Bir araşdırma edildiyi zaman hansı cəmiyyətlərdə və hansı insanlarda qadına qarşı şiddətin daha çox olduğu görülür. Şiddəti səbəb-nəticə əlaqələri baxımından qiymətləndirdiyimiz zaman bir nəticəyə gəlmək olar. Qadının cəmiyyətdə imtiyazı nədir? Kişi və qadın insan kimi eyni, lakin bioloji və fizioloji fərqli xüsusiyyətlərə sahibdirlər. Qadına şiddət nəzərdən keçirildiyi zaman zorlama, ənənəvi və regional təsir ağıla gələ bilər. Şiddət davranışının genetik, ailədən keçməsiylə əlaqədar ola biləcəyi kimi, spirt və maddə asılılığı olanlarda daha çox görüldüyü də elmi cəhətdən sübut edilib. Şiddətin qaynağını təyin etmək onun həlli üçün əhəmiyyətlidir. Bir xəstəliyi müalicə etməzdən əvvəl diaqnoz qoymaq və qoruyucu tədbirlər görmək lazımdır. Şiddətin səbəbləri iqtisadi, siyasi, əxlaqi, ailəvi-ictimai, mədəni-psixoloji, bioloji olaraq ayrılmışdır.
Birləşmiş Millətlər Təşkilatının Qadına Qarşı Zorakılığın qarşısının alınması istiqamətində apardığı araşdırmada şiddət belə təyin edilir: ''İstər ictimai, istər özəl həyatda meydana gəlsin, qadınlara fiziki, cinsi, psixoloji əziyyət verən və ya verə biləcək olan hərəkətlərə yol verilməsi və ya bu cür hərəkətlərlə təhdid etmə, zorlama və ya özbaşına olaraq azadlıqdan məhrum etmə''. Bu tərifin mənası və məqsədi insanın insan kimi və İslamın özünə bağlı olmadan yetişdirilməsidir.
Şiddəti doğura biləcək təsirlər içərisində sevgisizlik, alçaltma, davamlı tənqid etmə, qısqanclıq, rədd etmə, lağ etmə, məhdudiyyətlərə istiqamətlənmiş əmrlər, qorxutma, sevdiyi məşğuliyyətdən nəhrum etmə ilə yanaşı, dözümsüzlük, qısqanclıq, söyüş, hörmətsizlik, ruhi narahatlıqlar da sayıla bilər. Qadına tətbiq olunan zorakılıq mövzusunda görülən tədbirlər kafi ola bilərmi? Bu vaxta qədər aparılan işlərin kifayət etmədiyini görürük.
Qadına baxışımız nədir? Görəsən, qadına ülvi düşüncə və baxışla baxa bilirikmi? Qadına qarşı şiddəti yalnız qanunla önləməyə çalışmaq mümkün olmayacaq. Çünki insanı tanımadan lazımi həlli tapa bilməzsiniz. Bizlər mədəniyyətimizə, inancımıza sahib çıxmadığımız təqdirdə məmləkətimizdə insan kimi yaşamağımız da çətinləşəcək, əsasən də qadınların yaşaması daha da çətinləşəcək ... Uşaqlarımıza çox şeyi öyrədir, ancaq onları inanc məlumatlarından məhrum buraxırıq. Bu günün qız və oğlanı sabahın ana və ataları olacaqlar. Görəsən inancdan məhrum valideynlər uşaqlarını necə və nəyə əsasən yetişdirəcəklər? Onlardan meydana gələn nəsillərdən də nə gözləniləcək?
İctimai həyatımızdakı problemlərin həllində inanca laqeyd yanaşılsa, çarə kimi düşünülən mövzu nə olursa-olsun, nəticədə səfalət və fəlakəti aradan qaldıramayacaqdır. İndi ölkədə həyata sevgisi, şəfqəti, mərhəməti ilə əmək verən, güc verən qadına qarşı laqeydlik oluna bilərmi? O, təzyiqə, şiddətə məruz qala bilərmi? Qadın şəxsiyyətiylə arxa planda qalan deyil, azad, özünə inanan, ayaqları yerə möhkəm basan, oxuyan, öyrənən, şiddətə, cəhalətə "Dur" deyə biləcək səviyyəyə gələcəkdir. Qadın əlinin dəyəcəyi hər şey gözəlləşəcək, sevgi, sülh, şəfqət toxumları əkiləcəkdir. Qadın məhəllə təzyiqindən, dini özlərinə görə şərh edən qadın tərifi edənlərdən qurtarılaraq gerçək mahiyyətinə və gerçək mövqeyinə qovuşdurulmalıdır.
Televiziyalarda serialların tutması üçün əxlaq, hörmət, ictimai dəyərlər, iffət, həya, əxlaq duyğuları heçə sayılaraq günlərlə insanlıq günahı olan təcavüzü, şiddəti, pis vərdişləri nümayiş edərək, qadına cinsi, insanlara iqtisadi əmtəə kimi baxılaraq nə həll edilə bilər ki? Qadın hər gün yalnız ət parçasıymış kimi xəbər vəsaiti olmaqdan, bədən istismarına məruz qalmaqdan qurtarılmalıdır. Bundan çəkinməyənlər qadını uca dəyərindən aşağıya doğru kiçiltməyə çalışacaqlar.
Qadına heç bir şiddət qəbul edilə bilməyəcəyi kimi, insani və İslami anlayışa da sığdırıla bilməz. Qadın anadır, cəmiyyətin təməl daşı, bəşəriyyətin mərhəmət, şəfqət, sevgi timsalıdır. İslam qadını ucaltmış, qorumuş və cənnəti ayaqlarının altına sərmişdir. Qadın ailənin kraliçası və cəmiyyətin sülh elçisidir, onsuz həyat düşünülə bilməz. Cəmiyyətin əsas daşıyıcılarından biri də inancdır. Dinin zəifliyi və cəhalət cəmiyyəti, insanları səhvlərə, fəlakətə sürüyə bilər.
Yaşanan bütün yaxşılıq və gözəlliklər inancımızda, pislik və əskikliklər də bizlərdə olmaqda, bizlərdən qaynaqlanmaqdadır. Dincliyə, xoşbəxtliyə və qurtuluşa çatma Allah sevgisi və qorxusunda axtarılmalıdır. Əsl həyat verənə qulluq və təslim olma işin əsasıdır. Dini məlumatdan xəbərsiz, cahil qalmağımız bir çox xəstəlik və problemlərin qaynağını meydana gətirir. İslam inancı və Allaha haqqıyla qul olma bizi problemlərdən, çirkdən, günahlardan, boşluğa düşməkdən, azğınlardan qoruyacaq.
Bir çox mövzuda cahil qaldığımız, bixəbər olduğumuz aşkardır. Qadına şiddət ictimai dəyişmə ilə əlaqədar olan uzun müddətli bir faktdır. Demokratik sistem, sosial dövlət quruluşu, insanlığın dinclik və sülh mədəniyyəti olan İslam inancı həll oluna bilər. Bizi qurtuluşa, səadətə aparacaq İslamın özündən, mənasından xəbərdar olaraq, həyatımızın hər anını inanc, ağıl, hikmət və elmlə gözəlləşdirməliyik ki, xoşbəxt olaq. . .
XƏBƏR LENTİ
Vahimədən xilas olmağın üsulları
Günün ulduz falı
Yaz gəlinlik nümunələri
Avropa Birliyi İraqa 75 milyon dollar yardım edəcək
Hava isinir
Döşlərinizi təbii yollarla böyüdün-2
Bengü qızı ilə FOTO paylaşdı
Məşhur cütlük barışdıqdan sonra İLK DƏFƏ-FOTO
Erməni uşağını xilas edib, 38 düşməni öldürən komandir: “Qorxdum ki, uşağın altına bomba qoyublar” - VİDEO
Heyva çəyirdəyi maskası
Xəyanətkar ərlərin yoldaşları ilə qalmasının 6 səbəbi
Çağla Şikel xəstəxanalıq oldu
Günün ulduz falı
Ermənistan Qarabağdakı hərbi əməliyyatlarda itkilərinin sayını açıqladı - VİDEO
Yerdən 9 min metr yüksəkdə qəribə qala - Video
Ərdoğandan Dəniz Çakıra SƏRT SÖZLƏR
WhatsApp-a girişə qadağa qoyuldu
Uşağın böyüməsi və inkişafı
Tanınmış aparıcıya AĞIR İTKİ - İki övladını da...
Ana-atalığın verdiyi məsuliyyət hissi
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Acun məşhur verilişi öz kanalına transfer edir
Məşhur cütlük ev aldı
"Taxt oyunları"nın ulduzu bal ayındadır-FOTO
İlan masajıyla rahatlanın
Türkiyədə neçə nəfər azərbaycanlı koronavirusa yoluxub?
Urmiya gölü niyə quruyur?
Sevgi münasibətlərində kişi qadından cavan ola bilərmi?
İkinci imtahanın VAXTI açıqlandı
UEFA "Qarabağ"ın haqqını verdi
Tamlı qatqılar
Bu kişilərə qoz –fındıq yemək olmaz!
Şahmatın balacalara faydası nədir?
190 manat ödənilən şəxslərin sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA
Berlində bizi reklam edəcəklər
Təyyarədə qadın sərnişinin qeyri-adi hərəkəti təəccübləndirdi - VİDEO
Dadlı tort (foto resept)
Can Yamanla Demet AYRILDI
Azərbaycanda bu "həzzi" qadağan edəcəklər?
Daha bir serial erkən bitdi
Bengü körpəsi ilə reklama çəkiləcək
Meyvələrin insan orqanizminə göstərdiyi təsir
Makiyajsız məşhurlar
Birinci xanım: Cəza alacaqlar
Diqqət! Şifrələrinizi dəyişdirin
Dünyanın ən gözəl qızı
Qarabağda ildırım sürətli müharibə
"Mən türkəm"
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
Pərdə seçərkən nələrə diqqət etməliyik?
- ŞƏRHLƏR