Məktəblərdə şagirdin təhsili ilə yanaşı, onun sağlamlığı da önəmlidir. Valideyn övladını təhsil müəssisəsinə etibar edirsə və uşaq günün çox hissəsini burada keçirirsə, lazımi şəraitin də yaradılması şərtdir.
Qadin.Net xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Məktəb sadəcə, təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdeh olmalıdır. Bu işdə də əsas yük məktəblərdəki tibbi xidmətin üzərinə düşür.
Dərs müddətində şagird səhhəti ilə bagli bir çox problemlərdə üzləşə bilər.
Şagird: "Dərs vaxtı bəzən başımız ağrıyır, ona görə tibb məntəqəsinə gəlirik, burada bizə dərman verirlər. Bir yerimiz zədələnəndə ilkin tibbi yardım göstərib, yaramızı bağlayırlar".
Qaydalara görə, orta məktəblərdə şagird sayından asılı olaraq tibbi kabinet ayrılmalı, bu sahə üzrə ixtisaslı kadrlar çalışmalıdır. Həmin tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhəl ilkin yardım göstərməlidir.
Ağgün İlyasova - 2 saylı uşaq poliklinikasının tibb bacısı: "Məktəb bizə təhvil veriləndən bugünə qədər çalışır. Səhər tezdən gəlib uşaqlara nəzarət edirik. Xəstə, nasaz uşaqları otağa dəvət edib ilkin tibbi yardım göstəririk".
Amma məktəblərin çox az hissəsində tibbi yardım otaqları yaradılıb. Bəzi təhsil müəssisələrində isə siniflərdə tibbi yardım ləvazimatları saxlanır. İlkin müdaxiləni isə əlacsızlıqdan ya müəllimlər, ya da şagird yoldaşları etmək məcburiyyətində qalır.
Direktor müavini: "Məktəbdə tibb bacısı vəzifəsi yoxdur. Buna görə də mən özüm başda olmaq şərtilə müəllimlərimiz sinif otaqlarında tibbi avadanlıqlar saxlayırıq. Uşaqlar da həmin tibb çantasının yerini bilirlər. İstənilən zaman onlar bir-birlərinə də tibbi müdaxilə edə bilirlər".
Bu imkanlar heç də təhsil müəssisələrinin hamısında yoxdur. Elə məktəblər də var ki, səhhətində problem yaranmış şagirdi maarifləndirici söhbətlə sağaltmağa cəhdlər göstərilir.
Rəşid Nurməmmədov - Oğuz rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi: "Biologiya müəllimlərinin, uşaq birliyi rəhbərlərinin vasitəsilə uşaqları ilk tibbi yardım göstərilməsi istiqamətində bəzi işlər də təşkil edilir. İlkin tibbi yardım edilməs istiqamətində maarifləndirici lövhələrin hazırlanması da prioritet məsələlərdəndir".
Təbii ki, bu kifayət deyil. Ekspertlər bildirirlər ki, tibb bacısı tərəfindən məktəblərdə şagirdlərin sağlamlığı üçün təhlükə yarada biləcək bütqn amillər nəzərə alınıb, tədbirlər gorülməlidir. Bura bufetdəki qidaların istifadə müddətindən, döşəməni silmək üçün istifadə olunan xlorun tərkibinin yoxlanmasına qədər proseslər daxildir.
Ağgün İlyasova - 2 saylı uşaq poliklinikasının tibb bacısı: "Tez-tez siniflərə gedib uşaqlara nəzarət edirik. Qidalarının istifadə tarixinə qədər baxıb, diqqət göstəririk".
Qeyd edək ki, Nazirlər Kabineti "Təhsil sahəsində iaşə və tibb xidmətinin təşkili" qaydalarını təsdiqləyib. Həmin qaydalara görə, ümumtəhsil məktəblərinin binasında tibb otağı ayrılmalı və tibbi xidmət pulsuz həyata keçirilməlidir.
XƏBƏR LENTİ
Arnold Şvarsneggerin həyat qanunları
"Zalım İstanbul" serialına yeni aktyor dəvət edildi-FOTO
Sılanın yeni EŞQİ hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
7 metrlik qanad sahibi quş
Məşhur Bloger Həbs Olundu-SƏBƏB/FOTO
Neslihanın ayrılıq xəbəri yayıldı-FOTO
Yeni KLİPİ 3 milyon dəfə izləndi-VİDEO
Ronaldodan alqışlanacaq hərəkət
40 otaqlı mağara satışa çıxarıldı - FOTO
Necə “aldanırıq” – MARKETOLOQLARIN AДћILLI HİYLƏSİ
Zövqlü ziyafət çantaları
Rusiyada evlənmək və boşanmaq qadağan edildi
Doğruluğun mükafatı
Nə üçün təyyarədə ayaqqabıları çıxarmamalıyıq?
Abort qadağan olunsunmu?
Hind mədəniyyəti - 1
Hamiləlik dövrünün dəmir defisitli anemiyası
Monika Belluçi sevgilisindən ayrıldı-SƏBƏB
Azərbaycanda yollarda vəziyyət necədir?
Televizor, yoxsa smartfon?
Azərbaycanın ürək dərdi
Çingiz xanın qəbri haradadır?
Evdə saç rəngini açmaq üçün 2 təbii üsul
Günün ulduz falı - 18.08.2013
İsveç xəstəxanasından qalmaqallı qərar
Yeni "Terminator"o olacaq-FOTO
Təhsil naziri Emin Əmrullayev “Haber Global”a müsahibə verir - CANLI
Anvelop don modelləri
Alma piroqu (foto resept)
121 illik şəkil gündəm yaratdı - FOTO
Avropa Parlamentinin deputatı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından danışıb
Röya və Nigar "Altın Kelebek" gecəsinə geyimləri ilə DAMДћA VURDU - FOTOLAR
Zəlzələ həyəcanı: tələfata nə səbəb olur?
Hələ belə hədiyyə görünməyib
Geyimdə rəng seçimi
Ermənilər Azərbaycan tərəfə niyə keçirlər?
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Zəmanə dəyişilib yoxsa insanlar?
“İstanbullu gəlin”in başlayacağı gün məlum oldu!
SMS müraciətlərində gecikmələrlə bağlı RƏSMİ AÇIQLAMA
Yeni növ günəş eynəkləri hazırlandı
Qafqaz qorxunc virusun təhlükəsi altında
Havadan ehtiyatlı olun!
Bakıda sürücülərə xoş sürpriz
Pambıqçılığın inkişafı həm də yeni iş yerləri deməkdir
Onun doğru insan olmadığını göstərən 5 işarə
Məryəm Üzerlinin son halı təəccübləndirir-FOTO
Müəllimlərin nəzərinə: İkinci mərhələ başlayır
Rezidenturaya qəbul imtahanı keçirilir
Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri - VİDEO