trendlər arasında varlığını davam etdirəcək. İsti tonları ilə sizi daha canlı göstərəcək, gözəlliyinizi ortaya çıxaracaq.http://qadin.net/index.php?newsid=99172
  • Qara nöqtələrlə necə mübarizə aparmalı?

    Qabın içinə yeni qaynatdığınız suyu tökün, böyük dəsmal köməyi ilə başınızı örtərək üzünüzü buxara tutun. Üzünüz yanmağa başladıqda fasilə edin. Sonra yenə üzünüzü tərlədin. Buxar məsamələri açacaq, qulaq təmizləmə çöpü ilə qara nöqtələri təmizləyə biləyə bilərsiniz.
  • 15:20 - Müəllif: PERI
    Hadise 1 ayda 6 kq arıqladı-FOTO (2)

    Hadise 1 ayda 6 kq arıqladı-FOTO

    Son zamanlar fit görüntüsü ilə diqqət çəkən türkiyəli müğənni Hadisə bir ayda 6 kilo arıqlayıb.
  • Məşhur modelyer həbs oluna bilər-SƏBƏB

    Onun 5 ilədək həbsi istənilir.
  • 200 manatla başladı indi milyonerdir-FOTO

    Evinin mətbəxində "Talliah Rose" adlı marka yaradan Gordonun geyimləri böyük maraqla qarşılanır.
  • Azərbaycanda bu kanalın yayımı dayandırıldı

    Bu gün səhər saatlarından etibarən "ARB Ulduz”un peyk vasitəsilə yayımı dayandırılıb.
  • Qara nöqtələrlə necə mübarizə aparmalı?

    Maskanı üzünüzdə 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə üzünüzü durulayın
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )