Son illər müəllimlərin də vahid geyim formasına keçidi məsələsi gündəmə gəlib. Hətta bəzi məktəblər bu mövzuda irəli gedərək, müəllimlər vahid forma geyinməyə başlayıb.
Qadin.Net xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Günel Babayeva - Müəllim: "Bu geyimdə çox səliqəli görünürük. Belə olan təqdirdə eyni paltarları alıb geyinməyə hamının imkanı çatır. Başqa cür olanda biri yaxşı geyinir, biri pis geyinir. O zaman dövlətli, varlı seçilir".
Hazırda müəllimlər üçün vahid geyimlər bütün respublika üzrə deyil, ayrı-ayrı müəssisələrdə, pərakəndə formada tətbiq edilir. Belə məktəblərdən biri paytaxtın suraxanı rayonundakı 279 saylı orta məktəbdir.
Südabə Abdullayeva - Məktəb direktoru: "Kollektivin özündən belə bir istək doğdu ki, gəlin eyni geyinək. Ona görə ki, rəngarəng geyinəndə uşaqların fikri dağılır".
Fərrux Rüstəmov - Ekspert: "Müəllim məktəbə hökmən normalara uyğun geyinib gəlməlidir. Müəllim nə cür geyinirsə, mini yubka geyinirsə, yuxarı sinif şagirdləri də təbii ki, çalışacaq mini geyinsin. Sinəsi açıq geyinirsə, şagirdlər də elə geyinəcək. Evdə ailədə deyir ki, əgər müəllimim geyinirsə mən niyə belə geyinməyim?".
Ekspertlər hesab edir ki, bu gün ölkəmizdə şagirdlər kimi müəllimlər də vahid geyim formasına keçməlidir. Çünki bəzi müəllimlərin məktəb geyimi ilə toy geyimi arasında fərq yoxdur.
Fərrux Rüstəmov - Ekspert: "Müəllim geyimindən tutmuş, bəzək əşyalarına qədər şagirdlərin diqqətini öz üzərinə cəlb etməməlidir. Parıldayıcı olmamalıdır. Şagirdləri yayındırmamalıdır. Uzaqdan gələndə hamı görsün ki, müəllim gəlir, ona hörmət etsinlər".
Geyim sahəsi üzrə mütəxəssislərin fikrincə, müəllimlərin geyimi paytaxt və ayrı-ayrı bölgələr üzrə eyni yox fərqli olmalıdır.
Səkinə Babayeva - BTF-nin direktoru: "Çeşidlilik nə qədər bölgələr üzrə artsa, bir o qədər məktəblərdə insanların buna marağı artar. Çünki bir növ hərbiləşmiş geyim sistemində olursa, heç kimə maraqlı olmayacaq. Lakin heç olmasa bölgələr üzrə, həmin bölgələrin rəngarəng həm məhsulları var, milli ənənləri var. Onlara uyğunlaşdırılan olarsa, o zaman düşünürəm ki, müəllimlərə maraqlı olar".
Xatırladaq ki, bu günlərdə Şəkinin Oxud kənd tam orta məktəbinin müəllimlərinin vahid geyim formasına keçməsi bağlı xəbərlər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və boz kostyumda daxil olublar. Təhsil Nazirliyindən isə bildirdilər ki, orta məktəblərdə çalışan müəllimlər üçün vahid məktəb forması müəyyən olunmayıb. Bəzi məktəblərdə isə müəllimlərin vahid forma geyinməsi onların öz istəyi ilə bağlı olan məsələdir.
XƏBƏR LENTİ
Alimlərdən koronavirus haqqında maraqlı açıqlama
Toya gedənlər üçün tövsiyələr
Günün qoroskopu:Aktiv olun!
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Azərbaycanda yeni kompüter oyunu yaradıldı
Şirin əkizlər
Kimlər fotoları daha çox paylaşır?
İnsan haqlarının vəziyyəti acınacaqlıdır
Südlü xurma plovu (foto resept)
Evi yeniləyərkən ilk hardan başlamalıyıq?
Məşhur model hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Trampın pərəstişkarı onun COVID-19-a yoluxduğunu eşidəndən sonra öldü
Qısa ətəkli ziyafət geyimləri
Hüseyn Ərəblinski
Daimi makiyajın incəlikləri
Kriştianu Ronaldudan möhtəşəm rekord
Elman Rüstəmov manatın taleyi haqda danışdı
Bibərin faydaları
Aleyna Tilki məhkəməlik oldu
Günün qoroskopu: gərgin situasiyalar tədricən həllini tapır
Buse Varolun geyimi tənqid olundu-FOTO
Ayaqqabı modelləri
Uşaq avtooturacağına nə qədər önəm veririk?
Məşhur geyim markası bağlanır-SƏBƏB/FOTO
İslam bankçılığının Azərbaycana hansı xeyirləri ola bilər?
NASA-dan GÖZLƏNİLMƏZ QƏRAR
Məşhur aktrisa vəfat etdi-FOTO
Uşaqla alış-veriş etmənin qaydaları
2 yaşlı qız ilk kolleksiyasını yaratdı-FOTO
Çobanyastığı çayının faydaları
Dişə qulluqla bağlı 15 səhv və doğru
"Android" "iPhone"dan daha təhlükəsizdir?
Bakıda evlərin QİYMƏTİ DƏYİŞDİ
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Bakıda bu ərazilərdə evlər tikmək olmaz
Köməkçi internetsiz işləyəcək
Yağ əridən oolong çayı
Pendirli, göyərtili lavaş (foto resept)
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
İspanaqlı keks (foto resept)
Koronavirusla bağlı SON STATİSTİKA
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Asan və dadlı pizza xəmiri(foto resept)
Tarkan qızının üzünü ilk dəfə göstərdi - FOTO
Çində polis suyun üzərində qaçmağı bacardı – VİDEO
Pandemiya şəraitində Gürcüstanda hotellər necə fəaliyyət göstərəcək?
Ozan Güvən imicini dəyişdi-FOTO
Günün ulduz falı
Şəxsiyyət vəsiqəsinin alınmasında YENİ QAYDA
Möcüzəvi meyvələr (2)
- ŞƏRHLƏR