Bakıda hava 20°
USD AZN
EUR AZN

HAVA necə olacaq?-14 Sentyabr

HAVA necə olacaq?-14 Sentyabr


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq rayonlarda yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Səslərin sayı: 0
1
72
loading...
Şərhlər
Offline
PERI
esas odu ders gunu yagmasin
13 sentyabr 2019 14:00
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )