Heyif
Heyif o gözlərə o baxışlara,
Özgə birisinə baxacaq həmən.
Heyif o ilahi qövsi qaşlara,
Sınacaq kədərli düşüncələrdən.
Heyif o alovlu ötən çaglara,
Uçan yad budağa tez qonacaqdır.
Heyif gülə bənzər o dodaqlara,
Özgə bir dodağa toxunacaqdır.
Gülüm heyif sənə, yazıqlar mənə,
Qoruya bilmədim məhəbbətimi.
Özüm bilə-bilə verirem yenə,
Özgə birisinə səadətimi...
Mənim dostlarım
Mən öz çarpayımın baş tərəfindən
Asmışam dostlarla birgə şəklimi
Seyr edib həsrətlə hər gün onları
Çırpınır, çırpınır könlüm quş kimi
Məni qınamayın, bu sadə şəkil
Bu evdə hər şeydən əzizdir mənə.
Hər ona baxınca qonaq gedirəm
Ömrümün ən əziz, xoş illərinə.
Sevimli, mehriban müəllimlərim
Odur, sıra ilə başda düzülmüş.
Kimisi zilləmiş baxışlarını
Kimisi bir azca qımışıb gülmüş.
Oturmuş dostlarım, dərs yoldaşlarım
Aşağı cərgədə budur yan-yana.
Onlara baxdıqca düşünürəm mən
Böyük bir aləmdir bu hal duyana.
Bəli, bu qayğısız, bu şən uşaqlar
Bir vaxt bir sinifdə oxuyardılar.
Eşqi, həvəsləri, arzuları bir
Hər şeyi bir görüb, bir duyardılar.
İndi səpələnmiş onlar hər biri
Geniş vətənimin bir guşəsinə.
Arzular, diləklər başqalaşsa da
Bir məqsədə gedir hamısı yenə.
Hərdən görüşəndə yoldaşlarımla
Məktəb illərini yad edirik biz.
Bu ani söhbətdə məktəb zənginin
Yeknəsək səsini eşidirik biz.
Mənim ən mehriban can sirdaşımdı
Bax, bu qıraqdakı, bu nazik oğlan.
Həmişə bir yerdə hazırlaşardıq.
Qardaş bilərdilər bizi çox zaman.
Yamanca sevərdi o təbiəti
Yaylarda dağlardı onun məskəni.
İndi aqronomdur uzaq bir kənddə
Hərdənbir məktubla yad edir məni.
Bu isə çevikdi, çox diribaşdı.
İdman oynamaqdı onun peşəsi.
Könüllü orduya yazıldı axır.
Gəldi döyüşlərdən bir zaman səsi.
Bu isə, bu isə bütün ölkədə
İndi ən tanınmış bir bəstəkardır.
Şirin nəğmələri dillər əzbəri
Ölkəmizdə böyük şöhrəti vardır.
Ey mənim dostlarım, dəyişmiş bütün
Əvvəlki hissimiz, əqlimiz artıq
Dünən hər şey üstə küsən, barışan,
Uşaqlar deyilik indi biz artıq.
İndi siz nə qədər ucalsanız da
Mən demirəm hər gün, barı bir kərə
Baxınız, baxınız bu şəkildəki
Başınız üstdəki müəllimlərə.
Bizdən çox ucadır onların yeri
Dostlarım, nə qədər ucalsaq da biz.
Hər zaman onların şagirdləriyik
Sabah onlar kimi qocalsaq da biz.
Bəxtiyar Vahabzadə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Vəng kəndi bundan sonra Çinarlı andlandırılsın - Prezident
QİÇS nədir?
Kəbədə dezinfeksiya işlərinə başlanılıb - FOTO/VİDEO
Akademik Zərifə Əliyeva adına liseydə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağı açıldı
“Bu gün yeni dövr başlayır”
Kəs və yapışdır-3
Bakıda İlk Avropa Oyunları başlandı
İnternat uşaqları üçün tədbir olacaq
Mikroskopla çəkilmiş şəkillər
Bütün proqnozları doğru çıxan professordan İDDİA: ABŞ-ın yeni prezidenti O OLACAQ
1 günə 2 kiloqram arıqladan detoks
Məşhur aktyordan gözlənilməz etiraf
Komada olan qadın uşaq dünyaya gətirdi-FOTO
Sevinc və güc hərəkətdədir
Nüsrətin duzsəpmə hərəkəti onun həbsinə SƏBƏB OLDU - FOTO
“Ermənilər saçlarımdan tutub sürüyəcəklərini deyirdilər”
Günün qoroskopu:İmkanlardan yararlanmağı bacarın.
Azərbaycanda koronavirusa yoluxmanın ən yüksək olduğu yerlər açıqlandı - SİYAHI
Teleradio yayımı ilə bağlı MÜHÜM QƏRAR
Bülent Ersoy 20 kq-lıq paltar geyindi-FOTO
Azərbaycanda ərzaq qıtlığı yarana bilər? - RƏSMİ AÇIQLAMA + VİDEO
Yayda koronavirusla mübarizədə yol verilən səhvlər
Doğru bildiyiniz səhv məlumatlar
Zelenskinin oğlu koronavirusa yoluxdu
Elman Rüstəmov: "Əmanətçilər üçün bu gün..."
Ağac olan kitab
Evdə təhlükəsiz pilates üçün .....
2020-nin ən məşhur çantaları
Azərbaycanda daha 65 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Quzu budu (foto resept)
"ASAN xidmət" bu gündən "kupça" verməyə başlayır
Yağış, sulu qar, qar - Sabah da
Sürətli gəzişi sınayın
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Köhnə telefonların harada istifadə olunduğunu bilirdiniz?
8 Mart imtahanına hazırsınız?
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Hərbçilərimiz güclərini belə sınadılar
Kaş mənim olardın
Türkiyə üçün böyük TƏHLÜKƏ: 7.4 ballıq...
Dubayda hava taksiləri istifadəyə veriləcək
Fevral ayında ulduzlar bizlərə nələri vəd edir?
Ölümün bir addımlığında: Beyin travması
Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırıldı
Kişilər aşiq olarsa
Dəhşətli rekord vurdu
Sovet dövrünün Moskvası: xarici turistin gözləri ilə
Prezident: “Ermənistan rəhbərliyində nə ağıl var, nə mənəviyyat”
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər - SİYAHI
Ən yaşlı qadın öldü