Bakıda hava 28°
USD AZN
EUR AZN
09:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
41003

Nazirlikdən azyaşlılarla bağlı əhaliyə VACİB MÜRACİƏT -VİDEO

Nazirlikdən azyaşlılarla bağlı əhaliyə VACİB MÜRACİƏT -VİDEO


Son dövrlər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə azyaşlıların mənzillərdə köməksiz vəziyyətdə bağlı qapı arxasında və liftdə qalması barədə daxil olan əməliyyat məlumatlarının sayında artım müşahidə edilir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəldə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, cari ilin iyul və avqust aylarında qaynar xəttə köməksiz vəziyyətdə qalan azyaşlılar barədə bağlı qapı arxasında qalma 42, liftdə qalma hadisəsi üzrə isə 33 əməliyyat məlumatı daxil olub. Ümumilikdə, 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib.

Bu kimi hadisələrin sayının çoxalmasını, mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək açıq elektrik naqilləri, elektrik plitəsi, qaz sobası, açıq eyvan və pəncərələr, düşə biləcək ağır əşyalar, kimyəvi maddələr və s. kimi amillərin mövcudluğunu nəzərə alaraq, valideynləri körpə və azyaşlılara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq.

Səslərin sayı: 0
1
97
loading...
Şərhlər
Offline
PERI
azyaşlılara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq
10 sentyabr 2019 15:43
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış