Yurdum, sənin sağlığına
Bir məclisdə unuduldum,
Mey içdilər hər gələnin sağlığına,
Hər gedənin sağlığına.
Yaxasına qonduğumuz mavi gölün sağlığına,
Mey gətirən şux gözəlin sağlığına.
Güldandakı qızıl gülün sağlığına,
Xoş qədəmli ayın, ilin sağlığına
Unuduldum.Nə tutuldum, nə pərt oldum,
Pıçıldadım öz-özümə - Xəlil, sənin sağlığına!
Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!
Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!
Qibtə etsin qoy dan yeri saçlarının
təkəm-seyrək ağlığına,
Ey dost, sənin sağlığına!
Otuz illik döyüşündə bir əsrlik yol keçdin sən,
Basılmadın, sarsılmadın.
Heç bir zaman qoltuqlara qısılmadın.
Şax yeridin öz yolunla, düz yolunla!
Mən heyranam sənin qaya dözümünə, dağlığına.
Dodağıma sıxa-sıxa piyaləni,
İçirəm bu şəlaləni, könlüm, sənin sağlığına!
Dost, ya düşmən görüşünə bircə an da gecikməyən,
Heç bir zaman xəstələnməz,
Ruhu enməz, əhdə sadiq, beyni yanar, qəlbi qaynar
Bir oğul var - Xəlil, sənin sağlığına!
Sən elə bir qartalsan ki, qalxmağın var, enməyin yox.
Sən elə bir ocaqsan ki, yanmağın var, sönməyin yox.
Sən elə bir yolçusan ki , məsləkindən dönməyin yox,
Tərif, çələng paylananda susmağın var, dinməyin yox.
Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,
Cahanda beş oğul varsa, sənsən biri, Xəlil Rza!
Şerimizin xoş taleyi, ağ baxtısan,
Döyüşkənmi deyim sənə, sən döyüşlər paytaxtısan!
Heç bilmirəm əfv elərmi dostlar məni?
Mən ötdüm bu təranəni, bürüyərkən vüqar məni.
Elim-günüm, səsim-ünüm,
Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
Öz sağlığım bəhanədir, yurdum, sənin sağlığına!
Xəlil Rza Ulutürk
XƏBƏR LENTİ
İŞİD-a qarşı sərt plan
Yeni şəbəkə hazırlanır
Hamilələrin diqqətinə! Uşağın qız olacağını göstərən 20 ƏLAMƏT
Bakıda "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" keçiriləcək
Yeni il şənliyi üçün geyim dəstləri
Kosmosdan gələn siqnalları kim göndərir? - Alim rəyi
QMİ Ramazan ayının başlanması ilə bağlı fətva verdi
Prokurorluq əhaliyə müraciət etdi
Bakıda anomal şaxtalar gözlənilir
Bakının bir ay bağlı qalacaq yolları
Xoşbəxtlik vaxtsız ölüm riskini azaldaraq ömrü uzadır
Marsda qeyri-adi tapıntı - VİDEO
Beyazın"O səs Türkiyə"dən alacağı pul açıqlandı
Aleyna 158 minə avtomobil aldı-FOTO
Bakının mərkəzində "yenilik": axı belə istəmirdik
Günün qoroskopu: təkbaşına, müstəqil şəkildə çalışın
Gözəl saçlar
Lukaşenko yeni seçkilərin ANONSUNU VERDİ
Stil ikonu kimdir?
Jhoot Bole Kauva Kaate
Bu körpənin beyni burnundadır
11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticəsi elan olundu
"Seyyid", "Mir", "Ağa" sözlərinin mənası nədir?
Kişilər üçün ondan yaxşısı?
Ölərkən "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyən azərbaycanlı
Bakıda sürücülərə şad xəbər
Xınalığa gələn turistlərin sayı azalıb
"Fənərbağça"nın əfsanəsi qayıdır
Evdə hazırlanan maskalar
Milyarder kosmosa uçmağa hazırlaşır - 5 ay sonra
Toyuqlu plov (foto resept)
Ulduzlar haqqında yumor
Yastıq deyib keçməyin
Alma səndən küsməsin
Tikinti zamanı 20 əsrlik tabut tapıldı
Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı VACİB QƏRAR
Facebook-dan kobud səhv - İstifadəçilərin ölüm xəbərini yaydı
"Eurovision" Ermənistanın təxribatına münasibət bildirdi
70-ci illərdə saç və geyim tərzi
“Cücələrim”in bəstəkarının ad günüdür
Dondurulmuş balıq alanlar - ehtiyatlı olun
Bu gün Suriyaya sülh gələcəkmi?
Məşhur serial FİNAL edir-FOTO
HAVA necə olacaq?- 16 MART
İkili münasibətlərdə dəyərinizi bilin!
Türkiyənin baş naziri Binali Yıldırım olacaq?
Dünyada ilk olan unikal əməliyyat Azərbaycanda baş tutdu
Mən böyüyəndə...
Dünya azərbaycanlıları birləşəcək