Bakıda hava 28°
USD AZN
EUR AZN
09:02Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
41003

Bakıda kirayə mənzil bazarı bahalaşdı

Bakıda kirayə mənzil bazarı bahalaşdı


Yeni tədris ili ərəfəsində Bakıda kirayə mənzillərin qiyməti bahalaşıb.

"MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov Trend-ə bildirib ki, avqust ayı ərzində Bakı şəhəri üzrə kirayə mənzillərin orta qiymətində 5.75 faiz artım var. Ekspert qiymət artımının yeni tədris ilinin başlaması ilə rayon və digər şəhərlərdən tələbələrin Bakıya axını ilə bağlı olduğunu istisna etməyib.

Belə ki, N.İbrahimov qeyd edib ki, metro stansiyalarına, xüsusən təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən kirayə mənzillərin qiymətində daha çox artım müşahidə edilib. Ekspertin sözlərinə görə, həmin ərazilərdə yerləşən kirayə evlərin qiymətində artım 12.56 faiz (400-500 manat) təşkil edib.

Ekspert vurğulayıb ki, artım daha çox birotaqlı mənzillərdə baş verib. Belə ki, birotaqlı 10.4 faiz, ikiotaqlı 2.79 faiz, üçotaqlı kirayə mənzillərin qiyməti isə 6.65 faiz artıb

Səslərin sayı: 0
0
35
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!