Bakıda hava 21°
USD AZN
EUR AZN
09:38Surayye Qizlarim qizillarim necesiz hardasiz 07:52Xəyalə Murad Hər birinizə xoş istirahət diləyirəm! 07:52Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41077

Alisa Mehmet Ali Erbildən istifadə edir?

Alisa Mehmet Ali Erbildən istifadə edir?


Son günlər türkiyəli şoumen Mehmet Ali Erbil ilə sevgili olduğu söylənilən Alisa Nasya Deniz haqda yeni iddialar ortaya atılıb.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, şoumenin yaxın dostu Tolqa Yüce canlı yayıma qatılaraq Alisanın Erbille sadəcə dost olduğunu bildirib.

"Alisa ilə Mehmet Ali eyni evdə yaşayırlar. Ancaq onların arasında sevgi münasibəti yoxdur. Alisa məşhur olmaq istəyir. Ona görə də, getdiyi hər yerə müxbirləri çağırır. Erbil günlərlə səbr etdi. "Müxbirlərə açıqlama vermə" dedi. Ancaq qız onun sözünü dinləmək istəmir. Alisa sadəcə ondan istifadə edir" deyə, o bildirib.

Alisa isə İnstaqram hesabında bütün iddiaları yalanlayıb. O, şoumen ilə reklam məqsədi ilə birlikdə olmadığını və bu iddialara çox məyus olduğunu dilə gətirib. Gənc qız bundan sonra haqqında yazılacaq əsli olmayan xəbərlər üçün hüquqi yollara baş vuracağını deyib.

Alisa Mehmet Ali Erbildən istifadə edir?


Səslərin sayı: 0
0
30
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış