Ötən əsrin əvvəllərindən etibarən həkimlər xəstələrə müalicə yazarkən yaşadığımız ətraf mühitin meteo-klimatik faktorlarını da nəzərə alırlar. Çünki bu faktorlar insan orqanizminə bəlli təsiri var. Bunu Azərbaycan Tibb Universitetinin Kliniki farmakologiya kafedrasının assistenti, Tədris Terapevtik klinikasının terapevt-kardioloqu Arzu Bəydəmirova açıqlayıb.
A.Bəydəmirovanın sözlərinə görə, xarici mühit amillərinin insan orqanizminə təsirinin öyrənilməsində yerin maqnit sahəsinin, xüsusən geomaqnit qasırğaları zamanı müxtəlif funksional sistemlərdə baş verən dəyişikliklərin araşdırılması mühüm yer tutur. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, insan orqanizminə ultra kiçik tezlikli sahələrin təsiri neyrohəssaslıq, neyroendokrin sistem, neyrodegenerativ pozğunluqlar yaradır ki, bu da özünü kəskin, xroniki bioloji effektlərin əmələ gəlməsinə səbəb olur:
"Məlum olub ki, Günəş qığılcımından dərhal sonra insanların vəziyyəti pisləşir. Bu vəziyyət maqnit qasırğasının başlanması ilə maksimal həddə çatır. Bu onunla izah olunur ki, günəş qığılcımından təxminən 8 dəqiqə sonra günəş işığı yerin atmosferini keçir və orada orqanizmin fəaliyyətinə təsir edir. Geomaqnit qasırğasından 1 gün əvvəl müxtəlif patoloji reaksiyaların artması məhz bununla əlaqədardır. Bu ona görə baş verir ki, insan orqanizmində maqnitə həssas reseptor sistemi mövcuddur. Məsələn, orientasiyaya görə cavabdeh olan mərkəz qlabbelladan 3-4 sm dərinliyində - yəni pazabənzər sümüyün beyinlə, qoxu və görmə sinirləri ilə birləşdiyi nöqtədə yerləşir. Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir".
Həkim-kardioloq bildirir ki, adrenalin və noradrenalin trombositlərin aqreqasiyasının güclü indikatoru sayılır. Onların sintezinin sürətlənməsi bir tərəfdən damarların daralmasına, digər tərəfdən isə hiperkoaqulyasiyanın artmasına səbəb olur.
İlk reaksiya-arterial təzyiqin artmasıdır
Mütəxəssis vurğulayıb ki, arterial təzyiqin artması da öz növbəsində kapillyar qan dövranında qanın hərəkət sürətini zəiflədir, həmçinin mikrosirkulyator damar torunun spazmasını yaradır. Kapillyar qan dövranında pozulma hallarında qadınlara nisbətən kişilərdə daha çox rast gəlinməsi də bununla izah edilir.
A.Bəydəmirova bildirir ki, maqnit qasırğası zamanı böyrəküstü vəzidə yerləşən maqnit reseptorların qıcıqlanması nəticəsində kortikosteroidlərin də sintezi sürətlənir. Nəticədə vegetativ sinir sistemində tarazlıq pozulur: "Bu da bütün üzvlərdə ciddi dəyişikliklərin baş verməsinə səbəb olur. Bu dəyişikliklərin başlıca hədəfi ürək-qan damar sistemi olur. Ürək-qan damar sistemi tərəfindən ilk reaksiya arterial təzyiqin yüksəlməsi kimi özünü büruzə verir. Bu, ilk növbədə geomaqnit qasırğasının təsirindən qanda hormonların konsentrasiyasının dəyişməsi ilə əlaqədardır".
Qasırğa zamanı sağlam orqanizm özünü daha yaxşı hiss edir?
Həkim qeyd edir ki, bir sıra tədqiqatlar insanların ümumi vəziyyəti ilə "maqnit qasırğası"nın gücü arasında əlaqənin olduğunu təsdiq edir. Amma hər kəs geomaqnit qasırğasına eyni reaksiya vermir, burada orqanizmin fərdi xüsusiyyətləri rol oynayır. Sağlam və xəstə orqanizm geofiziki şəraitə və kosmik dəyişiklərə eyni reaksiya vermir. Zəifləmiş, yorğun, emosional cəhətdən qeyri-stabil şəxslərdə enerji dəyişiklikləri, immunoloji müdafiəyə, orqanizmin müxtəlif fizioloji sistemlərinin vəziyyətinə, psixi gərginliyi təsir edir. Psixoloji və fiziki cəhətdən sağlam orqanizm öz xarici mühitinə uyğun daxili imkanları dəyişmək qabiliyyətinə malikdir. Bu zaman onlarda immun sistem aktivləşir, buna müvafiq sinir və endokrinoloji sistemlərin fəaliyyəti, iş qabiliyyəti saxlanılır. Subyektiv olaraq, sağlam orqanizm özünü daha yaxşı hiss edir.
Beləliklə, geomaqnit qasırğası zamanı arterial təzyiqin yüksəlməsi xüsusiyyətlərini araşdırdıqda məlum olur ki, bu orqanizmin xarici qıcıq faktorlarına qarşı verdiyi reaksiya, zəncirvari bir prosesdir. Bu proses zamanı orqanizmin demək olar ki, bütün üzv və toxumalarında ciddi dəyişikliklər gedir. Bu dəyişiklər də həyati vacib orqanların funksiyalarında dəyişiklik yaradır. Buna görə də geomaqnit qasırğası zamanı ən çox zərbə alan da həmin həyati vacib orqanlar olur. Bu orqanlarda da xarici qıcıq olan geomaqnit qasırğasına qarşı müxtəlif patoloji reaksiyalarla cavab verir
XƏBƏR LENTİ
Aqressiv uşaqları belə yedizdirin
Bu günün hava proqnozu - 29.10.2013
Məşhur aktyor boşanır
Nobel mükafatı laureatı vəfat etdi
Məşhur aktyor hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
UNO sakinləri təlaşa saldı-FOTO
Çəkiliş zamanı Yıldız Tilbenin saçları yandı - FOTO
Yeni il axşamı hamilələr ehtiyatlı olsun
Roman yazanların cızma-qarası
2012-ci ilin qol saatları
Dilbər guşəmiz Şəki şəhəri
"Yunan-Roma" güləşü üzrə ənənəvi respublika turniri başladı
Pakistan müşahidə missiyası: "Azərbaycanda prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün zəruri işlər görülüb"
İsti havalarda bu qidaları alarkən diqqətli olun!
Zeytun yarpağı ilə arıqlayın
Aromaterapiyanın faydaları
Alma deserti (foto resept)
Xarakterimizdən xəbər verən qaş formaları
Küçə rəssamının əlvan velosipedləri - FOTO
Ölən Ərinin Maketi ilə Dünya Səyahətinə çıxdı-FOTO
Maraqlı ixtiralar
Fransada kafe açan aktyor müflis oldu
Putindən NATO-ya təklif
Cansu Derenin yeni serialı bəlli oldu
İtaliyanın koronavirussuz adası alimləri heyərtləndirib
“WhatsApp”a tətbiqi bloklayan mesajlar gəlməyə başlayıb - XƏBƏRDARLIQ
Ermənilərin Tərtəri yenidən atəşə tutması nəticəsində bir mülki şəxs yaralanıb
Prezidentin ailəsi Moskvada
"Üç azdır, beş uşaq dünyaya gətirin" - Ərdoğan
Uçan fantastik kitablar
İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib
Evlərimizin bəzəyi
Qaraciyər xərçəngində laparoskopik cərrahiyyə
Toyuq bulyonunun müalicəvi təsiri
Moskvada 70 il sonra ən güclü qar -FOTO
Təhsil müəssisələrində bunların istifadəsi dayandırılır
Daha yadplanetlilər insanları maraqlandırmır-VİDEO
Bakı paxlavası
Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ
İstedadlı fotoqraflar
Qurban kəsilən heyvanın ətini necə bölüşdürmək lazımdır?
Musiqi ifa edən prezidentlər: Obamadan Nazarbayevədək....
Qadınların arıqlamaq üçün ən ideal yaş dövrü
2020 BAFTA Mükafatları: Qırmızı Xalça
Yanvarın 1-dən Votsap bu telefonlarda işləməyəcək
BÜRCLƏR bizə nə vəd edir?-24 Avqust
50 il ayaqyalın yaşayan HİPPİ öldü-FOTO
Tramp Nobel Sülh Mükafatına namizədliyindən danışdı: Haqqımdır
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 15 milyon manat ayrıldı
Tanış olun: yeni Jaguar
- ŞƏRHLƏR