Bakıda hava 13°
USD AZN
EUR AZN
09:07Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 08:37Sima sureya derslere basim qarisib can 08:37Sima sabahiz xeyir haminizin
41122

"Qədrimi bilmədi bu adam mənim" Ramiz Rövşən

 

QƏDRİMİ BİLMƏDİ BU ADAM MƏNİM

"Qədrimi bilmədi bu adam mənim" Ramiz Rövşən

Bilmirəm, hayandan tapdı ömrümü,

Bir dəli at kimi çapdı ömrümü,

Dağlara, daşlara çırpdı ömrümü,

Qədrimi bilmədi bu adam mənim,-

İlahi, al məni bunun əlindən!

İlahi, kaş məni bu yer üzündə

Bir özgə adama tuş eyləyəydin,

Lap məni adam yox, quş eyləyəydin,

Lap belə bir qara daş eyləyəydin,

Meni bu adama sən necə qıydın,-

İlahi, al məni bunun əlindən!

Al məni, ver məni, özgələrə ver,

Sınıq aynalara, güzgülərə ver,

Bölünüm, yüz tikə, min tikə olum

Bu adam üzümə baxa bilməsin.

Məni aynaların qırıqlarından

Toplaya bilməsin, yığa bilməsin.

Bölünsəm, dərdim də bölündü bəlkə,

Hər dərdim yüz tikə, min tikə oldu.

Bir dərdim qalmadı özömdən yekə,

Bütün dərdlərimdən mən yekə oldum.

Bu yerin üstündə, göyün altında

Bölünsəm, hər tikəm bir yana düşsə,

Haçansa, kefinin xoş saatında,

İlahi, təzədən yadına düşsəm,

Təzədən toplasan qırıqlarımı

Sınıq əllərimi, ayaqlarımı,

Ağzımı, burnumu, qulaqlarımı,

İlahi, təzədən calasan məni,

dünyanın ən gözəl güzgüsü ollam.

Təzədən dünyaya yollasan məni,

Bu adam olmaram, özgəsi ollam,

İlahi, al məni bunun əlindən!...

 

Ramiz Rövşən

Səslərin sayı: 0
0
763
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!