Bakıda hava 12°
USD AZN
EUR AZN
14 noyabr 14:06Surayye Canim uzulme dersini oxu imtahanini ver men qacmiram
41123

Brauni keks (foto-resept)

 

Tərkibi:

2 ədəd yumurta

12 y/q un (1 su st)

4 y/q kakao

8 y/q kərə yağı

2 y/q damla şokolad

16 y/q toz şəkər (1,5 su st )

1 ç/q qabartma tozu

1 ç/q darçın

yarım su st döyülmüş qoz

istəyə görə 2 ç/q  vanilya və şəkərli vanilin

 

Bəzəmək üçün

hazır şokolad sousu və ya kakaolu pudinq

Şəkər, qoz və ya fındıq

Brauni keks (foto-resept)

Hazırlanması:

Un, darçın, qabartma tozu və vanili qaba əlavə edin və qarışdırın. 

Kərə yağını kiçik sous qazanın içinə qoyaraq kakao və damla şokoladları əlavə edin. Şokoladlar xəfif əriyənə qədər aşağı dərəcədə qarışdırın və tavanı qazın üstündən götürün.

Yumurta, toz şəkər, vanili dərin qabda çırpın, (toz şəkər əriyənə qədər), un və kakaolu qarışımı qaba əlavə edərək qarışdırın.

Qarışımı keks qəliblərinə tökün.

175 dərəcədə əvvəlcədən isidilmiş sobada təxminən 20 dəqiqə bişirin.

Soyuduqdan sonra şokoladlı kremi çəkin və bəzəyin.

Brauni keks (foto-resept)

 

Səslərin sayı: 0
1
399
loading...
Şərhlər
Offline
Surayye
vŞakaladi sevirəm də. Supperdi
31 oktyabr 2019 14:45
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )