Oktyabrın 18-i Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib.
Qadin.Net axşam.az-a daxil olan məlumata görə, 2020-ci ilin yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb.
Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib.
Qeyd olunub ki, sözügedən qaydalara əsasən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq öz fəaliyyətlərini 2020-ci ilin 1 yanvar tarixindən etibarən təşkil etməlidirlər.
Görüşdə enerji içkilərinin saxlanma və daşınması ilə bağlı qaydalarda şərtlərin müəyyən edildiyini bildirən agentlik sədrinin müşaviri Elxan Mikayılov bu şərtlərə əsasən növbəti ilin yanvar ayının 1-dən etibarən enerji içkilərinin soyuq zəncirə daxil ediləcək və 0°C – 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət ediləcəyi barədə məlumat verib.
Bununla yanaşı bildirilib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.
Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşı çıxış edərək sözügedən qaydaların hazırlanması məqsədilə yaradılmış elmi komitə və oraya üzv olan müvafiq qurumlar və aparılan araşdırmalar barədə geniş məlumat verib.
Bununla yanaşı sahibkarlıq subyektlərinə müraciət olunaraq, Agentliyin ölkədə qida təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədqiqatlarda, elmi araşdırmalarda və müzakirələrdə yaxından iştirak etməyə və AQTİ ilə sıx əməkdaşlığa dəvət olunub.
Görüşdə “Bizon”, “Jaguar”, “Go”, “Strong”, “Burn”, “Monster”, “Hazzard”, “Full”, “Atom”, “Jara”, “Berg Skyline”, “Berg Extreme”, “RedBull”, “Hell”, “King Legend”, “Bomba”, “Redbull”, “Hell”, “28 Black”, “Carabao original”, “Boost”, “Dragon”, “İnfinity”, “Carabao” və “Monster” əmtəə nişanlı enerji içkilərinin idxalı və istehsalı ilə məşğul olan 30-a yaxın sahibkarlıq subyekti iştirak edib
XƏBƏR LENTİ
"Hər bir belə hadisə bizim üçün faciədir"
İdeal insanın həyat prinsipləri
Yaşıl çayın zərəri
Ailəmizin hüququnu necə qoruyaq?
Şokoladlı bananlı keks (foto resept)
Koronavirusla bağlı son STATİSTİKA
Bu gün yeni əsginaz dövriyyəyə buraxılır
Məşhur müğənninin ağciyərləri sıradan çıxdı-SƏBƏB
Şüşə mayedir
Azərbaycanın tanınmış alimi vəfat etdi
Mug keks ( foto-resept)
Rusiyanın qurduğu tələ
Dağ kəndindəki uşaqlar M.Qorkinin kitabına qovuşdu
Dəri qaşıntılarının altında yatan səbəblər
Qeyri-adi faktlar
"Heydər Əliyev Mərkəzindəki "Həyat, ölüm və gözəllik" sərgisi fantastik fürsətlər yaradıb"
Verdiyi sualla oğrunu çaş-baş qoydu - VİDEO
Radamel Falkao Beylin rekordunu qıracaq?
Acunu məhkəməyə verdi-SƏBƏB
İdman zalları niyə açılmır? - RƏSMİ
Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada koronavirusa yoluxanların sayı 600 mini ötdü
Dəhşətli virus Azərbaycanın bir addımlığında
Dünyanın ən hündür hava limanı-FOTO
Hava haqqında
Yanvarın 1-dən Votsap bu telefonlarda işləməyəcək
Bu gün 11-ci sinif şagirdləri buraxılış imtahanı verir
Azərbaycan qadınları Orduya yazılır
Qozlu krem(foto resept)
Dünyanın ən bahalı retro maşınları Bakıda
BMT-nin məhkəməsi Perunun ərazi iddiasını təmin edib
Hamilə qadınlar hansı geyimləri almalıdır?
Azərbaycan və Rusiya DİN-lərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə işçi qrupunun iclası keçirildi
Erməni fəal: “Bir müttəfiqimiz ola bilər - bu, qonşu Azərbaycandır”
Quru xəlilə
Hava haqqında
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Sevgi nədir?
Sentyabradək 6 yaşı tamam olmayan uşaqlar I sinfə götürüləcəklərmi?
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Uşaqlar üçün pizza (2 yaş)(foto-resept)
Uşaqlarla əylənməyin yolları-1
Balaca modabazlar
Gəncənin tramvayları belə olacaq
Pəhləvanlarımız 10 medal qazandılar
Seks ürəyi qoruyur
Facebook elektron pul xidmətinə başlayır?
15 yaşlı azərbaycanlı girov geri qaytarıldı
Qırışlar niyə yaranır?
Qeyri-adi yaradıcılıq nümunələri