Bakıda hava 11°
USD AZN
EUR AZN

Qustav Flober "Madam Bovari"

 

Qustav Flober "Madam Bovari"

Bu günlərdə realizmin ilk nümunələrindən biri, klassik dünya ədəbiyyatına Fransız töhvəsi olan, Qustav Floberin “Madam Bovari” əsərini oxudum.

Romanda qoyulan məsələ olduqca həssas və realdır. Xəyalında qurduğun həyatla, yaşadığın həyat arasında dərin bir uçurum hiss edirsənsə və bu hiss günlərini işkəncəyə çeviribsə deməli sən də “bovarizm” sindromu daşıyıcısısan...

Əsərin qəhrəmanı konkret olaraq Emma  görünsə də, fikrimcə, müəllif onun simasında 19-cu əsrdə özünü büruzə verən xəyallarla real həyat arasındakı müvazinəti qura bilməyən, oxuduğu romanların təsiri ilə formalaşan psixologiyası əlindəki hər şeydən narazı qalmağına səbəb olan  insanları hədəf seçmişdi. Nəticədə psixoloji-ədəbi termin – “bovarizm”in əsası qoyldu.

Hər nə qədər, termin Avropada yaransa da, 19-cu əsr Rus ədəbiyyatı nümunələrində oxşar obrazlara rast gəlsəm də, fikrimcə, müasir zamanda şərq- türk mentalitetində yaşayan qadınların əksəriyyəti bu sindromun daşıyıcısıdır. Özünü içində olduğu heç nəy layiq bilməyən, daxilində yeni bir dünya yaradıb, o dünyanın real olmayan kölgəsində əzilən, arzuladığı həyatla, sahib olduğu həyat arasında çabalayıb duran bovarizm məhkumu qadınlar...bu qadınlar özlərini həmişə reallıqla fantaziya, istədikləri ilə oldiqları arasındakı o boşluqda tapırlar...

Qustav Flober "Madam Bovari"

Emmanın yaşadığı həyatla yaşamaq istədiyi həyat arasında böyük fərq var. Bəs Emma nə istəyir?

Ən başlıcası; diqqət mərkəzində olmaq, seçilmək, işıqlı, parıltılı məclislərdə boy göstərmək, mədəniyyətin, incəsənətin nəbzi atan yerlərdə nəfəs almaq, onların bir parçası olmaq, sevilmək, adi günlərini belə emosianal yüklü keçirmək və s...

Emma səhnənin mərkəzində, işıqların ən gur olduğu yerdə parıldamaq istəyirdi. Amma qismətinə zalın ən kənar, ən qaranlıq küncü düşmüşdü. Həyatının ən xoş xatirəsi, bəlkə də, ömründə bir dəfə getdiyi aristokrat məclisdə iştirakı idi.

Bəs Emma bu boşluğu nə ilə dolduracaqdı? Təbii ki, sevgi macəraları ilə.    

Emma özünü o qədər zərərçəkmiş mövqedə görürdü ki, sanki haqqı olan xoşbəxtliyi onun əlindən alan insanlar ətrafındakılar, əri və başqaları idi. Özünü hər cür macəraya haqlı bilən Emma yaşadığı hər münasibətə ifrat hissiyat yükləyirdi. Emma o qədər sevgi acı idi ki, üzünə gülən, xoş söz deyən hər kəsi həyatına alırdı. Amma Emma əxlaqsız deyildi. Əks halda maddi çətinliyə düşdüyü zamanlar sələmçinin və digər fürsətçilərin “mənalı” təkliflərini qəbul edərdi.

 Floberin romanı bir neçə ssenariyə ilham vermiş, haqqında saysız-hesabsız məqalələr yazılmışdır. Müəllifin fikrincə “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən yaranır.

Əsərdən bəzi hissələri sizinlə paylaşıram:

“Bizim borcumuz möhtəşəm olanı hiss etmək, gözəlliyin qədrini bilməkdir. Daha cəmiyyətin bizə qabırğa etdiyi hər cür biabırçı əxlaq qaydalarını qəbul etmək yox”

<!--[if !supportLists]-->-         <!--[endif]-->“Səyahət xoşbəxtlik gətirmir.

<!--[if !supportLists]-->-         <!--[endif]-->Məgər xoşbəxtlik mövcuddur? – Emma soruşdu.

<!--[if !supportLists]-->-         <!--[endif]-->Bəli, günlərin bir günü ona da rast gəlirsən. “

Qustav Flober "Madam Bovari"


Sizdə elə olubmu ki, hansısa kitabda öz fikrinizə, amma həmin günə qədər heç vaxt düşünmədiyiniz, hansısa aydın olmayan, sanki uzaqdan sizə qayıdan və sizin hisslərinizin ən dolğun ifadəsi olan bir obraza rast gəlmisiz?”

“Kişi, ən azından, azaddır. Bütün coşqun hisslər və ölkələr onun ixtiyarındadır. O, maneələri aşa, ən əlçatmaz həzlərdən dada bilərdi. Amma qadın daima əngəllərlə rastlaşır. Təbiət etibarilə süst, eyni zamanda qıvraq olan qadın zəif cismi ilə qanunlara tabelik arasında ikiyə parçalanmalı olur. İradəsi şlyapasına bağla bənd edilmiş duvaq kimi küləyin ən yüngül hərəkətindən titrəyir, hər zaman hansısa arzu onu özünə çəkir, həmişə hansısa şərtlər onu tutub saxlayır.”

Səslərin sayı: 0
0
794
Digər yazılar
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış