Bakıda hava 14°
USD AZN
EUR AZN
08:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41128

Professor təhlükəli olan qidaları AÇIQLADI

Professor təhlükəli olan qidaları AÇIQLADI


İspaniyalı alimlər "hər şeydən yeyin, amma qədərində" ifadəsinin səhv olduğu qənaətinə gəlib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, ispaniyalı dietoloqlar ümumiyyətlə, bəzi məhsulları evdə saxlamamağı məsləhət görüb.

İspaniyalı ekspertlər “az miqdarda və yalnız bayramlarda" da yeyilməməli olan məhsulların siyahısını tərtib edib. “La Vanguardia”nın məlumatlarına əsasən, atılacaq ilk məhsul rəfinə edilmiş undan hazırlanan məmulatlardır. Onun istifadəsi qanda şəkər səviyyəsinin artmasına səbəb olur, bu isə sonradan diabetə gətirib çıxara bilər.

Dietoloqlar hər gün xəstələrin gündə bir qədəh şərab və ya pivənin sağlamlığa faydalı olması inancına da münasibət bildirib. Sağlam qidalanma üzrə ispaniyalı ekspert və Kastellondakı Gasma məktəbinin professoru Pilar Eskerin sözlərinə görə, bu inanc nəinki səhvdir, hətta əsl vəhşilikdir.

Maraqlıdır ki, zərərli məhsulların siyahısına bizə mağazalarda faydalı, yağsız, şəkərsiz və yüngül adı altında sırınan qablaşdırılmış məhsullar da daxildir. Belə məhsullar yüksək kalorili olaraq qalır (qatqı maddələrin hesabına), eyni zamanda qidalandırıcı deyil və bir neçə saatdan sonra yenidən aclıq hissi yenidən baş qaldırır. Odur ki, bu siyahıya yağsız süd və süd məhsulları da daxildir.

Mütəxəssislər onu da əlavə edib ki, kolbasa və digər ət konservlərini də almamalısınız. Burda təbii ət ən yaxşı halda 5 faizdir, qalan hissəsini nişasta, iştah artırıcı və digər qatqı maddələri təşkil edir. Dietoloqlar kolbasa və sosiska kimi məhsulları ev paşteti, yumurta və digər ev yeməkləri ilə əvəz etməyi məsləhət görürlər.

Reklamda göstərilən dənli bitkilərdən hazırlanan peçenye ilə səhər yeməyi də faydalı deyil. Dietoloqların sözlərinə görə, onlar günə başlamaq üçün ideal deyil:

“Bunlar asılılıq yaradan çox dadlı qidalardır və bu, pəhrizin keyfiyyətinin xeyli pisləşməsinə səbəb olur”

Səslərin sayı: 0
1
212
loading...
Şərhlər
Offline
Iceberg
Professor təhlükəli olan qidaları AÇIQLADI
21 oktyabr 2019 17:32
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )