Bakıda hava
USD AZN
EUR AZN
16:04Xəyalə Murad Şükür, Fəridə xanım. Mən yaxşıyam. Xoş gəlmisiz 12:42Feride Xeyale xanim necesiz? 09:54Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41140

HAVA necə olacaq?-20 Oktyabr

HAVA necə olacaq?-20 Oktyabr


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.

Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17° isti, gündüz 21-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti təşkil edəcək.

Səslərin sayı: 0
0
59
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )